Ümid Partiyası Anar İsayevi təbrik etdi

Bu gün Ümid Partiyasının iqtisadi məsələləri üzrə sədr müavini Anar İsayevin doğum günüdür.

Anar İsayev siyasi fəaliyyətinə 2002-ci ildə Ümid Partiyasında başlayıb, Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması üçün hər zaman mübarizənin önündə dayanıb.

Anar İsayev hər zaman ictimai-siyasi proseslərdə, partiyanın tədbirlərində aktiv iştirak edib. 2010-cu il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 84 saylı Füzuli, 1 noyabr 2015-ci il 81 saylı Beyləqan, 9 fevral 2020-ci il növbədənkənar Parlament Seçkilərində 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsindən Ümid Partiyasının namizədi olub. Anar İsayev uğurlu seçki kampaniyası aparıb. Seçicilərin rəğbətini qazansa da, seçkilərin qalibi olsa da, haqqı tanınmayıb.

Anar bəyin vətənpərvərliyi, cəsarəti, hüququn aliliyinə yanaşması, ölkə problemlərinin həllində hər zaman yaxından iştirak etməsi, ictimai-siyasi fəaliyyətini xalqın rifahı naminə sərf etməsi, hər zaman haqqın yanında dayanması səbəbindəndir ki, həm onu tanıyanların, həm də Ümid ailəsinin hörmətini, sevgisini qazanıb.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Anar bəyi təbrik edir, ona uzun ömür, can sağlığı və siyasi fəaliyyətində uğurlar diləyir.

Təbriklər!

Şərh yaz