Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadədən təbrik

AZƏRBAYCAN ÜMİD PARTİYASININ SƏDRİ
İQBAL AĞAZADƏDƏN

TƏBRİK

Xanım Angela Merkel!
Sizi sentyabrın 24-də Almaniyada keçirilən parlament seçkilərində başçılıq etdiyiniz alyansın qalib gəlməsi münasibətilə təbrik edirəm. Demokratik ənənələrin mövcud olduğu bir ölkədə seçkilərin nəticələri həm də xalqın zəfəri sayılır. Almaniya xalqının öz iradələrini sərbəst şəkildə ifadə etməsi imkanı xüsusi göstərilmiş və qonşu ölkələr üçün nümunə sayılacaq bir hadisədir.

Xanım Angela Merkel!
İnanırıq ki, Azərbaycanla Almaniya arasında qurulan əlaqələr bundan sonra da inkişaf edən xətlə davam edəcək. Ümid Partiyası olaraq, əməkdaşlığımızın bundan sonra da inkişafında maraqlı olduğumuzu bir daha bəyan etmək istərdim.

Hörmətlə
Azərbaycan Ümid Partiyasının sədri
İqbal Ağazadə

Şərh yaz
PAYLAŞ