Azərbaycan Ümid Partiyasının Bakı şəhəri üzrə Nərimanov rayon təşkilatı toplantı keçirib

Azərbaycan Ümid Partiyasının Nərimanov rayon təşkilatı öz toplantısını keçirib.
İclasda partiyanın İdarə Heyəti və Nərimanov rayon təşkilatının bir qrup aktiv üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə açıb, toplantı iştirakçılarını salamlayıb. Adəti üzrə, tədbirə başlamadan öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, suverenliyinin bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına canlarından keçən Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə təşkilat sıralarının genişləndirilməsi, üzvlərin fəallığı və “Siyasi Partiyalar Haqqında” yeni Qanunun tələblərindən, dairələrdə aparılması gərəkən işlərdən, ölkədə keçirilməsi nəzərdə tutulan seçkilərdən danışıb, ölkənin daxili və xarici siyasətinə toxunub, dünya miqyasında baş verən olayların, Azərbaycana təsirini qeyd edərək, təşkilat üzvlərini məlumatlandırıb. Ənvər Ağazadə çıxış etdikdən sonra sözü partiyanın Mərkəzi Aparatının rəhbəri Taleh Əliyevə verib. Taleh Əliyev toplantı iştirakçılarını salamlayıb, partiya və Nərimanov rayon təşkilatının qarşısında dayanan məqsədləri diqqətə çatdırıb, siyasi partiya üzvünün vəzifə və hüquqları barədə təkrar xatırlatma edib. Tədbirin irəliləyən dəqiqələrində Ümid Partiyası sədrinin müavini Tamilla Qulami çıxış edərək, toplantı iştirakçılarını salamlayıb. Partiya quruculuğu, təbliğat və təşkilatlanma üzərindən RT üzvləri ilə danışıqlar aparıb.
Tədbirdə həmçinin quruculuq və təşkilatlanma işlərində Nərimanov RT aktivlərinin fikir və təklifləri də xüsusi qiymətləndirilib və verilən suallar İdarə Heyəti tərəfindən cavablandırılıb.
Şərh yaz