Azərbaycan Ümid Partiyasının İdarə Heyəti növbədənkənar toplantı keçirib

Azərbaycan Ümid Partiyasının İdarə Heyəti növbədənkənar toplantı keçirib
8 dekabr 2023-cü il tarixində Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin növbədənkənar toplantısı keçirilib.
Toplantıda 7 dekabr 2023-cü il Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 7 fevral 2024-cü il növbədənkənar prezident seçkiləri ilə bağlı imzaladığı sərəncama əsasən sözügedən seçkilərdə iştirak müzakirə olunub.
İclas zamanı seçkilərdə iştirakla bağlı müxtəlif fikirlər irəli sürülüb, mövqelər səsləndirilib.
İdarə Heyəti üzvləri partiyanın rayon şöbələri ilə bu istiqamətdə müəyyən məsləhətləşmələrin aparılmasını, onların da rəylərinin dinlənilməsinin vacibliyini vurğulayıb.
Toplantının irəliləyən dəqiqələrində nəzərə alınıb ki, İdarə Heyətinin növbəti həftədə keçiriləcək iclasında bu məsələ bir daha müzakirə olunsun və qərar aidiyyəti üzrə orqanların müzakirəsinə çıxarılsın.
Şərh yaz