Bu gün Ümid Partiyası Ali Məclisinin üzvü, Goranboy rayon şöbəsinin sədri, tanınmış şair, bir neçə kitabın müəllifi İmamverdi Cəmillinin doğum günüdür.
İmamverdi Cəmilli Birinci Qarabağ savaşının iştirakçısı, Qarabağ qazisidir.
O, bir ziyalı kimi Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması üçün hər zaman mübarizənin önündə dayanıb və hazırda Ümid Partiyasının sıralarında rayon təşkilat sədri olaraq, mübarizəsini davam etdirir.
Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti İmamverdi bəyi təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində, yaradıcılığında və siyasi fəaliyyətində uğurlar arzulayır.
Şərh yaz