Ümid Partiyasının sədr müavini İlahə Sadıqova 20 aprel 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.
Veriliş “Paşinyan etiraf etdi. Putinlə razılaşdıq” mövzusu ətrafında baş tutub. Eyni zamanda, verilişdə Ümid Partiyasının Konstitusiyaya təklif etdiyi dəyişikliklər də geniş şəkildə müzakirə edilib.
İlahə Sadıqova Ermənistanın dövlət başçısı Paşinyanın Moskva səfərindən, bundan gözlənilən nəticələrdən danışıb. O, Qarabağ bölgəsində baş verənlərdən, son hərəkətlənmədən, Rusiya sülhməramlılarının və erməni silahlılarının təxribatlarından söz açıb.
İlahə Sadıqova həmçinin Azərbaycanla Ermənistan arasında müzakirəsi gedən sülh müqaviləsindən də danışıb və bunun Rusiyaya sərf etmədiyini qeyd edib.
O, Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın gözlənilən məğlubiyyətindən, post-Putin dövründən və bu dövrdə Azərbaycanın atmalı olduğu addımlardan da danışıb, hakimiyyətin islahatlara getməsinin vacib olduğunu da vurğulayıb.
Ümid rəsmisi verilişdə Ümid Partiyasının Konstitusiyaya təklif etdiyi dəyişiklikləri də geniş şəkildə, detallı açıqlayıb.
Sözügedən efiri izləyicilərə təqdim edirik: