Azərbaycan dünya qarşısında bütün bəhanələri kəsməlidir ki, bizə ikili standartlarla yanaşmasınlar – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 5 aprel 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Xocalı, Buça – Nə fərqi var?!” sualı ətrafında baş tutub.

İqbal Ağazadə Ukraynada, Buça şəhərində törədilən dəhşətli qətliamdan danışıb və baş verən faciəni Xocalı soyqırımı ilə müqayisə edib. O, Rusiyanın törətdiyi vəhşiliklərin cəzasız qalmasının səbəblərindən də söz açıb.

Ümid sədri bildirib ki, Ukrayna hadisələri zamanı dünya baş verənlərə öz maraqlarından kənarda, obyektiv, ədalətli yanaşa bilməsə, bu hadisələr başqa yerdə yenə təkrarlanacaq. Putin və onun komandası mütləq hərbi tribunal qarşısında dayanmalıdır ki, dünyada bir daha kimsə bu addımları atmağa cəsarət etməsin.

İqbal Ağazadə Azərbaycandakı çoxsaylı problemlərə də toxunub, azad olmayan məhkəmələrdən, saxta seçkilərdən, sosial problemlərdən danışıb, həmçinin vəziyyətdən çıxış yollarını izah edib. O, Azərbaycan təhsilindəki problemlər barədə də danışıb və həlli yönündə təkliflərini səsləndirib.

Ümid sədri eyni zamanda səhiyyə sahəsindəki problemləri, dərman bazarındakı vəziyyəti də sadalayıb və keyfiyyətsizliyin səbəblərini detallı şəkildə diqqətə çatdırıb. 

Partiya sədri həmçinin Konstitusiya islahatlarından və Ümid Partiyasının qanunlarla bağlı yeni təkliflərindən danışıb.

İqbal Ağazadə veriliş əsnasında prezident İlham Əliyevin Brüssel səfərindən və gözləntilərini də təhlil edib. O, Ermənistan rəhbərliyi ilə gözlənilən görüşün nəticəsiz olacağını vurğulayıb və bunu Ermənistanın bu görüşə hazır olmaması ilə izah edib.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009