Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev 10 iyun 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.
Veriliş “Birləşmiş Ştatlar nəyə eyham vurur? “Əgər savaş olarsa…” sualı və mövzusu ətrafında baş tutub.
Taleh Əliyev ABŞ səfirinin son açıqlamalarına münasibət bildirib və ABŞ-Azərbaycan münasibətlərini şərh edib.
Rusiya-Azərbaycan münasibətləri, Rusiyanın Qarabağda törətdiyi təxribatlar, Şuşa Bəyannaməsindən keçən bir il və bu bəyannamənin əhəmiyyəti də verilişdə müzakirə mövzusu olub.
Ümid rəsmisi Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın təcavüzkarlıq siyasətindən, Ukraynada başlatdığı prosesi yarımçıq qoymaq istəməməsindən də danışıb.
O, Qazaxıstandakı referenduma da münasibət bildirib və Azərbaycanın da belə bir siyasi açılıma getməsinin vacibliyini vurğulayıb.
Ölkədəki sosial-iqtisadi problemlər də verilişdə müzakirə mövzusu olub və Taleh Əliyev hökumətin islahatlara getməsinin vacibliyini diqqətə çatdırıb.
Sözügedən efiri izləyicilərə təqdim edirik: