Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party-nın İdarə Heyətinin Qaradağ rayon təşkilatı toplantı keçirib.
Ümid Partiyasının Qaradağ rayon təşkilatı öz toplantısını keçirib.
İclasda partiyanın rəhbərliyi və Qaradağ rayon təşkilatının bir qrup aktiv üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, suverenliyinin bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından qəhrəmancasına keçən Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra baş tutub.
Tədbiri giriş sözü ilə Azərbaycan Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev açıb. Aparat rəhbəri təşkilat sıralarının genişləndirilməsi, üzvlərin fəallığı və “Siyasi Partiyalar Haqqında” yeni Qanunun tələblərindən, dairələrdə aparılması gərəkən işlərdən, ölkədə keçirilməsi nəzərdə tutulan seçkilərindən danışıb, ölkənin daxili və xarici siyasətinə toxunub, dünya miqyasında baş verən olayların Azərbaycana təsirini qeyd edərək, təşkilat üzvlərini məlumatlandırıb, fikir mübadiləsi aparıb.
Taleh Əliyev çıxış etdikdən sonra sözü partiyanın Nəzarət Təftiş Komissiyasının sədri Elşən Quliyevə verib. Elşən Quliyev toplantı iştirakçılarını salamlayıb, partiya və Qaradağ rayon təşkilatının qarşısında dayanan məqsəd və məramı diqqətə çatdırıb, siyasi partiya üzvünün vəzifə və hüquqları barədə bir daha xatırlatma edib.
Daha sonra Qaradağ RT sədri Firəddin Qəhrəmanov çıxış edərək, təşkilatın fəaliyyəti və nəzərdə tutduqları məqsəd və məramları toplantı iştirakçılarının nəzərinə çatdırıb.
Toplantının irəliləyən dəqiqələrində Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə partiya quruculuğu və təşkilatlanma üzərindən təşkilat üzvləri ilə fikir mübadiləsi aparıb.
Quruculuq və təşkilatlanma işlərində Qaradağ RT aktivlərinin fikir və təklifləri də xüsusi qiymətləndirilib.
Şərh yaz