Ümid Partiyası Cəmilə Rüstəmovanı təbrik etdi

Bu gün Ümid Partiyası Mingəçevir Şəhər Şöbəsinin sədr müavini Cəmilə Rüstəmovanın doğum günüdür.

Siyasi fəaliyyətinə yeni başlamasına baxmayaraq, Cəmilə xanımın ölkənin ictimai həyatında aktiv rolu olub, vətəndaş, Şəhid ailələri, Qarabağ qazilərinin problemlərinə həssas yanaşıb, daim ictimailəşdirilməsi, həlli istiqamətində çalışıb.

Cəmilə xanım gənc olmasına baxmayaraq, öz mübariz mövqeyi və aktivliyi ilə seçilir, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması üçün mücadilənin önündə dayanır və hal-hazırda Ümid Partiyasının sıralarında öz mübarizəsini davam etdirir.

Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti Cəmilə xanımı təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi həyatı və siyasi fəaliyyətində uğurlar arzulayır.

Şərh yaz