Rusiyaya sanksiyaların tətbiq edildiyi zamanda Azərbaycanda rus şirkətlərinin fəaliyyətinə start verilməsi böyük yanlışdır – TAMİLLA QULAMİ

Ümid Partiyası sədrinin müavini Tamilla Qulami 3 may 2022-ci ildə Laf Tv-də canlı efir qonağı olub.

Veriliş “Zelenski Türkiyəni niyə hədəf seçdi?” sualı ətrafında baş tutub.

Tamilla Qulami Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın iki aydan çox davam edən təcavüzkarlıq siyasətindən, Ukraynanın dağıdılmasından, həmçinin Rusiyaya qarşı həyata keçirilən sanksiyalardan danışıb.

O, Rusiyanın müharibənin sərhədlərini genişləndirmək istəyindən də söz açıb və bildirib ki, bununla o, Ukraynanı və həm də dünyanı danışıq masasına oturmağa məcbur etmək istəyir.

Ümid rəsmisi Ukraynaya verilən dəstəkdən və müharibənin nə zaman bitəcəyi ilə bağlı ehtimallardan da danışıb.

Türkiyənin Ukrayna ilə bağıı siyasətinin nə dərəcədə düzgün olması, Rusiyanın nüvə silahından istifadə edəcəyi barəd ehtimallar, Buça qətliamının beynəlxalq məhkəmələrə çıxarılması və digər məsələlər də verilişdə müzakirə mövzusu olub.
Tamilla Qulami Ukraynadakı azərbaycanlıların təhlükəli ərazilərdən köçürülməsi istiqamətindəki çətinliklərdən, səfirliyin və digər dövlət qurumlarının yarıtmaz fəaliyyətindən, köməksiz qalan vətəndaşlarımızın durumundan da danışıb.

Ümid rəsmisi verilişdə Qarabağda baş verənlərə də diqqət çəkib və erməni, həmçinin rus təxribatlarından, aparılan danışıqlardan, sülh müqaviləsi ehtimallarından da danışıb. O, həmçinin hələ də terrorçu Arayik Aruntunyanın Xankəndidə rahat şəkildə gəzdiyini, Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilsə də, hələ də Azərbaycan hökumətinin onu həbs edə bilmədiyini xatırladıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

 

Şərh yaz