Bu gün Çingiz Mustafayevin və Sirac Abışovun doğum günüdür

Bu gün vəzifə borclarını yerinə yetirərkən şəhadətə yüksələn iki telereportyorun – Milli Qəhrəman Çingiz Mustafayevin və Sirac Abışovun doğum günüdür. 

Çingiz Mustafayev Birinci Qarabağ müharibəsində düşmən təcavüzünü əks etdirən – Xocalı faciəsi videolentlərinin müəllifi kimi tarixə düşüb.

O, 1992-ci ilin iyun ayının 15-də amansız düşmən gülləsinə tuş gələrək şəhid olub. 

Teleoperator Sirac Abışov isə işğaldan azad olunmuş Azərbaycan torpaqlarını videolentə alan zaman məsləkdaşı Məhərrəm İbrahimovla birlikdə 2021-ci ilin iyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək şəhid olub.

Allah rəhmət etsin!

Şərh yaz