Biz çalışırıq ki, Azərbaycan AZTV-nin göstərdiyi kimi olsun – TAMİLLA QULAMİ

Ümid Partiyasının təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami 15 aprel 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Dövlət yaxın gələcəkdə ölkənin ərzaq təminatını qarşılaya biləcəkmi?” sualı ətrafında baş tutub.

Tamilla Qulami dünyada artıq başlanan ərzaq qıtlığı problemi, bunun Azərbaycana təsirləri, ölkənin idxaldan asılılığı barədə danışıb. İdxaldan asılılığı azaltmaq üçün hökumətin etməli olduğu addımlardan danışıb, eyni zamanda, Ümid Partiyasının bu istiqamətdəki təkliflərini səsləndirib.

Ümid rəsmisi sahibkarların problemlərinə də toxunub, subsidiya qaydalarından, həmçinin sahibkarlardan tələb olunan qanunsuz vəsaitlərdən də danışıb.

Bahalaşma və onun yaradacağı problemlərdən də geniş şəkildə danışan Tamilla Qulami, bunun ölkə əhalisi üçün gətirəcəyi əlavə çətinlikləri də vurğulayıb. O, Rusiya-Ukrayna müharibəsinin Azərbaycan iqtisadiyyatına da təsir edəcəyini vurğulayıb, misallar çəkib, hər iki ölkədə yaşayan soydaşlarımızın ailələrinə göndərdiyi vəsaitin kəsilməsi səbəbindən Azərbaycanda yaranacaq problemlərə diqqət çəkib.

Tamilla Qulami ölkədəki çoxsaylı problemlərdən, seçki problemlərindən, məhkəmələrin azad olmamasından və sair məsələlərdən də danışıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz
PAYLAŞ