Azərbaycan Ümid Partiyası hərbi donanmaçıları təbrik etdi

Azərbaycan Hərbi Donanması 5 avqust 1919-cu il tarixində yaradılıb.

İngulislər 1919-cu ilin yayında Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil edildi. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım olub.

General İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və s. alıb.

Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən hər il avqustun 5-i ölkəmizdə Hərbi Donanma Günü kimi qeyd olunur.

Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti hərbi donanmaçıları təbrik edir, onlara uzun ömür, can sağlığı arzulayır, peşə fəaliyyətlərində uğurlar diləyir. 

Şərh yaz