Ailə institutunun dağılmasının ən böyük səbəbi sosial siyasətin axsamasıdır- İLAHƏ SADIQOVA

Ümid Partiyası sədrinin müavini İlahə Sadıqova 31 may 2022-ci ildə Laf Tv-də efir qonağı olub.

Veriliş “Azərbaycanda ailə institutu niyə dağılır?” sualı və mövzusu ətrafında baş tutub.

İlahə Sadıqova dövlətin ana sütunlarından biri olan ailə institutundan, onun çoxsaylı problemlərindən, ailə institutunun dağılmasından və bunun səbəblərundən danışıb.

İntiharlar, zorakılıq, boşanmalar, bunların artan xətt üzrə davam etməsi və digər problemlərdən danışan İlahə Sadıqova mümkün çıxış yollarına da diqqət çəkib.

Ümid rəsmisinin sözlərinə görə, insanlara sivil münasibətləri aşılamaq lazımdır. O, bildirib ki, ölkədə ailə institutunun dağılmasının ən böyük səbəbi sosial siyasətin axsamasıdır.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz