AİLƏ UŞAQ QADIN PROBLEMLƏRİ

Uzun illərdir Azərbaycan ailəsi laqeyd və sistemsiz siyasətdən əziyyət çəkir. Bu da cəmiyyətin formalaşmasına təsirsiz ötüşmür.

Ailə cəmiyyətin təməlidir. Sağlam ailə quruculuğunu saxlamaq davamlı, sabit və inkişaf edən cəmyyətin yaranması deməkdir.

 

Sağlam nəsil yetişdirilməsində ailənin rolu 

 

Qadınlar Azərbaycan vətəndaşlarının 51%-ni təşkil etməklə böyük coxluğa malikdirlər. Lakin mövcud iqtidarın qadın və uşaqlara yönəlik siyasəti də digər sahələr kimi ölkə vətəndaşlarının maraqlarına cavab vermir.

İctimai və sosial həyatda qadınların rolu və yeri o qədər də diqqət çəkmir, zorakılığa qarşı effektli mübarizə aparılmır, cinsi zorakılıq aradan qaldırılmır, dövlət və özəl müəssisələrdə gender bərabərliyinə əməl edilmir.

Həmçinin uşaqlara yönəlik siyasət də ürək açan və gələcəyə yönəlik deyil, cari layihələrdən kənar dövlətin uşaq siyasəti layihələndirilmir.

 

 Ailə, qadın, uşaq problemləri bizi ən çox narahat edən və prioritet hesab etdiyimiz sahələrdəndir.

 

 Bunun üçün:

 

  • Dövlətin kiçik modeli olan ailənin planlaşdırılması istiqamətində xüsusi dövlət proqramı hazırlanacaq;
  • Ailənin sağlamlığının qorunması, uşaq  dünyaya  gətirilməsi, onların tərbiyə olunması və təhsili müvafiq qurumlar tərəfindən sistemli və ardıcıl proqramla qorunacaq və nəzarət ediləcək;
  •  Ailədə milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, azad, şəxsiyyət formalaşdıran mühitin saxlanılması təşviq ediləcək;
  •  Çoxuşaqlılıq dövlət tərəfindən himayəyə götürələcək;
  •  Hər bir uşağın doğulmasına görə ailəyə maddi vəsait ödəniləcək və bu vəsait uşaqlar 18 yaşına çatana qədər toxunulmaz qalacaq, bankda saxlanılan vəsaitin üzərinə hər il müəyyən faiz gələcək; ( İlk doğulan uşağa 18 il ərzində 5550 Azn)
  •  Uşaqların təhsildən kənarda qalmaması üçün inzibati və vətəndaş resursları səfərbər ediləcək;
  •  Xüsusilə qız uşaqlarına yönəlik siyasətdə təşviqçilik artırılacaq, təhsildən kənarlaşdırma siyasəti əngəllənəcək;
  •  Qız uşaqlarının vaxtından əvvəl ərə verilməsinə qarşı xüsusi siyasət müəyyənləşdiriləcək, maariflənmə işi həyata keçiriləcək, uşaq zorakılığını əngəlləmək üçün vətəndaş cəmiyyətlərinə xüsusi dövlət dəstəyi həyata keçiriləcək, ictimai nəzarət mexanizminin imkanlarından yararlanacaq, qaynar xətlər təşkil ediləcək, hüquq mühafizə orqanları və vətəndaş cəmiyyətlərinin işi əlaqələndiriləcək;
  •  Uşaq əməyindən istifadənin qarşısı alınacaq, bundan istifadə edənlər sərt cəzalandırılacaq, uşaqların sağlam və güvənli böyüməsini saxlamaq üçün sosial siyasətdə ailələrə yardım edilməsi mexanizmi sadələşdiriləcək;
  •  Restoranlarda, yeməkxanalarda, barlarda ucuz işçi qüvvəsi və ya əyləndirmə məqsədiylə uşaq əməyindən istifadə olunmasına yol verilməyəcək;
  •  Yetim, kimsəsiz uşaqların siyahıyaalınması həyata keçiriləcək, onların xüsusi internat məktəblərdə yerləşdirilməsinə dövlət nəzarəti həyata keçiriləcək, küçə uşaqları anlayışı birdəfəlik cəmiyyətimizdən çıxarılacaq;
  •  Xüsusi internat məktəblərində yerləşdirilmiş uşaqların peşə seçimi, təhsil imkanları dövlət tərəfindən diqqətdə saxlanılacaq, onların gələcək həyatı taleyin ümidinə buraxılmayacaq, gənclik şəhərlərində mənzillə təmin olunub cəmiyyətin tam hüquqlu vətəndaşı olmaları üçün bütün imkanlar saxlanılacaq;
  •  Bu istiqamətdə qanunda olan boşluqlar aradan qaldırılacaq, uşaqların hüquqlarını daha yaxşı qorumaq üçün uşaq ombudsmanı institutu yaradılacaq;
  •  Qadınların ictimai-siyasi həyatda iştirakını təşviq edəcək xüsusi proqram hazırlanacaq;
  •  Dövlət və özəl sektorda qadınların işlə təmin edilməsi və cəmiyyətin tam hüquqlu üzvləri kimi fəaliyyət göstərmələri üçün gender bərabərliyini saxlayan işçi sayı faizlə müəyyən ediləcək;
  •  Siyasi partiyalarda qadınların aktiv iştirakına nail olmaq üçün partiyalara qadın kvotaları tətbiq olunması məsləhət görüləcək;
  •  Qadın intiharlarının, namus və adət cinayətlərinin minimuma endirilməsi üçün təşviqat işləri ilə yanaşı vətəndaş cəmiyyətinin rolu artırılacaq. Hüquq-mühafizə orqanlarının bu sahədə işi yenidən təşkil olunacaq;
  •  Kimsəsiz qadınların qeydiyyatı aparılacaq və onlara dövlət qayğısı həyata keçirləcək;
  •  Qadınlara qarşı ayrı-seçkiliyin olmaması üçün əmək müqavilələrində işə götürənlər üzərinə xüsusi öhdəliklər qoyulacaq;
  •  Qadınlara qarşı şiddət, cinsi, iqtisadi, siyasi ayrıseçkiliyi rədd edən təşviqat materialları hazırlanmaqla yanaşı xüsusi hüquqi baza da işləniləcək;
  •  Analıq məzuniyyətinə çıxan qadınlara dövlət dəstəyi təşkil ediləcək, məzuniyyət dövrü anaların istəyi ilə üç ilə qədər uzadıla biləcək, dövlət həmin müddətdə tam analıq məzuniyyəti maaşı ödəyəcək;
  •  Azyaşlı uşaqları olub cinayət törətmiş, cəmiyyət və ailə üçün xüsusi təhlükəli olmayan qadınlar uşaqları 8 yaşına çatana qədər barələrindəki məhkəmə qərarı dondurulmuş hesab ediləcək, bunun hüquqi normaları işlənib hazırlanacaq;
  •  Evdar və evdən kənar işləmək imkanları məhdud olan qadınların əmək müqaviləsi ilə evdə işləmək imkanları araşdırılacaq, əyiricilik, xalçaçılıq sahələri istiqamətində kiçik sexlərin yaradılmasına şərait yradılacaq;
  •  Ailədə milli adətin daha da gücləndirilməsi təşviq ediləcək;
  •  Zərərli vərdişlərin (spirtli içkilərə meyl, narkotika ilə mübarizə) ailədə, məktəbdə və qeyri-təhsil ocaqlarında nəzarət;
Şərh yaz