Müharibə uzanacaqsa, Buçadakı kimi növbəti soyqırımların şahidi olacağıq- BAKİR HƏSƏNBƏYLİ

Ümid Partiyasının sədr müavini Bakir Həsənbəyli 8 aprel 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Buça, İrpen, bugün isə Vağzal. Sıradakı hansıdır?” sualı ətrafında baş tutub.

Bakir Həsənbəyli Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın törətdiyi qətliamlardan, Buça şəhərində törədilən soyqırımdan, günahsız insanların öldürülməsindən, şəhərlərin dağıdılmasından danışıb. O, Rusiyanın yürütdüyü faşizm siyasətindən, Qərb dövlətlərinin Ukraynaya dəstəyinin artmasından da söz açıb. Bakir Həsənbəyli həmçinin bildirib ki, bu dəstək artdıqca, Rusiya daha da aqressivləşəcək və daha böyük qətliamlara imza atması təhlükəsi var. Bakir Həsənbəyli Buça qətliamının dəhşətli görüntülərindən danışıb və baş verənləri Xocalı soyqırımı ilə müqayisə edib.

Ümid sədrinin müavini eyni zamanda Rusiyaya qarşı yönələn sanksiyalardan, sayı doqquz mini ötən həmin sanksiyaların Rusiyanın çökdürülməsi üçün atılan addım olmasından və effektindən də danışıb. Onun sözlərinə görə, ortaya iradə qoyulub, dünya Ukraynaya dəstək verir, Ukrayna prezidenti Zelenski də məğlubiyyəti düşünmür, qalibiyyətdə qərarlıdır. Belə olan halda, Rusiyanın məğlubiyyəti qaçılmazdır.

Bakir Həsənbəyli Azərbaycan və Ermənistan dövlət başçılarının 6 apreldə Brüsseldə keçirilən görüşündən və görüşün nəticələrindən də danışıb və prosesin gələcəyi barədə ehtimallarını bölüşüb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz