Ümid Partiyasında “18 oktyabr Dövlət Müstəqilliyi Gününün Bərpası – 30 il sonra reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib

Ümid Partiyasının Rəyasət Heyəti, rayon təşkilatları və Gənclər şöbəsinin “Zoom” proqramı vasitəsilə “18 oktyabr Dövlət Müstəqilliyi Gününün Bərpası – 30 il sonra reallıqlar və perspektivlər” mövzusunda tədbiri baş tutub. Tədbirin məruzəçisi İcra Aparatının rəhbəri, Qarabağ qazisi Taleh Əliyev olub. Taleh Əliyev tədbirə torpaqlarımızın işğaldan azad edilməsində canından keçən Şəhidlərimizi anmaqla başlayıb, yaralılara şəfa, qazilərə can sağlığı diləyib, Dövlət Müstəqilliyimizin Bərpası ilə bağlı çıxış edib.

Daha sonra partiya sədrinin birinci müavini Ənvər Ağazadə, Ali Məclisin sədri Rafael Tağızadə, təbliğat və informasiya məsələləri üzrə müavin Tamilla Qulami, siyasi məsələlər üzrə Bakir Həsənbəyli, sosial məsələlər üzrə müavin İlahə Sadıqova ölkədə və dünyada gedən prosesləri təhlil edib, partiya təşkilatlanması və mövcud durumu dəyərləndirərək, partiya funksionerlərinin suallarını cavablandırıblar.

Tədbirdə rayon təşkilat sədrləri və gənclər də çıxış ediblər.

Şərh yaz