ADNA-da törədilən terror hadisəsindən 11 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror hadisəsindən 11 il ötür. Dəhşətli terror hadisəsi baş verdikdən həmən sonra Ümid Partiyasının sədri İqbal Ağazadə Milli Məclisdə 30 aprel terroru ilə bağlı məhkəmə prosesinin ləng getməsi, qəribə nüansların ortaya çıxması ilə bağlı fikir irəli sürərək qeyd etmişdi ki: “Bu, bizim başımıza gələn bir faciədir. Çox istərdim ki, bu cinayət işinə professional yanaşma olsun və kiminsə üzərinə yalandan nə isə qoyulmasın, gerçək mənzərə açılsın. Mən bunun erməni terroru olduğuna əminəm. Bu işdə iştirakı olan erməninin də cinayət məsuliyyətinə cəlb olunmasının tərəfdarıyam. Bir erməninin adı qətlin sifarişçisi kimi gedir, amma o Gürcüstanda sərbəst şəkildə gəzir, hətta müsahibə verir. Əvəzində isə öz kəndlisi ilə bu və ya digər şəkildə əlaqə saxlamış azərbaycanlılar həbs olunur. Bu, doğru yanaşma deyil”.
İqbal Ağazadə illərdir ki, bu terror hadisəsinin tam şəkildə araşdırılaraq gerçəklərin üzə çıxarılması və məhkəmə proseslərinin davam etdirilməsinin vacibliyindən danışır. Ancaq təssüf ki, bu istiqamətdə hələ ki, irəliləyiş yoxdur.
Ümid Partiyası olaraq, 30 aprel terrorunda həlak olanlara Allahdan rəhmət diləyir, dünyasını dəyişənlərin yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət etsin!
Şərh yaz