Azərbaycan-Ermənistan münasibətlərində hazırda nələr yaşanır? — TALEH ƏLİYEV şərh edir
Azərbaycan Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Aliyev: “Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığı dayandırması suveren hüququmuzun tələbidir”
Siyasi şərhçi Taleh Əliyev isə Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərdə tutduğu qətiyyətli mövqeyi və Qərb institutlarının gerçək simasını ifşa edib:
“Uzun illər demokratiya və insan haqlarının beşiyi hesab elədiyimiz Avropa strukturları, gerçəkdə mahiyyətdən çox-çox uzaq imiş. 44 günlük Vətən müharibəsindən sonra biz onların gerçək simasını və praktik addımlarını bir daha gördük. 2021-ci ildən bu günə qədər Avropa Parlamenti Azərbaycan haqqında 14 dəfə qərəzli qətnamə çıxarıb”.
T.Əliyev Avropa ölkələrinin ikili standartlarını kəskin tənqid edərək əlavə edib:
“Fransa və ona yaxın olan Belçika, Hollandiya kimi ölkələr bu strukturları həqiqəti qorumaq üçün deyil, başqa ölkələrə təzyiq etmək üçün istifadə edirlər.
Suveren hüquqlarını və milli maraqlarını qoruyan Azərbaycan, bu qərəzli mövqe ilə barışa bilməzdi. Mənasız siyasi skandalların səmərəsiz olduğunu görən Azərbaycan dövləti ən düzgün yolu — bu qurumla rəsmən əməkdaşlığı dayandırmaqda gördü.
Azərbaycanın burada itirəcəyi ciddi bir şey yoxdur. Əksinə, özünü “demokratiya keşiyçisi” sayan Avropa strukturları, region ölkələrinin onların legitimliyini qəbul etməməsinin fəsadları ilə bağlı gələcəkdə hesabat verməli olacaqlar”.
Şərhçi vurğulayıb ki, Azərbaycanın bu addımı milli maraqlara tam uyğundur və münasibətlərin bərpası yalnız Avropa Parlamentinin qərəzli mövqeyindən geri çəkiləcəyi təqdirdə mümkün ola bilər.
Şərh yaz




