“𝐵𝑖𝑧 𝑈̈𝑚𝑖𝑑 𝑃𝑎𝑟𝑡𝑖𝑦𝑎𝑠ı 𝑜𝑙𝑎𝑟𝑎𝑞 𝐾𝑜𝑛𝑠𝑡𝑖𝑡𝑢𝑠𝑖𝑦𝑎 𝑖𝑠𝑙𝑎ℎ𝑎𝑡𝑙𝑎𝑟ı 𝑖𝑙ə 𝑏𝑎𝑔̆𝑙ı 𝑜̈𝑧 𝑡ə𝑘𝑙𝑖𝑓𝑙ə𝑟𝑖𝑚𝑖𝑧𝑖 𝑖𝑐𝑡𝑖𝑚𝑎𝑖𝑦𝑦ə𝑡𝑖𝑛 𝑚𝑢̈𝑧𝑎𝑘𝑖𝑟ə𝑠𝑖𝑛ə 𝑡ə𝑞𝑑𝑖𝑚 𝑒𝑡𝑚𝑖𝑠̧𝑖𝑘”.
𝑩𝒖 𝒔𝒐̈𝒛𝒍ə𝒓𝒊 𝑨𝒛ə𝒓𝒃𝒂𝒚𝒄𝒂𝒏 𝑼̈𝒎𝒊𝒅 𝑷𝒂𝒓𝒕𝒊𝒚𝒂𝒔ı𝒏ı𝒏 𝑴ə𝒓𝒌ə𝒛𝒊 𝑨𝒑𝒂𝒓𝒂𝒕ı𝒏ı𝒏 𝒓ə𝒉𝒃ə𝒓𝒊 𝑻𝒂𝒍𝒆𝒉 Ə𝒍𝒊𝒚𝒆𝒗 “𝑪𝒖̈𝒎𝒉𝒖𝒓𝒊𝒚𝒚ə𝒕”-ə 𝒂𝒄̧ı𝒒𝒍𝒂𝒎𝒂𝒔ı𝒏𝒅𝒂 𝒅𝒆𝒚𝒊𝒃. 𝑶 𝒃𝒊𝒍𝒅𝒊𝒓𝒊𝒃 𝒌𝒊, 𝑺𝒆𝒄̧𝒌𝒊 𝑴ə𝒄ə𝒍𝒍ə𝒔𝒊 𝒊𝒍ə 𝒃𝒂𝒈̆𝒍ı 𝒅𝒂 𝒅ə𝒚𝒊𝒔̧𝒊𝒌𝒍𝒊𝒌𝒍ə𝒓𝒊𝒏 𝒆𝒅𝒊𝒍𝒎ə𝒔𝒊 𝒊𝒍ə 𝒃𝒂𝒈̆𝒍ı 𝒕ə𝒌𝒍𝒊𝒇𝒍ə𝒓 𝒗𝒆𝒓𝒊𝒃𝒍ə𝒓:
“Həmçinin, təhsil və səhiyyə istiqamətində də proqramlarımızı ictimaiyyətə təqdim etmişik. Bundan sonra isə digər istiqamətlərdəki proqramlarımız təqdim olunacaq. Seçki qanunvericiliyinin necə olmasından asılı olmayaraq, Ümid Partiyası Azərbaycanda bütün seçkili orqanların vaxtında, azad, şəffaf və ədalətli şəkildə formalaşmasının tərəfdarıdır.
Ümid Partiyası olaraq, ölkədə proporsional seçki sisteminin bərpasının, siyasi partiyaların siyasi sistemdə yerinin gücləndirilməsi baxımından vacib və əhəmiyyətli hesab edirik. O cümlədən, bələdiyyə seçkilərində proporsional seçki sisteminin tətbiqini doğru və vacib hesab edirik”.
Həmsöhbətimiz qeyd edib ki, bununla bağlı zaman-zaman müxtəlif versiyalar gündəmə gəlib:
“Hətta son zamanlar bununla bağlı 3 istiqamətdə fikirlər səsləndirilir. Bunlardan biri parlamentdə deputatların sayının artırılması və proporsional seçki sisteminin bərpa edilməsidir. İkincisi, Azərbaycanda iki palatalı parlament sisteminin formalaşdırılmasıdır. Üçüncü variant isə Azərbaycanda prezidentli respublika modelindən parlamentli respublika modelinə keçidlə bağlı olan təklifdir.
Hesab edirəm ki, hakimiyyət tərəfindən bunlarla bağlı cəmiyyətdə rəsmi müzakirə başladılmadığı üçün ehtimalların üzərindən danışmaq doğru olmaz. Amma parlamentdə deputat sayının artırılması ilə, proporsional seçki sisteminin bərpa edilməsi lazımdır. Həmçinin, bələdiyyə seçkilərində də proporsional seçki sistemi tətbiq edilə bilər. Bundan əlavə, icra hakimiyyətləri ləğv olunması və bələdiyyələrin gücləndirilməsi vacibdir. Hesab edirəm ki, bu istiqamətdə Türkiyə modelinə keçid edə bilərik”.
Taleh Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə görə ölkəmizdə parlament seçkiləri majoritar qaydada 125 dairə üzrə keçirilir:
“Ölkədə hansı seçki sistemi tətbiq olunsa, biz də partiya olaraq, ona uyğun qaydada hazırlaşacağıq. Bu il növbədənkənar prezident seçkisi keçirildi, iki seçkinin daha keçirilməsi gözlənilir. Həmçinin, Referendumla bağlı da uzun müddətdir söz-söhbətlər gəzir. 2020-ci ildə keçirilən parlament seçkiləri növbədənkənar olduğuna görə, hazırkı parlamentin səlahiyyət müddəti 2025-ci ilin 9 fevralında tamamlanır. Lakin onun 2025-ci ilin noyabr ayından sonra fəaliyyətini davam etdirməsi Konstitusiya normalarının pozulması anlamına gələcək.
Ona görə də növbəti parlament seçkilərinin vaxtından əvvəl, bu ilin 3 noyabr tarixində keçirilməsi Konstitusiya öhdəliyidir. Hakimiyyət bundan öncə növbədənkənar seçki də keçirə bilər. Bütün bunların fərqində olan Ümid Partiyası həm bələdiyyə seçkiləri, həm də parlament seçkilərinə siyasi təşkilat olaraq hazırlaşır.
Bizim partiya olaraq yanaşmamız növbəti seçkilərə sonuncu seçkilərin səhəri günündən hazırlaşmaqdır. Ümid Partiyası hər seçkidən sonra partiyanın uğurlu və uğursuz tərəflərini təhlil edir. Biz növbəti seçkilər üçün uğurlu tərəfi davam etdirmək, uğursuz olan tərəfi isə aradan qaldırılması üçün çalışırıq. Bizdə seçki prosesinə kəsintisiz və davamlı proses kimi baxılır”.
Elmir Mustafa
“Cebhe.info”
Şərh yaz