Ümid Partiyasının sədri İqbal Ağazadə 16 fevral 2022-ci ildə Kanal13 Tv-də canlı efir qonağı olub.
Veriliş “”Köhnələr vurulur: Növbədə kimlər var?” mövzusu ətrafında baş tutub.
Ümid sədri AMEA rəhbəri Ramiz Mehdiyevin fəaliyyətindən, ona qarşı olan istefa tələblərindən, vaxtı ilə Azərbaycan iqtidarının əsas dayaqlarından olan Mehdiyevin istefaya getməməsinin səbəblərindən danışıb. Həmçinin, AMEA-nın elm ocağı olmaq mahiyyətindən tamamilə uzaqlaşmasından da danışılıb.
Verilişdə hakimiyyətin gündəmi dəyişməsindən, hakimiyyətin gördüyü cari işlərin cəmiyyətə bəzən böyük görsənməsindən, deputat Cavanşir Feyziyevin Londondakı pullarından, saxta seçkilərdən, Konstitusiyanın pozulması hallarından, hakimiyyətin zəbt olunmasından, ölkədə vətəndaşın rəyinə hörmət edilməməsindən də danışılıb.
İqbal Ağazadə saxta seçkilərdən, saxta parlamentdən, ölkə iqtidarı və müxalifətinin çətin bir dövr yaşamasından da söz açıb. Həmçinin, iqtisadi amnistiyanın vacibliyindən, hakimiyyətin də dəyişməsinin vacib olmasından, ölkənin gələcəyini şəkilləndirəcək proqramın olmamasından bəhs edib. Verilişdə məhkəmə hakimlərinin fəaliyyətindən, vətəndaşın düşüncəsinə görə həbsin normal olmamasından, siyasi məhbuslardan da danışılıb. Həmçinin, azyaşlı qızların təhsildən yayınmasından, ərə verilməsindən, ölkədə qadına şiddətdən, cəmiyyətin deqradasiyaya uğramasından da söz açılıb.
Sözügedən efiri izləyicilərə təqdim edirik: