Ümid Partiyasından “Ümid Yeri” Uşaq Sığınacağına Bayram Ziyarəti
Azərbaycan Ümid Partiyasının təşəbbüsü və Azərbaycan Ümid Partiyasının Qadınlar Şöbəsinin təşkilatçılığı ilə “Ümid yeri” Uşaq Sığınacağına bayram ərəfəsində ziyarət təşkil olunub. Ziyarət çərçivəsində sığınacağın rəhbəri Nigar xanımla görüş keçirilib, müəssisənin fəaliyyəti, uşaqların gündəlik qayğıları, psixoloji durumu və mövcud ehtiyacları ətrafında səmimi müzakirələr aparılıb.
Sığınacağın rəhbəri Nigar xanımın uşaqlara qarşı sevgisi, diqqəti, qayğısı xüsusi alqışlanıb.
Görüş zamanı sığınacağa bayram ərəfəsində ərzaqlar təqdim olunub. Bu ziyarətin məqsədlərindən biri də uşaqlarla yaxından ünsiyyət quraraq onların sevincinə, kədərinə, arzularına şərik olub, hər bir uşağa tək olmadıqlarını hiss etdirməyə çalışmaq olub.
Uşaqlarla aparılan səmimi söhbətlər, göstərilən diqqət və qayğı onların üzündə sevinc və ümid hissini daha da gücləndirib.
Ziyarət zamanı bir daha vurğulanıb ki, uşaqların sağlam, güvənli və sevgi dolu mühitdə böyüməsi cəmiyyətin ümumi məsuliyyətidir.
Görüş zamanı Ümid Partiyasının nümayəndələri sosial həssas qruplara, xüsusilə valideyn himayəsindən məhrum uşaqlara dəstək yönümlü layihələrin bundan sonra da davam etdiriləcəyini bildirib.
Tədbirdə xüsusilə cani-qəlbdən iştirak edən təşkilatın qadın üzvlərinin bu addımı xüsusi dəyərləndirilməli, onların bu addımı cəmiyyət üçün örnək olmalıdır.
Ümid Partiyasının sədri İqbal Ağazadə cəmiyyətin həssas təbəqəsinə qarşı diqqətli biri kimi bu istiqamətdə problemlərin həlli yollarını hər zaman dəfələrlə təklif edib.
Bu cür təşəbbüslər cəmiyyətdə mərhəmət, həmrəylik və sosial ədalət dəyərlərinin möhkəmləndirilməsinə xidmət edir və hər bir uşağın ümidlə gələcəyə baxması üçün atılan vacib addımlardandır.
Şərh yaz




