Ümid Partiyasının sədri İqbal Ağazadə 30 iyun Azad Söz internet televiziyasında Tural Sadıqlının təqdimatında canlı efir qonağı olub.
Efirdə 2020-ci il 9 fevral növbədənkənar parlament seçkiləri zamanı Ümid Partiyasının 35 saylı Xətai III Seçki Dairəsində saxta seçkilərin nəticələrini ləğv etdirdikdən sonra hələ də keçirilməyən təkrar seçkilərdən danışılıb, İqbal Ağazadə Azərbaycanda idarəetmə sistemini təhlil edib, ölkənin kvazidemokratiya, təqlidçi demokratiya ilə idarə olunduğu diqqətə çatdırıb.
Verilişin gedişatında partiya sədri Rusiya-Ukrayna müharibəsinə toxunub, bu müharibənin Azərbaycan və bölgəyə təsirlərindən danışıb, ölkəmizin bu postmüharibə dönəminə hazır olmasının gərəkdiyini vurğulayıb.
Verilişdə ölkədaxili problemlər də müzakirə edilib, tamaşaçılar tərəfindən verilən suallar cavablandırılıb, problemlərin həlli istiqamətində Ümid Partiyasının təkliflər paketi səsləndirilib.
Sözügedən efiri izləyicilərə təqdim edirik: