Təəssüflə bildiririk ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.
Türkiyə Müdafiə Nazirliyinin verdiyi məlumatına əsasən, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub və üzüntü hissi ilə bildiririk ki, bütün ekipaj üzvü həlak olub.
Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi təyyarəsində həlak olan qəhrəman türk hərbçilərinin ailələrinə, qardaş Türkiyə xalqına və Müdafiə Nazirliyinə dərin hüznlə başsağlığı verir.
Qardaş Türkiyəmizə məxsus bu acı xəbər bizi dərindən sarsıtdı.
Azərbaycan xalqı bu ağır gündə hər zaman olduğu kimi Türkiyənin yanındadır, hər zaman da olacaq!
Birliyimiz əbədidir!
Allah Şəhid hərbçilərimizə rəhmət eləsin, ruhları şad olsun!
Azərbaycan Ümid Partiyası Türkiyə xalqına başsağlığı verdi
Şərh yaz




