Azərbaycan Ümid Partiyasının Xətai və Yasamal rayon təşkilatları növbəti toplantılarını keçirib

2 dekabr 2023-cü il Ümid Partiyasının Bakı şəhəri üzrə Xətai və Yasamal rayon təşkilatlarının bir qrup aktivi toplantı keçirib.
Toplantıda partiyanın İdarə Heyətinin üzvləri iştirak edib. Tədbiri giriş sözü ilə Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə açıb, toplantı iştirakçılarını salamlayıb. Milli-mənəvi ənənəmizə sadiq qalaraq, toplantıya başlamadan öncə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, suverenliyinin bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından qəhrəmancasına keçən Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxışı zamanı Ənvər Ağazadə Ümid Partiyası üzvlərinin qarşısında duran əsas vəzifələr, dairələrdəki vəziyyət və ümumiyyətlə beynəlxalq ictimai-siyasi durum haqda tədbir iştirakçılarına məlumat verdi.
Toplantı zamanı Xətai rayon təşkilatı üzrə məsul şəxs Bəybala Əliyev Xətai rayonunun qarşısında dayanan məqsəd və vəzifələri, görüləcək işləri rəhbərliyin və iclas iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin irəliləyən dəqiqələrində partiyanın cari və gələcək fəaliyyətləri haqda Ümid Partiyasının İdarə Heyətinin üzvü Bakir Həsənbəyli danışıb, daha sonra sözü partiyanın Mərkəzi Aparatının rəhbəri Taleh Əliyevə verib. Taleh Əliyev ölkədə və dünyada baş verən olayları təhlil edib, bu olayların fonunda Azərbaycanın rolu və yeri haqqında danışıb, Ümid Partiyasının Azərbaycan ictimaiyyətindəki roluna xüsusilə toxunub.
Toplantıda partiya aktivləri də çıxış edərək öz fikirlərini, təkliflərini paylaşıblar. Əsas müzakirə mövzusu mövcud siyasi durumda təşkilatlanma məsələləri olub.
Xətai və Yasamal rayon təşkilatlarının iclasda iştirak edən üzvlərinin təklif və iradlarını dinlədikdən sonra verilən suallar İdarə Heyəti tərəfindən cavablandırıb.
Şərh yaz