Bu gün Ümid Partiyası Ali Məclisin üzvü, xaricdə yaşayan soydaşlarla iş üzrə şöbənin müdiri Murtuza Məmmədovun doğum günüdür.
Murtuza bəy uzun müddət xaricdə Ümid Partiyasının təəssübkeşi kimi fəaliyyət göstərərək, partiyanın və partiyanın lideri İqbal Ağazadənin təbliğatında fəal iştirak edib.
Murtuza Məmmədov hal-hazırda xaricdə yaşayan soydaşlarla iş üzrə şöbənin müdiri kimi fəaliyyətini davam etdirir.
Hər zaman ictimai-siyasi proseslərdə, partiyanın tədbirlərində, partiyaya yeni gənc üzvlərin cəlb olunmasında, xaricdə yaşayan soydaşlarımızla əlaqələrin qurulmasında aktiv iştirak edir.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Murtuza bəyi təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar diləyir.