Su resurslarından yanlış istifadə gələcəkdə şirin su probleminin yaranmasına səbəb olacaq – İLAHƏ SADIQOVA

Ümid Partiyası sədrinin ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə müavini İlahə Sadıqova 07 iyun 2021- i il “Xural TV”- nin canlı efirində aparıcı Əvəz Zeynallının sərhəddə baş verənlər, jurnalistlərin ölümü, Azərbaycan-Ermənistan sərhəddində Ümid Partiyasının sədlər tikilməsi təklifi, yeni subartezian quyuların qazılması və layihələndirilməsi, Ermənistandakı seçkilər ilə bağlı suallarını cavablandırıb.

Aparıcının suallarını cavablandırarkən İlahə Sadıqova deyib ki, suvarma və əhalinin su təminatı ilə bağlı problem bölgələrimizin hamısında mövcuddur. Yerli məmurlar mövcud su resurslarından şəxsi təsərrüfatlarının suvarılması üçün istifadə edərək bir növ suyun əhali tərəfindən istifadə olunmasına əl qoyub. Nəticədə əhali şəxsi istifadə, eyni zamanda əkinçilik üçün sudan istifadə edə bilmirlər.

Aparıcının jurnalistlərin ölümü ilə bağlı sualını cavablandırarkən partiya sədrinin müavini bildirib ki, aidiyyatı qurumların ehtiyatsızlığı, erməni diversantlarının əraziyə daxil olub mina yerləşdirə bilmə məsələsini nəzərdə saxlamaması bu faciənin baş verməsinə səbəb olub.

Verilişin gedişində sədr müavini regionda Rusiya faktoru, Ermənistanda seçkilər, demokratiya və s. ilə bağlı sualları cavablandırdı.

Sözügedən verilişi izləyicilərə təqdim edirik:

 

Şərh yaz
PAYLAŞ