Azərbaycan demokratik dünyanın idarəçilik təcrübəsindən yararlanmalıdır – BAKİR HƏSƏNBƏYLİ

Ümid Partiyası sədrinin təşkilati məsələlər üzrə müavini Bakir Həsənbəyli 17 may 2021-ci il Fəhmin Hacıyevin təqdimatı ilə OsmanqızıTv-nin təşkil etdiyi debatda iştirak edib. Debatda Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı və Ağ Partiyanın sədri Tural Abbaslı iştirak edib.

Bakir Həsənbəyli Belarus prezidenti Lukaşenkonun Azərbaycana səfərini şərh edilib. Partiya sədrinin müavini daha sonra qeyd edib ki, ölkəmiz 44 günlük Vətən savaşını qələbə ilə yekunlaşdırdıqdan sonra regiona, ən başlıcası isə Azərbaycana digər dövlətlərin maraqları artmaqdadır. BMT qərarlarının Azərbaycan tərəfindən icrası ölkəmizin statusunu dəyişib.  Qarabağ probleminin uğurlu nəticəsi tələb edir ki, demokratik islahatlara start verilməsi ilə bağlı ardıcıl qərarlar verilməli, Azərbaycan demokratik dünyanın idarəçilik təcrübəsindən yararlanmalıdır.

Sözügedən debatın linkini izləyicilərə təqdim edirik:

Şərh yaz