Bu gün Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party-nın Xətai rayon təşkilatının bir qrup fəalları ilə görüş keçirilib.
Görüşdə partiya sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev, partiyanın İdarə Heyətinin üzvləri Bakir Həsənbəyli və Səməd Hətəmov iştirak ediblər.
Toplantını giriş sözü ilə Xətai rayon təşkilatının əlaqələndiricisi Bəybala Əliyev açıb.
Tədbirə torpaqlarımızın işğaldan azad olunması və suverenliyimizin bərpası uğrunda canlarından keçən Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edildikdən sonra start verilib.
Bəybala Əliyev RT-nın “Siyasi Partiyalar Haqqında” yeni Qanunun tələblərinə uyğun olaraq, partiyanın sıralarının daha da genişlənməsi, təşkilatlanması və formalaşmasının zəruriliyini qeyd etdi.
O, qarşıda dayanan vəzifələr, tədbirin məram və məqsədi barədə toplantı iştirakçılarına məlumat verdikdən sonra sözü partiya sədrinin birinci müavini Ənvər Ağazadəyə verib. Ənvər Ağazadə ölkədə, regionda, dünyada baş verən hadisələr barədə ətraflı çıxış edib.
Toplantının gedişatında söz partiyanın Mərkəzi Aparatının rəhbəri Taleh Əliyevə verilib. Taleh Əliyev partiya quruculuğu istiqamətində Xətai rayon şöbəsinin üzərində duran və qarşıdakı vəzifələr barədə danışıb, siyasi partiya üzvünün vəzifə və hüquqları barədə bir daha xatırlatma edib.
Daha sonra iclasda partiyanın İdarə Heyətinin üzvü Səməd Hətəmov və Bakir Həsənbəyli quruculuq və təşkilatlanma üzərindən iştirakçılarla fikir mübadiləsi aparıb, onların təkliflərini dinləyib, sualları cavablandırıb. Çıxış zamanı ölkədə keçirilməsi ehtimal olunan Referenduma hazırlıq mərhələsinin aparılmasının forması haqqında məlumat verilib, Ümid Partiyasının bu istiqamətdə tələb və təklifləri iclas iştirakçılarının diqqətinə çatdırılıb. Quruculuq və təşkilatlanma işlərində RT aktivlərinin fikir və təklifləri də xüsusi qiymətləndirilib.
Şərh yaz