Azərbaycan Ümid Partiyasının Qadınlar şöbəsi toplantı keçirib

Azərbaycan Ümid Partiyasının Qadınlar şöbəsi toplantı keçirib
Qadınlar Təşkilatının toplantısında tədbiri partiyanın Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev açıq elan edib. Taleh Əliyev çıxışında dünyada son dönəmdə baş verənlər, region gündəmi, ölkənin sosial, siyasi, iqtisadi, ictimai vəziyyətindən danışıb. Daha sonra tədbirdə qarşıda ölkənin gözlədiyi seçkilər müzakirə edilib, Azərbaycanın daxili və xarici siyasəti, qərbin Azərbaycana yönəlik münasibəti və ölkədaxili problemlərin həlli istiqamətində fikirlər səsləndirilib.
Toplantının gedişatında partiya rəhbərliyi xüsusi olaraq qeyd edib ki, ölkədə sosial şərait, əhalinin yaşam tərzinin yaxşılaşdırılması, onun aztəminatlı hissəsinə xüsusi güzəştlərin edilməsi, kommunal xərclərin aşağı salınması, uşaqpullarının verilməsi, demokratik cəmiyyət idarəçiliyinin olması, insan haqlarının qorunması, məhkəmələrin azad qərarlar qəbul etməsi ölkədaxili həlli ediləcək ən mühüm addımlardandır.
Qadınlar şöbəsinin tədbirində partiyanın İdarə Heyətinin üzvləri Tamilla Qulami, İlahə Sadıqova, Elman Abbasov da tədbirlə bağlı, ölkə gündəmi və seçkilərlə də bağlı öz fikirlərini, siyasi təcrübələrini və təkliflərini bölüşüblər.
Ümid Partiyasının Mərkəzi Aparatının əməkdaşları Fidan Əsədova və Fatimə İsmayılzadə də gənc siyasətçilər kimi siyasətlə bağlı mövqelərini, siyasi yolda addımlarıqları zaman hansı təcrübələrdən yararlandırlarını da dilə gətiriblər.
Tədbirin irəliləyən dəqiqələrində Qadınlar Təşkilatı üzrə məsul Oqla Həşimova çıxış edib, xanımları iştirakçılara təqdim edib. Toplantı iştirakçıları arasında maliyyə və iqtisadçı, mühasibatçı, hüquqşünas, evdar xanım, sənət adamı – musiqişünas və s. peşə sahibləri olan xanımlar iştirak edirdilər.
Tədbirdə Sevda xanım, Nərmin xanım, Marina xanım, Gülşən xanım, Kəmalə xanım, Gülarə xanım öz məmnuniyyətlərini bildirib, siyasətdə nə qədər çox xanım olarsa, o qədər də problemlərin tez həll olacağı istiqamətində mövqelərini səsləndiriblər.

 

Şərh yaz