Ümid Partiyasının sədr müavini Bakir Həsənbəyli 1 mart 2022-ci ildə Laf Tv-də canlı efir qonağı olub.
Veriliş “Belarus qoşunları da Ukraynaya daxil oldu. Lavrov ABŞ-a müraciət etdi” mövzusu ətrafında baş tutub.
Partiya sədrinin müavini günlərdir davam edən Rusiya-Ukrayna müharibəsindən, dünyanın gözü qarşısında açıq şəkildə həyata keçirilən işğal prosesindən danışıb və gözləntilərini gölüşüb.
Bakir Həsənbəyli müharibənin uduzan tərəfinin Rusiya olmasından, Rusiyanın ciddi şəkildə bataqlığa sürüklənməsindən, iqtisadi itkilərdən, maliyyə və digər sanksiyalardan da danışıb. Onun fikrincə, Rusiya iqtisadi və siyasi sferada uduzub, hərbi sahədə uduzmasının etirafı da gec deyil. O, Rusiyanın hərbi qüdrətinin deyildiyi, təqdim edildiyi kimi möhtəşəm olmadığını da vurğulayıb.
Sözügedən efiri izləyicilərə təqdim edirik: