İdarə Heyətinin toplantısında ölkənin daxili və xarici siyasəti, Yaxın Şərqdə baş verən qarşıdurmalar, bölgədə və dünyada baş verənlər, bu hadisələrə münasibətdə Azərbaycanın mövqeyi, Türkiyənin regiondakı rolu, az qala iki ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna savaşı, İsrail-Fələstin savaşı və dünya ölkələrinin bu savaşa münasibəti və s. məsələlər də iclasın müzakirə mövzusu olub.
İclasda İdarə Heyəti partiyanın Qarabağa qayıdış planı, Qarabağda idarəetmə siyasəti, partiyanın bu istiqamətdəki təklif, plan və düşüncələri də detallı şəkildə müzakirəyə çıxarılıb, partiyanın Konstitusiyaya etdiyi təkliflər müqabilində dəyişikliklər edilməsi və buna görə də mütləq Referendum keçirilməsinin vacibliyi də təhlil edilib.
Rayon şöbələrinin kuratorları rayon təşkilat sədrlərinin hesabatlarına əsasən qeyd ediblər ki, Azərbaycanda sosial, siyasi, iqtisadi problemlər mütləq həll edilməli, uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımlar və s. məsələlər bölgə üçün çox vacib, narahatedici məqamların aradan qaldırılması mühümdür.
Əlavə olaraq, bu problemlərin həlli üçün də partiyanın təklifləri diqqətə çatdırılıb.
Belə ki, ölkədə sosial şərait, əhalinin yaşam tərzinin yaxşılaşdırılması, əhalinin aztəminatlı hissəsinə xüsusi güzəştlərin olması, kommunal xərclərin aşağı salınması, uşaqpullarının verilməsi, demokratik cəmiyyət idarəçiliyinin olması, insan haqlarının qorunması, şəffaf seçkilərin keçirilməsi, məhkəmələrin azad qərarlar qəbul etməsi ölkədaxili həlli ediləcək ən mühüm addımlardandır.-deyə toplantıda xüsusi vurğulanıb.
Eyni zamanda, iclasda partiyanın bir neçə proqramının yenilənməsi detallı şəkildə müzakirə edilib.
Şərh yaz