Azərbaycan gəncinin qanını narkotiklə zəhərləyənlərin qarşısı alınmırsa, səbəbkarı iqtidardır – TAMİLLA QULAMİ

Ümid Partiyasının təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami 1 iyul Rusif Məmmədsoyun təqdimatında Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Azərbaycan İranla sərhədi bağladı” mövzusu ətrafında baş tutub.

Efir ARB telekanalının aparıcısı Zaur Kamalın Güney azərbaycanlı müğənnini efirindən qovması və aparıcının bu hərəkətinin sərt tənqidilə başlayıb, kanalın aparıcı ilə bağlı dərhal tədbir görməsinin vacibliyi xüsusu vurğulanıb. Daha sonra efirə ölkə gündəmi, xarici və daxili siyasətdə olan yanlışlıqlar üzərindən davam edilib.

Partiya sədrinin müavini gənclərin narkotik maddələrə qurşanma səbəblərini, hakimiyyətin bu istiqamətdə çox sərt addımlar atmalı olduğu gərəkdiyini vurğulayıb.

Verilişin gedişatında bölgədə baş verən olaylar, olayların Azərbaycana təsiri və s. məsələlər müzakirə edilib.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz