Azərbaycan Ümid Partiyasının Binəqədi rayon təşkilatı növbəti toplantısını keçirib

Ümid Partiyasının Binəqədi rayon təşkilatı növbəti toplantısını keçirib. Toplantıda Ümid Partiyasının İdarə Heyəti və rayon təşkilatının bir qrup fəalları iştirak edib.
Tədbirə başlamadan öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, suverenliyinin bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından qəhrəmancasına keçən Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Toplantını giriş sözü ilə Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev açıb. Taleh Əliyev çıxışında partiya sıralarının genişləndirilməsi, təşkilatlanma və “Siyasi Partiyalar Haqqında” yeni Qanunun tələblərindən danışıb. Mərkəzi Aparatın rəhbəri dairələrdə aparılması gərəkən işlərdən, ölkədə keçirilməsi nəzərdə tutulan Referendumdan, Bələdiyyə, Parlament, Prezident Seçkilərindən danışıb, ölkənin daxili və xarici siyasətinə toxunub, dünya miqyasında baş verən olayların Azərbaycana təsirini qeyd edərək, təşkilat üzvlərini məlumatlandırıb, fikir mübadiləsi aparıb.
Taleh Əliyev çıxış etdikdən sonra sözü partiyanın İdarə Heyətinin üzvü Tamilla Qulamiyə verib. Tamilla Qulami toplantı iştirakçılarını salamlayıb, partiya və Binəqədi rayon təşkilatının qarşısında dayanan məqsəd və məramı diqqətə çatdırıb, siyasi partiya üzvünün vəzifə və hüquqları barədə bir daha xatırlatma edib.
Toplantının irəliləyən dəqiqələrində partiyanın İdarə Heyətinin üzvü Məhəbbət Orucov partiya quruculuğu və təşkilatlanma üzərindən təşkilat üzvləri ilə fikir mübadiləsi aparıb.
İclasda həmçinin partiyanın İdarə Heyətinin üzvü İlahə Sadıqova çıxış edib, tədbir iştirakçılarına uğurlar diləyib.
Partiyanın Qadınlar Təşkilatı üzrə məsul üzvü Olqa Həşimova tədbirlə bağlı fikirlərini səsləndirib, qadınların partiya quruculuğunda və təşkilatlanmasında əhəmiyyətli rolundan danışıb.
İdarə Heyəti üzvlərinin çıxışından sonra tədbir iştirakçılarından Elxan bəy, Faiq bəy, Babək bəy, Gülər xanım, Sədaqət xanım, gənclərdən Xasay və Şükür bəylər çıxış edib, partiya və partiya sədrinin fəaliyyətindən danışıb, təqdir edib, partiyanın təşkilatlanma istiqamətində öz təkliflərini irəli sürüblər.
Ümid Partiyasının Binəqədi rayon təşkilatının bir qrup fəallarının çıxışından sonra Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə də çıxış edib, iclasda iştirak edən üzvlərin təklif və iradlarını dinlədikdən sonra verilən sualları cavablandırıb.
Quruculuq və təşkilatlanma işlərində RT aktivlərinin fikir və təklifləri də xüsusi qiymətləndirilib.
Şərh yaz