Azərbaycan Ümid Partiyası ARB TV-ni təbrik etdi

Azərbaycan Ümid Partiyası ARB TV – ni təbrik etdi

Bu gün ARB Medianın yaranmasından 10 il keçir.

Televiziya sahəsində uğurla addımlayan gənc ARB təkcə internet televiziyası kimi yox, həm də sputnikdən efirə çıxan və Azərbaycanın hər yerində yayımlanan televiziya kimi cəmiyyət tərəfindən izlənən kanaldır.

Efirlərinizdən hər zaman Azərbaycanın sosial, siyasi, iqtisadi həyatı ilə bağlı xoş xəbərlərini, üçrəngli müqəddəs bayrağımızın qürurla bütün ərazilərimizdə – Bütöv Azərbaycanda dalğalandığı informasiyalarını ilk verən televiziyalardan olasınız.

Diləyirik ki, dünyanın harasında olmasından asılı olmayaraq, hər bir azərbaycanlının sevimli televiziyası olasınız və hər bir həmvətənimiz də sizin efirdə özünü tapa bilsin.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti Arb Medianın (ARB 24) rəhbərliyi başda olmaqla, televiziyanın bütün kollektivini təbrik edir, uzun ömür, can sağlığı diləyir, onlara bu çətin və ağır peşə fəaliyyətlərində uğurlar arzulayır.

Şərh yaz