Ümid Partiyası Rüstəm Behrudini təbrik etdi

Bu gün Azərbaycanın müasir poeziyasında özünəməxsus yeri və rolu olan, ömrünü ədəbiyyata həsr edən, yaradıcılığında haqqa, ədalətə, türkçülük və dərviş fəlsəfəsinə üstünlük verən, haqsızlığa, ədalətsizliyə, məddahlığa, mütiliyə üsyan edən, “Yaddaşlara yazın”, “Salam, dar ağacı”, “Şaman duası”, “Yer üzü görüş yeridi”, “İblis mələkdən gözəldi”, “Tənhalıqda ölüm qorxusu yoxdu”, “Din sevdim din üstünə”, “Bir dəli ayrılıq kimi” və s. şeir kitablarının, “Göz yaşlarından baxan Allah” adlı fəlsəfi-publisistik kitabın müəllifi, “Salam, dar ağacı” hayqıran Rüstəm Behrudinin doğum günüdür.

Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti Rüstəm Behrudini doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi həyatında və yaradıcılığında uğurlar arzulayır.

Şərh yaz