Ümid Partiyası sədrinin müavini İlahə Sadıqova 25 aprel 2022-ci ildə Xural Tv-də canlı efir qonağı olub.
Veriliş “Hökumət islahatlara getməsə…” mövzusu ətrafında baş tutub.
İlahə Sadıqova ölkədəki çoxsaylı problemlərdən danışıb və Ümid Partiyasının çıxış yolu kimi dəfələrlə hökumətə ünvanladığı təklifləri bir daha açıqlayıb.
O, seçkilərdən, seçki saxtakarlığından və seçki ilə bağlı digər problemlərdən danışaraq, durumu dəyişmək istiqamətində demokratik təkliflərlə çıxış edib.
İlahə Sadıqova Ümid Partiyasınnı Konstitusiyaya təklif etdiyi əlavə və dəyişikliklərdən də danışıb və orada seçkilərlə bağlı təklif edilən dəyişikliklərə xüsusi diqqət çəkib.
Şuşaya və işğaldan azad olunmuş ərazilərə açılan avtobus turlarından danışan İlahə Sadıqova bu istiqamətdəki problemlərə diqqət çəkib. O, ölkə vətəndaşının həmin ərazilərə getmək üçün bilet tapa bilmədiyini vurğulayıb və bu istiqamətdəki çətinliklərin aradan qaldırılmasında hakimiyyətin maraqlı olmadığını diqqətə çatdırıb və buna etirazını bildirib.
O, diaspora və lobbiçilik istiqamətində hökumətin atdığı addımlara diqqət çəkib və yanlış siyasəti tənqid edib.
Ümid rəsmisi Qarabağda baş verən gündəlik yeniliklərdən, yaranan problemlıərdən, erməni silahlılarının və rus qoşunlaerının təxribatlarından da danışıb, həmçinin hökumətin adekvat addım atmasının vacibliyini vurğulayıb.
İlahə Sadıqova Rusiya-Ukrayna müharibəsi və Rusiyanın məğlubiyyətini şərtləndirən hadisələrdən də verilişdə danışıb. Eyni zamanda, post-Putin dövrü barədə proqnozlarını bölüşüb, həmin dövrdə Azərbaycanda baş verəcək hadisələrlə bağlı ehtimallarını da səsləndirib.
Sözügedən efiri izləyicilərə təqdim edirik: