Azərbaycan Ümid Partiyasının Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı təklifləri

Azərbaycan Ümid Partiyası Proqram sənədlərini təqdim etməkdə davam edir.

Bu dəfə Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı Ümid Partiyasının təkliflərini sizinlə paylaşırıq.

Cəmiyyəti, özəlliklə siyasi institutları ən çox narahat edən məsələ Mərkəzi Dairə, məntəqə komissiyalarının formalaşma prinsipidir.

Ümid Partiyası bununla bağlı etimad komissiyalarının necə formalaşdırılmasının aydın prinsiplərini müəyyənləşdirib.

O cümlədən qapalı müəssisələrdə və hərbi hissələrdə səsvermə əksər vaxtlarda tərəfləri narazı salır. Bununla da bağlı təkliflərimiz müzakirənizə verilir.

Ümid Partiyası bir Proqram partiyası olduğunu hər fürsətdə seçiciyə çatdırır. Biz ölkəni necə idarə etməyi və sahələr üzrə islahatlarımızı təqdim etməyi davam etdirəcəyik.

AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ MƏCƏLLƏSİ

ƏSAS ANLAYIŞLAR

Birinci fəsil

ƏSAS ANLAYIŞLAR VƏ PRİNSİPLƏR

İkinci fəsil

SEÇKİ HÜQUQUNUN TƏMİNATLARI. MƏHDUDİYYƏTLƏR

 

Mövcud olan:

1.1.1. referendum — Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən məsələlər üzrə Azərbaycan Respublikası vətəndaşlarının səsverməsi;

 

Təklif olunan:

Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən məsələlər üzrə Azərbaycan Respublikası vətəndaşlarının səsverməsi. Referendum dövlətin siyasi sisteminin formalaşmasında xalqın birbaşa iştirak formasıdır.

Maddə 12. Aktiv seçki hüququnun mənsubiyyəti

Mövcud variant:

12.3. Bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər (o şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun).

 

Təklif olunan:

12.3. Bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər

 

Maddə 16. Vətəndaşların səsvermədə iştirak etmədikləri hallar    

 Təklif olunan əlavə

16.7. Müddətli hərbi qulluqçu və xidmətçilər, azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər, barələrində həbs-qətimkan tədbiri seçilmiş şəxslər parlament və bələdiyyə seçkilərində iştirak edə bilməzlər.

II bölmə

ÜMUMİ MÜDDƏALAR

Üçüncü fəsil

SEÇKİ VƏ REFERENDUM ORQANLARI

Maddə 17. Seçki (referendum) orqanlarının fəaliyyət prinsipləri

Mövcud variant:

17.6.4. hər hansı bir namizədin, siyasi partiyanın, referendum üzrə təşviqat qrupunun dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi başa düşülə bilən hərəkətlərə yol verməməlidirlər;

Təklif olunan:

17.6.4. hər hansı bir namizədin, siyasi partiyanın, siyasi blokun, referendum üzrə təşviqat qrupunun dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi başa düşülə bilən hərəkətlərə yol verməməlidirlər;

Dördüncü fəsil

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI

Mövcud variant:

24.2. Mərkəzi Seçki Komissiyasının üzvləri Milli Məclis tərəfindən seçilir.

 

Təklif olunan:

24.2. Mərkəzi Seçki Komissiyasının üzvləri sonuncu parlament seçkilərinin nəticələrinə uyğun olaraq Milli Məclis tərəfindən təsdiq edilir.

Mövcud variant:

24.3. Mərkəzi Seçki Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə.

Təklif olunan:

24.3. Mərkəzi Seçki Komissiyasının 7 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 7 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları, 4 üzvü isə son parlament seçkilərində siyasi partiya kimi iştirak edən, lakin parlamentdə təmsil olunmayan ən çox səs toplayan 4  siyasi partiyanı təmsil edir.

Maddə 26. Mərkəzi Seçki Komissiyasının fəaliyyət istiqamətləri

Mövcud variant:

26.2.2. bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən riayət olunmasını təmin edir;

Təklif olunan:

26.2.2. bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə bütün namizədlər, qeydə alınmış namizədlər, onların vəkil edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri, siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən riayət olunmasını təmin edir;

Maddə 27. Mərkəzi Seçki Komissiyası üzvünün fəaliyyətinin təminatları

Mövcud variant

27.1. Mərkəzi Seçki Komissiyasının sədri, sədrinin müavini, katibi və üzvü komissiyada öz səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına əməkhaqqı alır. Mərkəzi Seçki Komissiyasının üzvünün, sabiq üzvünün və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Təklif olunan:

27.1. Mərkəzi Seçki Komissiyasının sədri, sədrinin müavini, katibi və üzvü komissiyada öz səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına əməkhaqqı alır. Mərkəzi Seçki Komissiyasının üzvünün, sabiq üzvünün və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir

Maddə 28. Mərkəzi Seçki Komissiyasının işinin təşkili

Mövcud variant:

28.2. Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 12-si iştirak edərsə, — azı 8 üzvün; 13-ü iştirak edərsə, — azı 9 üzvün; 14-ü və ya 15-i iştirak edərsə, — azı 10 üzvün; 16-sı iştirak edərsə, — azı 11 üzvün; 17-si və ya 18-i iştirak edərsə, — azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.

Təklif olunan:

28.2. Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 10 üzvünün səs çoxluğu ilə qəbul edilir.

Beşinci fəsil

SEÇKİ (REFERENDUM) DAİRƏLƏRİ VƏ DAİRƏ SEÇKİ KOMİSSİYALARI

Maddə 29. Seçki (referendum) dairələri

Mövcud variant:

29.6. Seçki dairələrinin yaradılması sxemini və onun qrafik təsvirini, seçki dairələrinin hüdudlarına dair təklifləri Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya hazırlayır. Həmin komissiyanın işinə Mərkəzi Seçki Komissiyasının sədr müavini rəhbərlik edir və o, vəzifəsinə görə komissiyanın sədri hesab olunur. Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın iclasları hər il vahid seçici siyahısı dəqiqləşdirildikdən sonra iki aydan gec olmayaraq keçirilir. Göstərilən komissiyanın əsas məqsədi seçki dairələrinin bu Məcəllənin 29.3-cü və 29.7-ci maddələrinə cavab verməsinin təmin edilməsidir. Həmin komissiya üzvlərinin yalnız 1/3 hissəsi dövlət qulluğunda ola bilər. Seçki dairələri seçkilərin (referendumun) keçirilməsindən bilavasitə əvvəl yaradılırsa, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri seçkilər (referendum) gününə ən azı 55 gün qalmış təsdiq edilməli və seçki (referendum) gününə azı 50 gün qalmış dərc edilməlidir.

Təklif olunan:

29.6. Seçki dairələrinin yaradılması sxemini və onun qrafik təsvirini, seçki dairələrinin hüdudlarına dair təklifləri Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya hazırlayır. Həmin komissiyanın işinə Mərkəzi Seçki Komissiyasının həvalə etdiyi üzvlərən biri rəhbərlik edir və o, vəzifəsinə görə komissiyanın sədri hesab olunur. Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın iclasları hər il vahid seçici siyahısı dəqiqləşdirildikdən sonra iki aydan gec olmayaraq keçirilir. Göstərilən komissiyanın əsas məqsədi seçki dairələrinin bu Məcəllənin 29.3-cü və 29.7-ci maddələrinə cavab verməsinin təmin edilməsidir. Həmin komissiya üzvlərinin yalnız 1/3 hissəsi dövlət qulluğunda ola bilər. Seçki     dairələri seçkilərin (referendumun) keçirilməsindən bilavasitə əvvəl yaradılırsa, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri seçkilər (referendum) gününə ən azı 55 gün qalmış təsdiq edilməli və seçki (referendum) gününə azı 50 gün qalmış dərc edilməlidir.

 

Maddə 30. Dairə seçki komissiyalarının təşkili

Mövcud variant:

30.3. Dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir. Dairə seçki komissiyasının üzvlüyünə namizədləri Mərkəzi Seçki Komissiyasında siyasi partiyaları təmsil edən komissiyanın üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları da təqdim edə bilərlər. Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən dairə seçki komissiyasına irəli sürülmüş namizədlərin 2-si maraqlı tərəflərlə razılaşdırılır: 1 namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə.

 

Təklif olunan:

30.3. Dairə seçki komissiyasının 4 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünü parlament seçkilərində siyasi partiya kimi qeydiyyata alınmaqla iştirak edən və ən çox səs toplayan 4 partiyadan çox olmamaqla siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir.

 

Maddə 34. Dairə seçki komissiyasının işinin təşkili

Mövcud variant:

34.3. Dairə seçki komissiyasının qərarları komissiyanın iclasında 9 üzv iştirak etdikdə – azı 6 üzvün, 8 və ya 7 üzv iştirak etdikdə — azı 5 üzvün, 6 üzv iştirak etdikdə — azı 4 üzvün lehinə səs verməsi nəticəsində qəbul edilir.

Təklif olunan:

34.3. Dairə seçki komissiyasının qərarları komissiyanın iclasında ən azı 5 üzvünün səs verməsi nəticəsində qəbul edilir.

Mövcud variant:

34.4. Dairə seçki komissiyasının qərarı 24 saat ərzində dərc edilməlidir və dərc olunduğu gündən qüvvəyə minir.

Təklif olunan:

34.4. Dairə seçki komissiyasının qərarı 12 saat ərzində dərc edilməlidir və dərc olunduğu gündən qüvvəyə minir.

Altıncı fəsil

SEÇKİ (REFERENDUM) MƏNTƏQƏLƏRİ VƏ MƏNTƏQƏ SEÇKİ KOMİSSİYALARI

Maddə 35. Seçki (referendum) məntəqələrinin yaradılması

Mövcud variant:

35.5. Hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verirlər. Müddətli hərbi qulluqda olan Azərbaycan Respublikası vətəndaşlarının seçki məntəqələrinə çatdırılması (getmələri) qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun. Belə hallarda seçki məntəqələri bu Məcəllənin 35.2-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə, müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır. Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, Mərkəzi Seçki Komissiyası müəyyən etdiyi hallarda xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular onların hərbi hissələrində yaradılan seçki məntəqələrində səs verirlər. Xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 5 gün qalmış qəbul edilir. Bu maddəyə uyğun yaradılan seçki məntəqələrində seçki komissiyasının işlədiyi otağa və səsvermə otağına bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada məntəqə və yuxarı seçki komissiyalarının bütün üzvlərinin, qeydə alınmış namizədlərin və onların nümayəndələrinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, müşahidəçilərin maneəsiz daxil olmasına imkan yaradılmalıdır.

Təklif olunan:

Bu maddə prezident və referendum seçkilərinə şamil edilir.

 

Maddə 36. Məntəqə seçki komissiyalarının təşkili

Mövcud variant:

36.2. Məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər. Həmin namizədlər müvafiq seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar.

Təklif olunan:

36.2. Məntəqə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Dairə Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Dairə Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 1 üzvünü parlament seçkilərində siyasi partiya kimi qeydiyyata alınmaqla iştirak edən və ən çox səs toplayan 4 partiyadan çox olmamaqla siyasi partiyaları DSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir.

Mövcud variant:

36.6. Hər bir qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin təşəbbüs qrupunun məntəqə seçki komissiyası işə başladığı andan səsvermənin nəticələri rəsmiləşdirilənədək məntəqə seçki komissiyasına bir müşahidəçi təyin etmək hüququ vardır. Həmin müşahidəçilər üçün bu Məcəllənin 40.7-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçmək tələb olunmur və onlara bu Məcəllənin 40.7-ci maddəsində nəzərdə tutulan müvafiq lövhəciklər verilir.

Təklif olunan:

36.6. Hər bir qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin təşəbbüs qrupunun məntəqə seçki komissiyası işə başladığı andan səsvermənin nəticələri rəsmiləşdirilənədək məntəqə seçki komissiyasına üç müşahidəçi təyin etmək hüququ vardır. Həmin müşahidəçilər üçün bu Məcəllənin 40.7-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçmək tələb olunmur və onlara bu Məcəllənin 40.7-ci maddəsində nəzərdə tutulan müvafiq lövhəciklər verilir.

 

Maddə 37. Məntəqə seçki komissiyasının vəzifələri

Mövcud variant:

37.1.8. seçki məntəqəsində səsvermənin nəticələrini müəyyənləşdirir, hesablayır və səsvermənin nəticələri haqqında protokolları dairə seçki komissiyasına çatdırır;

Təklif olunan:

37.1.8.  seçki məntəqəsində səsvermənin nəticələrini müəyyənləşdirir, altı saat ərzində  səsləri hesablayır və səsvermənin nəticələri haqqında protokolları seçkidə iştirak edən tərəflərə, dairə seçki komissiyasına çatdırır və lövhədən asır;

Maddə 39. Məntəqə seçki komissiyasının işinin təşkili

Mövcud variant:

39.3. Məntəqə seçki komissiyasının qərarları komissiyanın iclasında 6 və ya 5 üzv iştirak etdikdə — azı 4 üzvün, 4 üzv iştirak etdikdə — azı 3 üzvün onun lehinə səs verməsi nəticəsində qəbul edilir.

Təklif olunan:

39.3. Məntəqə seçki komissiyasının qərarları komissiyanın iclasında  azı 4 üzvün onun lehinə səs verməsi nəticəsində qəbul edilir.

Mövcud variant:

39.4. Məntəqə seçki komissiyasının qərarı ən geci 12 saat müddətində dərc edilməlidir.

Təklif olunan:

39.4. Məntəqə seçki komissiyasının qərarı ən geci 6 saat müddətində dərc edilməlidir.

 

Maddə 44. Beynəlxalq (xarici) müşahidəçilər

44.2. Dəvətlər seçkilərin təyin edilməsi barədə qərar (sərəncam) rəsmi dərc edildikdən sonra Milli Məclis, müvafiq icra hakimiyyəti orqanları və Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilə bilər

Təklif olunan:

44.2. Dəvətlər seçkilərin təyin edilməsi barədə qərar (sərəncam) rəsmi dərc edildikdən sonra Milli Məclis, müvafiq icra hakimiyyəti orqanları, qeydiyyata alınmış partiyalar və Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilə bilər

 

Səkkizinci fəsil

SEÇİCİ (REFERENDUMDA İŞTİRAK ETMƏK HÜQUQU OLAN

VƏTƏNDAŞLARIN) SIYAHILARI

Maddə 47. Vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahısından çıxarılması qaydası

Mövcud variant:

47.2. Vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.

Təklif olunan:

47.2. Vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.  Bu maddə prezident və referendum seçkilərinə şamil edilir.

Mövcud variant:

47.3. Hərbi hissədən kənarda yaşayan hərbi qulluqçular seçici siyahılarına yaşayış yeri üzrə ümumi əsaslarla daxil edilirlər. Hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, onların ailə üzvlərinin və hərbi hissələrin hüdudlarında yaşayan digər seçicilərin seçici siyahılarına daxil edilməsi üçün Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanların, ya da hərbi hissələrin yaxud hərbi xidmətdə və ya hərbi çağırış üzrə qulluqda olan vətəndaşların hərbi hissəsinin ştat cədvəlinə daxil edilməsi barədə hərbi hissə komandirinin əmri ilə təsdiqlənən daimi və ya daha çox yaşama faktı əsas götürülür.

Təklif olunan:

47.3. Hərbi hissədən kənarda yaşayan hərbi qulluqçular seçici siyahılarına yaşayış yeri üzrə ümumi əsaslarla daxil edilirlər. Hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, onların ailə üzvlərinin və hərbi hissələrin hüdudlarında yaşayan digər seçicilərin seçici siyahılarına daxil edilməsi üçün Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanların, ya da hərbi hissələrin yaxud hərbi xidmətdə və ya hərbi çağırış üzrə qulluqda olan vətəndaşların hərbi hissəsinin ştat cədvəlinə daxil edilməsi barədə hərbi hissə komandirinin əmri ilə təsdiqlənən daimi və ya daha çox yaşama faktı əsas götürülür. Bu maddə prezident və referendum seçkilərinə şamil edilir.

Mövcud olan:

47.5-1. İstintaq zamanı barələrində həbs qəti imkan tədbiri seçilən və inzibati qaydada saxlanılan vətəndaşlar məntəqə seçki komissiyaları tərəfindən ayrıca seçici siyahılarına daxil edilirlər. Bu cür məlumatlar səsvermə gününə ən azı 2 gün qalmış vətəndaşın həbsi haqqında qərar çıxarmış müvafiq məhkəmələr və ya vətəndaşın inzibati qaydada saxlanılması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən məntəqə seçki komissiyalarına təqdim edilir. Həmin məlumatda şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin tam göstəriciləri əks edilməlidir.

Təklif olunan əlavə:

Bu maddə prezident və referendum seçkilərinə şamil edilir. 

Mövcud olan:

47.6. Barələrində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayan və həbs qəti imkan tədbiri seçilmiş şəxslər istintaq təcridxanalarının rəhbərliyinin məntəqə seçki komissiyasına təqdim etdiyi məlumat əsasında seçici siyahılarına daxil edilirlər. Həmin məlumatda bu cür şəxslərin şəxsiyyət vəsiqələrinin və ya onları əvəz edən sənədlərin tam göstəriciləri əks etdirilməlidir.

Təklif olunan əlavə:

Bu maddə prezident və referendum seçkilərinə şamil edilir.

Maddə 53. Namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülməsi

Mövcud olan:

53.4. Namizəd öz ərizəsinə siyasi partiyaya mənsubiyyəti barədə təsdiq olunan sənəd əsasında məlumatları daxil edə bilər. Belə halda namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən çox olmayan adla adlandırılmasını müvafiq seçki komissiyası ilə razılaşdırır. Ərizədə göstərilmiş siyasi partiya namizədi öz sıralarından xaric edibsə və müvafiq seçki komissiyasına bildiriş göndəribsə, həmin bildiriş alındıqdan sonra həmin namizədlə əlaqədar siyasi partiyanın adından istifadə edilə bilməz.

Təklif olunan:

            Belə halda namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən çox olmayan adla adlandırılmasını müvafiq seçki komissiyası ilə razılaşdırır. Bu cümlə çıxarılsın.

Mövcud olan:

Maddə 54.5.1. Siyasi partiyaların qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təstiqlənmiş surəti

Təklif olunan:

54.5.1. siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin Partiyanın möhürü ilə təsdiqlənmiş surəti;

Mövcud olan:

54.5.2. siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti;

Təklif olunan:

54.5.2. siyasi partiyanın qüvvədə olan nizamnaməsinin Partiyanın möhürü ilə təsdiqlənmiş surəti;

 54.6.3.  Mövcud olan:

Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin notariat qaydada rəsmiləşdirilmiş vəkalətnamələri

Təklif olunan:

54.6.3. Siyasi partiyalar blokonun səlahiyyətli nümayəndələrinin partiyaların möhürü ilə rəsmiləşdirilmiş vəkalətnamələri;

Maddə 55. Namizədlərin irəli sürülməsi zamanı onların bərabər statusunun təmin edilməsi

55.2.1. Mövcud olan:

Tabelikdə və ya digər xidməti asılılıqda olan dövlət və bələdiyyə qulluqçuları sayılan şəxsləri iş vaxtı namizəd irəli sürülməsinə və ya seçilməyə kömək göstərən faəliyyətə cəlb etmək;

55.2.1. Təklif olunan:

Tabelikdə və ya digər xidməti asılılıqda olan dövlət və bələdiyyə qulluqçuları sayılan şəxsləri seçki kompaniyası dönəmində namizəd irəli sürülməsinə və ya seçilməyə kömək göstərən faəliyyətə cəlb etmək;

Maddə 56. Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri

Mövcud olan:

56.3. Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir. Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir.

Təklif olunan:

Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir.

Maddə 57. Namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası

Mövcud olan:

57.1. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağana əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər.

Təklif olunan:

 “mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin” sözü çıxarılsın

On dördüncü fəsil

SEÇKİLƏRİN (REFERENDUMUN) MALİYYƏLƏŞDİRİLMƏSİ

Maddə 89. Seçkilərin (referendumun) hazırlanmasının və keçirilməsinin maliyyə təminatı

Mövcud olan

89.4. Seçki komissiyalarının sədrləri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitə dair sərəncam verir və maliyyə sənədlərinin seçki komissiyasının qərarlarına uyğunluğu, məsrəflər haqqında maliyyə hesabatlarının bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməsi üçün məsuliyyət daşıyırlar.

Təklif olunan:

Seçki komissiyalarının sədrləri seçki komissiyasının üzvlərinin qərarı əsasında ayrılmış vəsaitə dair sərəncam verir. Maliyyə hesabatını seçki komissiyasının üzvlərinin imzası ilə təsdiqləyib Məcəllə ilə müəyyənləşdirilmiş qaydada hesabat verir.

90.2.2. xarici vətəndaşlara;

90.2.3. vətəndaşlığı olmayan şəxslərə;

 

Mövcud olan:

90.2.11. xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;

 

Təklif olunan:

90.2.11. dini birliklərə, idarələrə və təşkilatlara;

 

Mövcud olan:

90.5. Müvafiq seçki komissiyasında qeydə alınmamış namizəd, namizədləri qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku yekun maliyyə hesabatı təqdim edilənədək seçki fondunun xərclənməmiş pul vəsaitlərini (göndərilmə xərclərinin çıxılması şərti ilə) köçürülən ianələrin məbləğlərinin proporsional nisbətinə uyğun olaraq ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytara bilər. Qeydə alınmamış namizəd, namizədi qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku bu hüquqdan istifadə etmədikdə, xərclənməmiş pul vəsaiti müvafiq olaraq dövlət və ya bələdiyyə büdcəsinə köçürülür.

 

Təklif olunan:

90.5. Müvafiq seçki komissiyasında qeydə alınmamış namizəd, namizədləri qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku yekun maliyyə hesabatı təqdim edilənədək seçki fondunun xərclənməmiş pul vəsaitlərini (göndərilmə xərclərinin çıxılması şərti ilə) köçürülən ianələrin məbləğlərinin proporsional nisbətinə uyğun olaraq ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytara bilər. Namizədi qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku bu hüquqdan istifadə etmədikdə, xərclənməmiş pul vəsaiti müvafiq olaraq Dövlət xəzinədarlığına köçürülür.

Mövcud olan:

91.1. Seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki (referendum) hesabı (bundan sonra — seçki hesabı) Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi müvafiq bankda açılır. Həmin hesab namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatı üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalmış açılmalıdır. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu yalnız bir xüsusi hesab aça bilər.

Təklif olunan:

91.1. Seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki (referendum) hesabı (bundan sonra — seçki hesabı) Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi müvafiq bankda açılır. Həmin hesab namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatı üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalmış açılmalıdır. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu yalnız bir xüsusi hesab aça bilər.

Mövcud olan:

93.7. Anonim ianələr xüsusi seçki hesabına daxil olduğu gündən sonra 10 gün müddətində namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu tərəfindən dövlət büdcəsinə köçürülür.

Təklif olunan:

Çıxarılır

Maddə 94. Seçki fondlarının vəsaitlərinə dair hesabat

Mövcud olan:

94.1. Xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu, hesabatı qaydası, habelə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmaqla, Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 55 gün qalmış müəyyənləşdirilir.

Təklif olunan:

94.1. Xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu, hesabatı qaydası, habelə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilir.

Mövcud olan:

94.3.3. yekun maliyyə hesabatı seçkilərin (referendumun) nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim edilir; yekun maliyyə hesabatına seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulur.

Təklif olunan:

94.3.3. yekun maliyyə hesabatı seçkilərin (referendumun) nəticələrinin rəsmi dərc edildiyi gündən 10 gü müddətində təqdim edilir.

III bölmə

SEÇKİLƏRİN (REFERENDUMUN) KEÇİRİLMƏSİ

On beşinci fəsil

SƏSVERMƏNİN TƏŞKİLİ

Maddə 98. Səsvermə otağı

Mövcud variant:

98.3. Səsvermə otağında namizədlər haqqında, bülletenlərin doldurulması qaydası haqqında məlumatları göstərilməsi məqsədi ilə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada məlumat lövhələri yerləşdirilməlidir. Göstərilən lövhə elə yerləşdirilməlidir ki, seçicilər lövhədə olan materialları sərbəst oxuya bilsinlər. Seçki bülletenlərinin nümunələrində qeydə alınmış namizədlərin (siyasi partiyaların, siyasi partiyalar bloklarının) adlarından istifadə edilə bilməz, referendum üzrə səsvermə bülletenlərində isə heç bir işarə qoyula bilməz. Lövhədə cinayət və inzibati qanunvericilikdən vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət müəyyənləşdirən məlumatlar yerləşdirilməlidir. Qeydə alınmış namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda məlumatda qeydə alınmış namizədin məsuliyyətə alındığı Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı, nömrəsi, namizədin yaşadığı başqa dövlətdə Cinayət Məcəlləsində cinayət sayılan əməli olmuş və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışsa, xarici dövlətin müvafiq qanununun adı göstərilməlidir.

 

Təklif olunan:

98.3. Səsvermə otağında namizədlər haqqında, bülletenlərin doldurulması qaydası haqqında məlumatları göstərilməsi məqsədi ilə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada məlumat lövhələri yerləşdirilməlidir. Göstərilən lövhə elə yerləşdirilməlidir ki, seçicilər lövhədə olan materialları sərbəst oxuya bilsinlər. Seçki bülletenlərinin nümunələrində qeydə alınmış namizədlərin (siyasi partiyaların, siyasi partiyalar bloklarının) adlarından istifadə edilə bilməz, referendum üzrə səsvermə bülletenlərində isə heç bir işarə qoyula bilməz. Lövhədə cinayət və inzibati qanunvericilikdən vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət müəyyənləşdirən məlumatlar yerləşdirilməlidir.

 

Maddə 99. Seçki bülletenləri

Mövcud variant:

99.6. Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən seçki bülletenlərini aldıqdan sonra səsvermə gününə azı 5 gün qalmış müvafiq dairə seçki komissiyasının sədrinin və katiblərinin iştirakı ilə bülletenlərin sayını, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib, seçki bülletenlərini dairə seçki komissiyasının sədrinə verir. Hər bir məntəqə seçki komissiyasına verilən seçki bülletenlərinin sayı dairə seçki komissiyasının qərarı ilə müəyyənləşdirilir. Dairə seçki komissiyası səsvermə gününə azı 3 gün qalmış seçki bülletenlərini göstərilən qaydada məntəqə seçki komissiyalarına verir. Məntəqə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı seçki bülletenlərinin verildiyi günədək seçki məntəqəsi üzrə siyahıya daxil edilmiş seçicilərin sayının 90 faizindən az, 0,5 faizindən isə artıq ola bilməz. Seçki bülletenləri məntəqə seçki komissiyası tərəfindən sayılır və alınmış seçki bülletenlərinin sayı məntəqə seçki komissiyasının qərarı ilə təsdiq edilir. Əgər verilməli olan və alınan seçki bülletenlərinin sayı düz gəlməzsə, dairə seçki komissiyası bu uyğunsuzluq haqqında dərhal məlumatlandırılır. Seçki bülletenlərinin üz tərəfinin yuxarı sağ küncü məntəqə seçki komissiyasının möhürü ilə təsdiq edilir.

Təklif olunan:

99.6. Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən seçki bülletenlərini aldıqdan sonra səsvermə gününə azı 5 gün qalmış müvafiq dairə seçki komissiyasının sədrinin və katiblərinin iştirakı ilə bülletenlərin sayını, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib, seçki bülletenlərini dairə seçki komissiyasının sədrinə verir. Hər bir məntəqə seçki komissiyasına verilən seçki bülletenlərinin sayı seçici sayı və 1% əlavə ilə müəyyənləşdirilir. Dairə seçki komissiyası səsvermə gününə azı 3 gün qalmış seçki bülletenlərini göstərilən qaydada məntəqə seçki komissiyalarına verir. Məntəqə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı seçki bülletenlərinin verildiyi günədək seçki məntəqəsi üzrə siyahıya daxil edilmiş seçicilərin sayının 90 faizindən az, 0,5 faizindən isə artıq ola bilməz. Seçki bülletenləri məntəqə seçki komissiyası tərəfindən sayılır və alınmış seçki bülletenlərinin sayı məntəqə seçki komissiyasının qərarı ilə təsdiq edilir. Əgər verilməli olan və alınan seçki bülletenlərinin sayı düz gəlməzsə, dairə seçki komissiyası bu uyğunsuzluq haqqında dərhal məlumatlandırılır. Seçki bülletenlərinin üz tərəfinin yuxarı sağ küncü məntəqə seçki komissiyasının möhürü ilə təsdiq edilir.

 

Maddə 103. Seçki qutuları

Mövcud variant:

103.4. Səsvermə günü seçki qutuları məntəqə seçki komissiyasının sədri tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada kilidlənir. Kilidlər plastikdən hazırlanmalıdır və hər birinin öz nömrəsi olmalıdır.

 

Təklif olunan:

103.4. Səsvermə günü seçki qutuları məntəqə seçki komissiyasının sədri tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müşahidəçilərin iştirakı ilə  kilidlənir. Kilidlər plastikdən hazırlanmalıdır və hər birinin öz nömrəsi olmalıdır.

 

Maddə 104. Səsvermə qaydası

Mövcud variant:

104.12. Məntəqə seçki komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Onun sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda onu məntəqə seçki komissiyasının katibi və ya komissiyanın bu vəzifələr həvalə olunmuş üzvü əvəz edir.

Təklif olunan:

104.12. Məntəqə seçki komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Onun bu qanunla müəyyən edilmiş sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda onu məntəqə seçki komissiyasının katibi və ya komissiyanın bu vəzifələr həvalə olunmuş üzvü əvəz edir.

Mövcüd variant

106.5. Məntəqə seçki komissiyasının sədri tərəfindən məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə seçicilərin səslərinin hesablanması birbaşa səsverməyə yekun vurulanadək fasiləsiz aparılır. Bu zaman istifadə edilmiş hər bir seçki bülleteni möhürlənir. Məntəqə seçki komissiyasının bütün üzvləri və müşahidəçilər səsvermənin nəticələri ilə tanış edilir.

Təklif olunan:

106.5. Məntəqə seçki komissiyasının sədri tərəfindən məntəqə seçki komissiyası üzvlərinin və müşahidəçilərin iştirakı ilə seçicilərin səslərinin hesablanması birbaşa səsverməyə yekun vurulanadək fasiləsiz aparılır. Bu zaman istifadə edilmiş hər bir seçki bülleteni möhürlənir. Məntəqə seçki komissiyasının bütün üzvləri və müşahidəçilər səsvermənin nəticələri ilə tanış edilir.

Mövcüd variant

106.7. Protokolun 1-ci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar, məntəqə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməyən səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə), seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt, bu Məcəllənin 104.15-ci maddəsində göstərilən korlanmış seçki bülletenlərinin sayı haqqında akt, bağlanıb möhürlənmiş zərflər, bu Məcəllənin 105.3-cü maddəsində göstərilən akt, seçki bülletenləri və məntəqə üzrə seçicilərin siyahısı (səsvermə vəsiqələri əlavə olunmaqla) əlavə edilməklə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün və müşahidəçilərin müşayiəti ilə dairə seçki komissiyasına göndərilir. Adları çəkilən aktlar məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), məntəqə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.

Təklif olunan:

106.7. Protokolun 1-ci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar, məntəqə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməyən səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə), seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt, bu Məcəllənin 104.15-ci maddəsində göstərilən korlanmış seçki bülletenlərinin sayı haqqında akt, bağlanıb möhürlənmiş zərflər, bu Məcəllənin 105.3-cü maddəsində göstərilən akt, seçki bülletenləri və məntəqə üzrə seçicilərin siyahısı (səsvermə vəsiqələri əlavə olunmaqla) əlavə edilməklə dərhal, lakin 5 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün və müşahidəçilərin müşayiəti ilə dairə seçki komissiyasına göndərilir. Adları çəkilən aktlar məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), məntəqə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.

 

Maddə 107. Dairə seçki komissiyası protokolunun tərtib edilməsi

Mövcud variant:

107.2. Dairə seçki komissiyasının protokolu məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən 2 gün keçənədək tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır.

Təklif olunan:

107.2. Dairə seçki komissiyasının protokolu məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən 15 saat keçənədək tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır.

Mövcud variant:

107.4. Dairə seçki komissiyasının protokolunun 1-ci nüsxəsi, səsvermə günü dairə seçki komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərarlar, dairə seçki komissiyası tərəfindən zərflərin və seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş zərflərin və seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) əlavə edilməklə, dərhal, lakin səsvermə günündən 2 gündən gec olmayaraq dairə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən üzvlərin müşayiəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir. Göstərilən aktlar dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), dairə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.

 

Təklif olunan:

107.4. Dairə seçki komissiyasının protokolunun 1-ci nüsxəsi, səsvermə günü dairə seçki komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərarlar, dairə seçki komissiyası tərəfindən zərflərin və seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş zərflərin və seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) əlavə edilməklə, dərhal, lakin səsvermə günündən 15 saatdan gec olmayaraq dairə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən üzvlərin müşayiəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir. Göstərilən aktlar dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), dairə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.

Mövcud variant:

107.6. Dairə seçki komissiyası məntəqə seçki komissiyasının protokolunda (prolokola əlavə olunan digər sənədlər də daxil olmaqla) səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki məntəqəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər. Bu halda səslərin təkrar hesablanması dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən aparılır. Səslərin təkrar hesablanması haqqında müvafiq məntəqə seçki komissiyasına və bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir. Səslərin təkrar hesablanmasına dair protokol tərtib edilir və həmin protokolda «səslərin təkrar hesablanması» sözləri qeyd edilir.

Təklif olunan:

107.6. Dairə seçki komissiyası məntəqə seçki komissiyasının protokolunda (prolokola əlavə olunan digər sənədlər də daxil olmaqla) səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki məntəqəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər. Bu halda səslərin təkrar hesablanması dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri və müşahidəçilər tərəfindən aparılır. Səslərin təkrar hesablanması haqqında müvafiq məntəqə seçki komissiyasına və bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir. Səslərin təkrar hesablanmasına dair protokol tərtib edilir və həmin protokolda «səslərin təkrar hesablanması» sözləri qeyd edilir.

 

Maddə 108. Mərkəzi Seçki Komissiyasının protokolunun tərtib edilməsi

Mövcud variant:

108.4. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokollarda (onlara əlavə edilən digər sənədlər də daxil olmaqla) səsvermə günündən başlayaraq ən geci 4 gün müddətində səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki dairəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər. Bu halda səslərin təkrar hesablanması Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvlərinin iştirakı ilə aparılır. Səslərin təkrar hesablanması haqqında bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir. Səslərin təkrar hesablanmasına dair protokol tərtib edilir və həmin protokolda “səslərin təkrar hesablanması” sözləri qeyd edilir.

Təklif olunan:

108.4. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokollarda (onlara əlavə edilən digər sənədlər də daxil olmaqla) səsvermə günündən başlayaraq ən geci 4 gün müddətində səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki dairəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər. Bu halda səslərin təkrar hesablanması Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvlərinin və namizədin vəkilinin iştirakı ilə aparılır. Səslərin təkrar hesablanması haqqında bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir. Səslərin təkrar hesablanmasına dair protokol tərtib edilir və həmin protokolda “səslərin təkrar hesablanması” sözləri qeyd edilir.

On altıncı fəsil

VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINDAN ŞİKAYƏT VƏ VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINA GÖRƏ MƏSULİYYƏT

Mövcud olan:

114.4. Müvafiq məhkəmə və ya Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında qərarlarını bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda ləğv edə bilər.

Təklif olunan:

114.4. Müvafiq məhkəmə və ya Mərkəzi Seçki Komissiyası tərəfindən məntəqə və dairə seçki komissiyalarının səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında qərarları ləğv edilərsə, həmin DSK və MNSK buraxılır və yenidən formalaşdırılır. Keçmiş DSK və MNSK üzvləri yeni formalaşan komissiyaların tərkibində ola bilməz.

 XÜSUSİ HİSSƏ

IV bölmə

REFERENDUM

On yeddinci fəsil

REFERENDUMA AİD ÜMUMİ MÜDDƏALAR

Maddə 121. Referendumun keçirilməsini istisna edən hallar

Mövcud variant:

121.2. Eyni bir məsələyə dair təkrar referendum ilkin referendumda qəbul edilən aktın dərc edilməsi günündən başlayaraq yalnız 1 il keçdikdən sonra keçirilə bilər.

Təklif olunan:

121.2. Eyni bir məsələyə dair təkrar referendum ilkin referendumda qəbul edilən aktın dərc edilməsi günündən başlayaraq yalnız 3 (5) il keçdikdən sonra keçirilə bilər.

On səkkizinci fəsil

REFERENDUMUN TƏYİN EDİLMƏSI 

Mövcud variant:

122.2. Ən azı 300 min aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası Prezidentinə və ya Azərbaycan Respublikası Milli Məclisinə referendumun keçirilməsi haqqında qərarın qəbul edilməsi təklifi ilə müraciət edə bilər.

Təklif olunan:

122.2. Ən azı 500 min aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşının müraciəti ilə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Milli Məclisi referendumun keçirilməsi haqqında qərar qəbul edir.

Əlavə təklif olunan:

122.3. Ən azı 500 min aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşının müraciəti əsasında keçirilən referendumun təşkilini təşəbbüs qrupunun iştirak etdiyi seçki komissiyaları həyata keçirir.

Maddə 127. Kütləvi informasiya vasitələrində referendumqabağı təşviqatın aparılması üçün xüsusi tələblər

Mövcud olan:

127.2. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi üzvlərinin sayı 20 mindən çox olan referendum üzrə təşviqat qruplarına birgə müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir

Təklif olunan:

127.2. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtı MSK-da qeydiyyatdan keçən referendum üzrə təşviqat qruplarına birgə müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir

Mövcud olan:

128.2.1. 5000 manatdan çox olmamaq şərti ilə referendum üzrə təşviqat qruplarının xüsusi vəsaitləri;

Təklif olunan:

128.2.1. Minimum əmək haqqının 20 mislindən çox olmamaq şərti ilə referendum üzrə təşviqat qruplarının xüsusi vəsaitləri;

Mövcud olan:

128.3. Bu Məcəllənin 77.4-cü maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondu məbləğinin yuxarı həddi referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 50 min manatdan çox ola bilməz; bu Məcəllənin 77.3-cü maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondu məbləğinin yuxarı həddi referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin bir milyon mislindən çox ola bilməz; bu Məcəllənin 77.2-ci maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondu məbləğinin yuxarı həddi referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin beş milyon mislindən çox ola bilməz.

Təklif olunan:

128.3. Bu Məcəllənin 77.4-cü maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondu məbləğinin yuxarı həddi referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin minimum əmək haqqının 100 mislindən çox ola bilməz; bu Məcəllənin 77.3-cü maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondu məbləğinin yuxarı həddi referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin bir milyon mislindən çox ola bilməz; bu Məcəllənin 77.2-ci maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondu məbləğinin yuxarı həddi referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin beş milyon mislindən çox ola bilməz.

Mövcud olan

130.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

Təklif olunan

130.1.4.Dövlət xəzinəsinə köçürülən vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

Mövcud olan:

131.1. Referendum üzrə təşviqat qrupları yekun maliyyə hesabatını verənədək müvafiq seçki komissiyasının razılığı ilə, seçki fondunun xərclənməmiş pul vəsaitini ona ianə vermiş vətəndaşlara və hüquqi şəxslərə proporsional nisbətə uyğun olaraq qaytara bilərlər. Referendum üzrə təşviqat qrupları həmin hüquqdan istifadə etmədikdə, bu Məcəllənin 132-ci maddəsi tətbiq olunur.

Təklif olunan

131.1. Referendum üzrə təşviqat qrupları yekun maliyyə hesabatını verənədək müvafiq seçki komissiyasının razılığı ilə, seçki fondunun xərclənməmiş pul vəsaitini Dövlət Xəzinədarlığına köçürməlidir

Mövcud olan:

131.2. Müvafiq seçki komissiyasında qeydə alınmamış referendum üzrə təşviqat qrupları yekun maliyyə hesabatı təqdim edilənədək seçki fondunun xərclənməmiş pul vəsaitlərini (göndərilmə xərclərinin çıxılması şərti ilə) köçürülən ianələrin məbləğlərinin proporsional nisbətinə uyğun olaraq ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytarmağa borcludur.

Təklif olunan

131.2. Müvafiq seçki komissiyasında qeydə alınmamış referendum üzrə təşviqat qrupları yekun maliyyə hesabatı təqdim edilənədək seçki fondunun xərclənməmiş pul vəsaitlərini (göndərilmə xərclərinin çıxılması şərti ilə) Dövlət Xəzinədarlığına köçürməyə borcludur.

Maddə 132. Referendum üzrə təşviqat qruplarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaiti

Mövcud olan:

Referendum üzrə təşviqat qruplarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra Mərkəzi Seçki Komissiyasının hesabına köçürməlidir.

Təklif olunan:

Referendum üzrə təşviqat qruplarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq səsvermə günündən 60 gün keçdikdən sonra Dövlət Xəzinədarlığına köçürməlidir.

Mövcud olan:

134.3. Mərkəzi Seçki Komissiyası səsvermə bülleteninə referendum aktının layihəsinin əlavə edilməsi məsələsini həll edir. Həmin layihə qüvvədə olan normativ hüquqi aktların ləğv edilməsi və ya dəyişdirilməsini nəzərdə tutursa, həmin normativ hüquqi akt (onun müvafiq hissəsi) Mərkəzi Seçki Komissiyasının qərarına əsasən səsvermə bülleteninə əlavə edilə bilər.

Təklif olunan:

134.3. Mərkəzi Seçki Komissiyası səsvermə bülleteninə referendum aktının layihəsinin əlavə edilməsi məsələsini həll edir. Həmin layihə qüvvədə olan normativ hüquqi aktların ləğv edilməsi və ya dəyişdirilməsini nəzərdə tutursa, həmin normativ hüquqi akt (onun müvafiq hissəsi) Mərkəzi Seçki Komissiyasının qərarına əsasən səsvermə bülleteninə əlavə edilir.

Mövcud olan:

138.3. Referenduma çıxarılmış məsələ o halda qəbul edilmiş sayılır ki, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu onun lehinə səs versin.

Təklif olunan:

138.3. Referenduma çıxarılmış məsələ o halda qəbul edilmiş sayılır ki, səsvermə hüququ olan seçicilərin yarısından çoxu onun lehinə səs versin.

V BÖLMƏ

MİLLİ MƏCLİSƏ SEÇKİLƏR

İyirmi ikinci fəsil

MİLLİ MƏCLİSİN DEPUTATLARININ SEÇKİLƏRİNƏ DAİR ÜMUMİ MÜDDƏALAR

Maddə 143. Milli Məclisə seçkilərin əsasları

Milli Məclisə birmandatlı seçki dairələri üzrə 125 deputat (bir dairədən – bir deputat) seçilir.

Maddə 144. Azərbaycan Respublikası vətəndaşlarının Milli Məclisə deputat seçilmək hüququ

Azərbaycan Respublikası Konstitusiyanın 85-ci maddəsində göstərilən Azərbaycan Respublikası vətəndaşları Milli Məclisə deputat seçilə bilərlər.

Maddə 145. Milli Məclisə seçkilərin təyin edilməsi

145.1. Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə, 981-ci maddəsinin II hissəsinin ikinci cümləsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti təyin edir. [1]

145.2. Yeni seçilmiş Milli Məclisin səlahiyyət müddətinin hesablanması onun birinci iclasının keçirildiyi gündən başlanır.

145.3. Milli Məclisin seçilməsi günü onun seçkilər nəticəsində səlahiyyətli tərkibdə formalaşdırıldığı gün hesab edilir.

145.4. Seçkilərin təyin edilməsi barədə sərəncam onun qəbul edildiyi gündən başlayaraq ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. [2]

 

İyirmi üçüncü fəsil

MİLLİ MƏCLİSƏ SEÇKİLƏR ZAMANI DEPUTATLIĞA

NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSI

Maddə 146. Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi

146.1. Birmandatlı seçki dairəsi üzrə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan, seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları bu Məcəllənin 53 və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər.

146.2. Birmandatlı seçki dairəsi üzrə təkrar seçkilərdə namizədlər bu seçkilərin təyin edilməsi haqqında sərəncam rəsmi dərc olunduqdan sonra irəli sürülür.

146.3. Birmandatlı seçki dairəsi üzrə əlavə seçkilərdə namizədlər bu Məcəllənin 145.4-cü maddəsində göstərilən müddətdən sonra irəli sürülür.

146.4. Seçicilərin irəli sürdükləri namizəd yalnız bir birmandatlı seçki dairəsində namizədliyinin irəli sürülməsinə razılıq verə bilər.

146.5. Namizədlərin irəli sürülməsinədək dairə seçki komissiyasının yaradılması başa çatmayıbsa, namizədin irəli sürülməsi haqqında bildirişi, müvafiq namizədlərin razılıq ərizələri və digər sənədlər Mərkəzi Seçki Komissiyasına göndərilir. Mərkəzi Seçki Komissiyası göstərilən sənədləri dairə seçki komissiyasının təşkilindən və sədrinin seçilməsindən sonra ona təqdim edir.

Maddə 147. Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması

147.1. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.

147.2. Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.

147.3. Seçicilərin imzaları bu Məcəllənin 56-cı və 57-ci maddələrində göstərilən qaydada toplanır.

 

İyirmi dördüncü fəsil

MİLLİ MƏCLİSƏ SEÇKİLƏR ZAMANI QEYDƏ ALINMIŞ

DEPUTATLIĞA NAMİZƏDLƏR

Maddə 148. Milli Məclisə seçkilər zamanı namizədin qeydə alınması

148.1. Namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada qeydə alınırlar.

148.2. Bir şəxsin birdən çox birmandatlı seçki dairəsi üzrə namizəd kimi qeydə alınmasına yol verilmir.

148.3. Bu Məcəllənin 148.2-ci maddəsində göstərilən qaydalar pozulduqda namizədin əvvəlki qeydiyyatı etibarlı sayılır, qeydiyyat haqqında nisbətən gec qəbul edilmiş qərar isə müvafiq seçki komissiyasının qərarı ilə ləğv edilir (qeydə alınmış keçmiş namizəd əvvəlki qeydiyyatdan imtina haqqında ərizə verməzsə).

148.4. Qeydə alınmış namizədlərin fəaliyyəti bu Məcəllənin 69-71-ci maddələri ilə tənzimlənir.

148.5. Qeydə alınmış namizədlərin dairələr üzrə siyahısı səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən bu Məcəllənin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir.[3]

148.6. Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd müvafiq dairə seçki komissiyasına və seçki dairəsinin ərazisində yerləşən hər bir məntəqə seçki komissiyalarına bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilər. [4]

Maddə 149. Milli Məclisə seçkilərin təxirə salınması

149.1. Bu Məcəllənin 58.1-ci maddəsində göstərilən müddətdə birmandatlı seçki dairəsi üzrə heç bir namizəd qeydə alınmayıbsa və ya bir namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və növbəti seçki hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə müvafiq seçki dairəsi üzrə seçkilər bu Məcəllənin 145-ci maddəsində nəzərdə tutulan qaydada 2 ay müddətinə təxirə salınır.

149.2. Səsvermə gününədək seçki dairəsində qeydə alınmış namizəd qalmazsa yaxud qeydə alınmış bir namizəd qalarsa, seçkilər bu Məcəllənin 145-ci maddəsində göstərilən qaydada namizədlərin irəli sürülməsi və sonrakı hərəkətlərin edilməsi üçün birmandatlı seçki dairəsində ən geci 3 ay müddətinə təxirə salınır.

Maddə 150. Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədin nəqliyyat xərclərinin ödənilməsi

150.1. Bu Məcəllənin 70.2-ci maddəsinə uyğun olaraq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədə müvafiq seçki dairəsi ərazisinin hüdudlarında (taksi və sifarişli reyslər istisna olmaqla) ümumi istifadədə olan şəhər, habelə şəhərkənarı və şəhərlərarası nəqliyyat vasitələrində gediş-gəlişin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.

150.2. Bir neçə seçki dairəsi olan şəhərlərdə bu dairələrin birində qeydə alınmış namizədə şəhərdə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.

150.3. Qeydə alınmış namizəd namizəd kimi çıxış etdiyi birmandatlı seçki dairəsinin hüdudlarından kənarda yaşayırsa, əlavə olaraq ona dəmir yolu və ya ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə 4 dəfə yaxud təyyarə ilə 2 dəfə seçki dairəsinə və geriyə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.

150.4. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin gediş-gəlişinin dəyəri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılan vəsait hesabına müvafiq dairə seçki komissiyası tərəfindən ödənilir.

150.5. Bu cür ödəmələr Mərkəzi Seçki Komissiyasına ayrılan vəsait hesabına həyata keçirilir.

Maddə 151. Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədin toxunulmazlığı

Qeydə alınmış namizəd bu Məcəllənin 70.4-cü maddəsində nəzərdə tutulan qaydada yalnız Azərbaycan Respublikası Baş prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.

Maddə 152. Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədlərin vəkil edilmiş şəxslərinin sayı

152.1. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin 10-a qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər müvafiq olaraq dairə seçki komissiyası tərəfindən qeydə alınır.

152.2. Vəkil edilmiş şəxslərin statusu bu Məcəllənin 72-ci maddəsi ilə müəyyən edilir.

Maddə 153. Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin namizədlik statusundan imtina etməsi

153.1. Milli Məclisə seçkilər zamanı namizədlərin namizədlik statusundan imtina etməsi bu Məcəllənin 73-1-ci maddəsi ilə tənzimlənir. [5]

153.2. Bu Məcəllənin 73-1.1-ci və 73-1.2-ci maddələrində göstərilən hərəkətləri etmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada və müddətdə istənilən birmandatlı seçki dairəsi üzrə seçkilərdə öz namizədliyini təkrar irəli sürmək hüququ vardır. [6]

Maddə 154. Siyasi partiyanın, siyasi partiyalar blokunun Milli Məclisə seçkilərdə iştirakdan imtina etməsi

154.1. Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir.

154.2. Siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 10 gün qalmış istənilən vaxt Mərkəzi Seçki Komissiyasına ərizə verməklə müvafiq siyasi partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər.

154.3. Siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada müstəqil siyasi partiya kimi çıxış edə və ya digər siyasi partiyalar blokunun tərkibinə daxil ola bilər.

154.4. Siyasi partiyalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqdan sonra, bu bloka daxil olmuş bütün siyasi partiyalar (birindən başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya seçkilərdə siyasi partiyalar blokunun adı və rəmzləri saxlanılmaqla siyasi partiyaların bloku kimi iştirak edə bilər. Bu, namizədlərin qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz.

154.5. Siyasi partiyalar blokunun seçkilərdə iştirak etməkdən imtina etməsi, ona daxil olmuş siyasi partiyaları seçkilərdə iştirak etmək hüququndan məhrum etmir; belə halda bu Məcəlləyə uyğun olaraq namizədin təkrar irəli sürülməsi və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi tələb edilir.

 

İyirmi beşinci fəsil

MİLLİ MƏCLİSƏ SEÇKİLƏRƏ HAZIRLIQ

Maddə 155. Milli Məclisə seçkilər zamanı kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün xüsusi tələblər

155.1. Qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.

155.2. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi qeydə alınmış namizədlərə, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.[7]

155.3. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün efir vaxtı ayrılır, hesablanır və ayrı-ayrılıqda həyata keçirilir. Bu cür pulsuz efir vaxtından qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları bərabər əsaslarla istifadə etməlidirlər. Bu halda hər bir namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.

155.4. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

155.5. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ayrılan yerin həcmi namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının ümumi sayına bölünməsi yolu ilə müəyyən edilir. Bu zaman həmin yerin həcmi namizədlər üçün ayrıca və siyasi partiyalar, siyasi partiyaların blokları üçün ayrıca müəyyən edilir. Onlar həmin yerdən müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.

155.6. Qeydə alınmış namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının bu Məcəllənin 155.2-ci maddəsində göstərilən tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz verilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.

Maddə 156. Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları

156.1. Namizədin seçki fondu vəsaitinin yuxarı həddi seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə müəyyənləşdirilən şərti maliyyə vahidinin 500 min manatdan çox ola bilməz.

156.2. Birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər:

156.2.1. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 500 min manatdan çox olmamaq şərti ilə, namizədin, qeydə alınmış namizədin xüsusi vəsaiti;

156.2.2. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 150 min manatdan çox olmamaq şərti ilə, namizədi, qeydə alınmış namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyaların vəsaiti;

156.2.3. bu Məcəllənin 164.8-ci maddəsində müəyyənləşdirilmiş hallar istisna olmaqla, qeydə alınmış namizədə dairə seçki komissiyası tərəfindən müvafiq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış digər namizədlərlə bərabər həcmdə ayrılmış vəsait;

156.2.4. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin vətəndaş üçün 3000 manatdan və hüquqi şəxs üçün 50 min manatdan çox olmayan könüllü ianələr.

156.3. Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilər.

156.4. Siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

156.4.1. siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 500 min manatdan çox olmamaq şərti ilə, xüsusi vəsaiti (siyasi partiyalar blokunun bu xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);

156.4.2. bu Məcəllənin 164.8-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Mərkəzi Seçki Komissiyasının siyasi partiyaya, siyasi partiyaların blokuna ayırdığı vəsait;

156.4.3. vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi seçkilərin təyin edilməsi haqqında qərarın dərc edildiyi günə olan şərti maliyyə vahidinin vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.

156.5. Siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu vəsaitinin yuxarı həddi bu Məcəllənin 156.1-ci maddəsində göstərilən məbləğin irəli sürülmüş və ya qeydə alınmış namizədlərin sayına vurulmaqla müəyyən edilir. Eyni zamanda, hər bir namizəd üçün xərclənmiş məbləğ bu Məcəllənin 156.1-ci maddəsində göstərilən məbləğdən yuxarı ola bilməz. Bu tələbə riayət olunması siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə hesabatlarında göstərilməlidir.[8]

Maddə 157. Milli Məclisə seçkilər zamanı xüsusi seçki hesabları

157.1. Namizəd birmandatlı seçki dairəsi üzrə namizədliyinin irəli sürülməsi barədə dairə seçki komissiyasına bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açmalıdır.

157.2. Namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələrinin 60-dan çoxunda irəli sürülən namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açırlar.

157.3. Namizəd, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairəsi üzrə namizədin irəli sürülməsi barədə dairə seçki komissiyasından bildirişin təsdiq edilmiş surəti əsasında, həm də bu Məcəllənin 53-cü və 54-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə xüsusi seçki hesabı açırlar. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku öz səlahiyyətli nümayəndəsinə xüsusi seçki hesabının açılmasını tapşıra bilər. Namizəd, qeydə alınmış namizəd, siyasi partiyalar, siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasına yazılı məlumat verməklə, başqa şəxsə özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququ verə bilər.

157.4. Namizədin, qeydə alınmış namizədin seçki dairəsi dəyişdikdə o, xüsusi seçki hesabının qalıq vəsaitini könüllü ianə vermiş şəxslərə, hüquqi şəxslərə proporsional əsasda qaytara bilər. Bu hüquqdan istifadə edilmədikdə, bank müvafiq seçki komissiyasının yazılı göstərişi əsasında 3 gün müddətində vəsaiti Mərkəzi Seçki Komissiyasının hesabına köçürür. Bundan sonra namizəd, qeydə alınmış namizəd Mərkəzi Seçki Komissiyasına yekun maliyyə hesabatı verməli, maliyyə hesabatının surətini isə dairə seçki komissiyasına təqdim etməlidir. Yeni seçki dairəsində xüsusi seçki hesabının açılması bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada tənzimlənir.

Maddə 158. Vahid seçki fondunun ləğv edilməsi

Vahid seçki fondu yaradan siyasi partiyanın, siyasi partiyalar blokunun birmandatlı seçki dairələrində qeydiyyatdan keçən namizədlərinin sayı 60 və ya 60-dan az olarsa, siyasi partiyanın, siyasi partiyalar blokunun xüsusi seçki hesabı bağlanır, həmin hesabın bağlanması ilə eyni vaxtda hər bir namizəd üçün xüsusi seçki hesabı açılır və vahid seçki fondunun vəsaitləri namizədlərin seçki fondları arasında proporsional qaydada bölüşdürülür.

Maddə 159. Milli Məclisə seçkilər zamanı seçki fondları vəsaitlərinin istifadəsində aşkarlıq

159.1. Birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş və ya qeydiyyatdan keçmiş namizədin seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.3-cü maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:

159.1.1. seçki fondu vəsaitinin məbləği seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin siyasi partiya, siyasi partiyaların bloku üçün 10 min manatdan çox, namizəd, qeydə alınmış namizəd üçün isə 2 min 500 manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

159.1.2. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin siyasi partiya, siyasi partiyaların bloku üçün 5 min manatdan çox, namizəd, qeydə alınmış namizəd üçün isə 1 mn 250 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);

159.1.3. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

159.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

159.1.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

159.2. Siyasi partiyanın, siyasi partiyalar blokunun vahid seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.2-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:

159.2.1. seçki fondu vəsaitinin məbləği seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 10 min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

159.2.2. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 5 min manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);

159.2.3. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;[9]

159.2.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

159.2.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

Maddə 160. Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının aldıqları pul vəsaitlərinin geri qaytarılmasının ardıcıllığı

Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının aldıqları pul vəsaitlərinin geri qaytarılmasının qaydaları bu Məcəllənin 90.5-ci – 90.7-ci maddələri ilə müəyyən edilir.

Maddə 161. Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının aldıqları büdcə vəsaitlərinin xərclənməmiş hissəsinin geri qaytarılmasının məcburiliyi

Birmandatlı seçki dairəsində səsvermədə iştirak etmiş və həmin dairədə seçicilərin etibarlı hesab edilən səslərinin azı 3 faizini toplamış qeydə alınmış namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək bu Məcəllənin 73.3-cü maddəsində göstərilən məcburedici hallara görə namizədliyini geri götürmüş qeydə alınmış namizəd, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku səsvermə günündən sonra 30 gün müddətində müvafiq seçki komissiyasının onların seçki fondlarına köçürdüyü vəsaitin xərclənməmiş hissəsini bu seçki komissiyasına qaytarmağa borcludur. Bu müddət başa çatdıqda müvafiq bank seçki komissiyasının məktubunda göstərilmiş pul vəsaitini mübahisəsiz qaydada onun hesabına köçürməlidir.[10]

Maddə 162. Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına verilmiş pulsuz efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərinin ödənilməsi[11]

162.1. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrlərdə ayrılmış yerin dəyərini tam həcmdə ödəməlidir. Göstərilən dəyər seçki fondundan yekun maliyyə hesabatının verildiyi günədək namizəd, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən ödənilməlidir. Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 3 gün müddətində göstərilən namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, habelə həmin partiya bloklarının tərkibinə daxil olmuş siyasi partiyaların siyahısını, onların ünvanını, istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi barədə siyasi partiyalar bloklarının birgə qərarlarından çıxarışların təsdiq edilmiş surətlərini bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilmiş teleradio verilişləri təşkilatlarına və dövri nəşrlər redaksiyalarına göndərir. [12]

162.2. Bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 10 gün müddətində bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, habelə siyasi partiyaların blokuna daxil olmuş siyasi partiyalara istifadə edilmiş pulsuz efir vaxtının dəyəri və dövri nəşrdə ayrılmış yerin həcmi və dəyəri haqqında, özlərinin hüquqi ünvanı və bank rekvizitləri barəsində müvafiq məlumat göndərirlər. [13]

162.3. Bu Məcəllənin 80.5, 83.6 və 155.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyəri, bu Məcəllənin 80.6-cı və 83.7-ci maddələrində nəzərdə tutulmuş qaydada namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına verilmiş efir vaxtının və dövri nəşrdə ayrılmış yerin ümumi həcminin teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin redaksiyalarının müəyyənləşdirdiyi efir vaxtının və dövri nəşrdə ayrılmış və məlumat üçün dərc edilmiş yerin qiymətinə vurulması yolu ilə müəyyən edilir.

162.4. 60-dan çox birmandatlı seçki dairələrində namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 155.2-ci maddəsində göstərilən təşviqat tədbirlərinin birgə keçirilməsi yolu ilə pulsuz efir vaxtından istifadə etdikdə hər bir siyasi partiyanın, siyasi partiyalar blokunun qaytardığı pul vəsaitinin həcmi teleradio verilişləri təşkilatları tərəfindən onların iştirak etdikləri birgə təşviqat tədbirlərinin hər birinin iştirakçılarının ümumi sayına proporsional olaraq bərabər paylarla müəyyənləşdirilir.

162.5. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku pulsuz efir vaxtından bu Məcəllənin 81.5-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə imtina ediblərsə, verilmiş pulsuz efir vaxtının dəyəri ödənilmir.

162.6. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində nəzərdə tutulmuş teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində Mərkəzi Seçki Komissiyasına bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini tam ödəməmiş namizədlər, siyasi partiyalar haqqında məlumatlar verirlər. Dairə seçki komissiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan və seçki komissiyaları qarşısında borc öhdəliyi olan vətəndaşlar, siyasi partiyalar haqqında Mərkəzi Seçki Komissiyasına məlumat verirlər. [14]

Maddə 163. Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaiti

Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra Mərkəzi Seçki Komissiyasının hesabına köçürməlidir.

Maddə 164. Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının aldıqları pul vəsaitinin öz hesablarına geri qaytarılması[15]

164.1. Seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda qeydə alınmış namizədə, siyasi partiyalara və siyasi partiyaların bloklarına təqdim edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi onların öz vəsaiti hesabına həyata keçirilir.[16]

164.2. Verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsinə ayrılmış büdcə vəsaitini qaytarmaq vəzifəsi siyasi partiyalar blokunun üzərinə düşdükdə, qaytarılmalı vəsait bu bloka səsvermə gününədək daxil olan siyasi partiyalar arasında bərabər paylarla bölüşdürülür, bu şərtlə ki, siyasi partiyalar blokunun yaradılması haqqında Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş birgə qərarda ayrı qayda nəzərdə tutulmasın.

164.3. Bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan qeydə alınmış namizəd bu Məcəlləyə uyğun yekun maliyyə hesabatının verilməsi ilə yanaşı müvafiq vəsaitin qaytarılmasını da öz üzərinə götürürsə, dövlət büdcəsinin geri qaytarılası vəsaitini səsvermə günündən başlayaraq 12 ay müddətində müvafiq dairə seçki komissiyasının hesabına qaytara bilər.[17]

164.4. Bu Məcəllənin 162.1-ci maddəsinin tələblərini yekun maliyyə hesabatı verilənədək yerinə yetirməyən siyasi partiya, siyasi partiyaların bloku teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları qarşısında müvafiq pul vəsaitinin ödənilməsi haqqında öhdəlik götürübsə, dövlət büdcəsinin vəsaitlərini, habelə istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə pulsuz ayrılmış yerin dəyərini səsvermə günündən başlayaraq 12 ay müddətində ödəmək üçün onlara möhlət verilə bilər.[18]

164.5. Bu Məcəllənin 164.4-cü maddəsində nəzərdə tutulan öhdəliklər icra edilmədikdə və vəsaitin qaytarılması haqqında öhdəlikdə göstərilən müddət başa çatdıqda vəsait məhkəmə qaydasında qaytarılır. Bu Məcəllənin 164.4-cü maddəsində göstərilən tələbləri yerinə yetirməyən qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku yekun maliyyə hesabatı verilənədək bu Məcəllənin 164.4-cü maddəsində göstərilən öhdəliyi götürmədikdə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək pul vəsaiti məhkəmə qaydasında qaytarılır.[19]

164.6. Namizəd, qeydə alınmış namizəd statusunu itirdikdə bu Məcəllənin 164-cü maddəsi ilə namizədlərin, qeydə alınmış namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizəd, qeydə alınmış namizəd sayılmış vətəndaşın üzərinə qoyulur. Namizəd, qeydə alınmış namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, siyasi partiyaların, siyasi partiyalar bloklarının üzərinə bu Məcəllənin 164-cü maddəsi ilə qoyulmuş öhdəliklər seçkilər qurtardıqda seçkilərdə iştirak etmiş siyasi partiyanın, o cümlədən siyasi partiyalar blokunun tərkibində iştirak etmiş siyasi partiyaların üzərinə qoyulur.

164.7. Mərkəzi Seçki Komissiyası əsas seçkilərin, təkrar və ya əlavə seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən sonra və seçki komissiyaları qarşısında borc öhdəliyi olan vətəndaşların siyahısını dairə seçki komissiyalarına onların yaradılması günündən başlayaraq 5 gün müddətində göndərir.

164.8. Əsas, təkrar və əlavə seçkilərdə və seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gün seçki komissiyası qarşısında büdcə vəsaiti üzrə borcu olan vətəndaşın, irəli sürüldüyü seçki dairəsindən asılı olmayaraq, dövlət büdcəsindən vəsait almağa hüququ yoxdur. [20]

 

İyirmi altıncı fəsil

MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN KEÇİRİLMƏSİ

Maddə 165. Milli Məclisə seçkilər zamanı səsvermə otağı

165.1. Milli Məclisə seçkilər zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil edilir.

165.2. Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki bülletenlərinin nümunələrini, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları haqqında məlumatları, müvafiq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin soyadı, adı, atasının adı, doğum tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri və tutduğu vəzifəsi (bu olmadıqda — fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat lövhələrində yerləşdirir.

165.3. Namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları haqqında məlumatlar seçki bülletenlərində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla yerləşdirilir.

Maddə 166. Milli Məclisə seçkilər zamanı seçki bülletenləri

166.1. Milli Məclisə seçkilər zamanı seçki bülletenləri bu Məcəllənin 99-cu maddəsində göstərilən qaydada hazırlanır.

166.2. Birmandatlı seçki dairəsi üzrə seçki bülletenində qeydə alınmış hər bir namizədin əlifba qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü), habelə qeydə alınmış namizədin kim tərəfindən irəli sürüldüyü göstərilməlidir.

166.3. Seçki bülletenində bu Məcəllənin 54-cü maddəsinə uyğun olaraq qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, habelə emblemi göstərilməlidir. Seçki bülleteninə daxil olan siyasi partiyaların emblemləri eyni rəngdə olmalıdır.

166.4. Seçki bülletenində bu Məcəllənin 53-cü maddəsinə uyğun olaraq qeydiyyatdan keçmiş namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.

166.5. Hər bir qeydə alınmış namizədin soyadından sağda boş kvadrat yerləşdirilir.

Maddə 167. Milli Məclisə seçkilər zamanı səsvermə qaydası

167.1. Milli Məclisə seçkilər zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun keçirilir.

167.2. Seçici birmandatlı seçki dairəsi üzrə seçki bülletenində səs verəcəyi namizədin soyadından sağdakı kvadratda işarə qoyur.

167.3. Birdən çox boş kvadratda işarə qoyulduqda, səs etibarsız sayılır.

Maddə 168. Milli Məclisə seçkilər zamanı seçki məntəqəsində səslərin hesablanması

168.1. Milli Məclisə seçkilər zamanı seçki məntəqəsində səslərin hesablanması bu Məcəllənin 106-cı maddəsinə uyğun həyata keçirilir.

168.2. Hər bir protokola bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə yanaşı səsvermənin yekunlarına dair aşağıdakı məlumatlar daxil edilir:

168.2.1. seçki bülleteninə daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda — namizədlər barəsində digər məlumatlar;

168.2.2. hər bir namizədin lehinə verilmiş səslərin sayı.

Maddə 169. Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarının müəyyən edilməsi

169.1. Dairə seçki komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun aparılır.

169.2. Səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyası birmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyən edir.

169.3. Seçkilərdə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd birmandatlı seçki dairəsi üzrə deputat seçilmiş hesab edilir.

169.4. Dairə seçki komissiyasının protokolunda bu Məcəllənin 100.2 və 168-ci maddələrində göstərilənlərə əlavə olaraq, deputat seçilmiş namizədin soyadı, adı və atasının adı, seçkilərin etibarsız sayıldığı seçki məntəqələrinin sayı göstərilir.

Maddə 170. Birmandatlı seçki dairəsi üzrə seçkilərin baş tutmaması və ya seçkilərin etibarsız sayılması

170.1. Dairə seçki komissiyası, qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, birmandatlı seçki dairəsi üzrə seçkiləri baş tutmamış hesab edir.

170.2. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.; [21]

170.2.3. məhkəmənin qərarı əsasında.

170.3. Birmandatlı seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün sayılmaması nəticəsində etibarsız sayıldıqda, Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılması haqqında qərar qəbul edir. Bu zaman səslərin yenidən sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müvafiq dairə seçki komissiyası tərəfindən təmin edilir.[22]

 

İyirmi yeddinci fəsil

MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN YEKUNLARI

Maddə 171. Milli Məclisə seçkilər zamanı seçkilərin yekunlarının yoxlanılması və təsdiqi

171.1. Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq seçkilərin yekunlarını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

171.2. Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.[23]

171.3. Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Məcəlləyə uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.

171.4. Dairə seçki komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.

171.5. Seçkilərin yekunları bütövlükdə təsdiq edilmədikdə, Konstitusiya Məhkəməsi bu haqda qərar çıxarır və bu Məcəllənin 145-ci maddəsinə uyğun olaraq yeni seçkilər təyin edilir.

Maddə 172. Milli Məclisə təkrar seçkilər

Bu Məcəllənin 170.2-ci maddəsində nəzərdə tutulan əsaslarla seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və ya bu Məcəllənin 171.4-cü maddəsinə əsasən seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada təkrar seçkilər keçirir.

Maddə 173. Milli Məclisə seçilmiş deputatların qeydə alınması

173.1. Dairə seçki komissiyası seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş namizədə dərhal bu barədə məlumat verir. Deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.

173.2. Birmandatlı seçki dairəsi üzrə seçilmiş namizəd bu Məcəllənin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə Mərkəzi Seçki Komissiyası həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar seçkilər keçirir. Bu Məcəllənin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələblər bu Məcəllənin 73-1.3-cü maddəsində nəzərdə tutulmuş məcburi hallar olmadan namizəd tərəfindən yerinə yetirilmədikdə və bunun nəticəsində təkrar seçkilər təyin edildikdə, həmin namizəd təkrar seçkilər keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarının istifadə etdiyi dövlət büdcəsinin vəsaitini tam məbləğdə ödəməlidir. [24]

173.3. Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.

Maddə 174. Milli Məclisə seçkilər zamanı səsvermənin nəticələrinin və seçkilərin yekunlarının dərc edilməsi

Milli Məclisə seçkilər zamanı səsvermənin nəticələrinin və seçkilərin yekunlarının dərc edilməsi qaydaları bu Məcəllənin 109-cu maddəsi ilə müəyyən edilir.

 

İyirmi səkkizinci fəsil

MİLLİ MƏCLİSİN DEPUTATINI MANDATDAN MƏHRUMETMƏ VƏ MİLLİ MƏCLİSƏ ƏLAVƏ SEÇKİLƏRİN KEÇİRİLMƏSİ

Maddə 175. Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi

175.1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 1-ci bəndində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

175.2. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 3-cü bəndində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar müvafiq məhkəmə tərəfindən qəbul edilir.

175.3. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci bəndlərində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir. Mərkəzi Seçki Komissiyasının bu barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Həmin şikayətə 15 gün müddətində baxılmalıdır. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 15 gün müddətində baxılmalıdır.[25]

Maddə 176. Milli Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi

176.1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci və 5-ci bəndləri ilə müəyyənləşdirilmiş əsaslar olduqda, bu Məcəllənin 175.3-cü maddəsi ilə müəyyənləşdirilmiş qaydada birmandatlı seçki dairəsi üzrə seçilmiş deputatın deputat mandatından məhrum edilməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı müvafiq müraciət (rəsmi məlumat) daxil olduqdan sonra 2 gündən gec olmayaraq qəbul edilir. [26]

176.2. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndində göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə (rəsmi məlumat) daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir və bununla əlaqədar mütəxəssislərdən ibarət qrup yarada bilər. [27]

176.2-1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 6-cı və 7-ci bəndlərində göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına Milli Məclisin rəsmi məlumatı daxil olduqdan sonra 15 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası həmin rəsmi məlumatı müzakirə edərək müvafiq qərar qəbul edir.[28]

176.3. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci bəndlərində göstərilən hallarda qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır; həmin maddənin I hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən hallarda müvafiq məhkəmənin qərarı (hökmü) olduqda müvafiq qərarın (hökmün) qanuni qüvvəyə minməsi günündən deputat mandatından məhrum edilmiş sayılır. [29]

176.4. Deputat mandatının boş qalmasından sonra bir ay müddətində (deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət verdiyi hallar istisna olmaqla) bu Məcəllənin 145-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir. Deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət verdiyi hallarda müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər məhkəmədə işə baxılmasının nəticələrindən asılı olaraq təyin edilir.[30]

176.5. Boş qalmış deputat mandatı ilə əlaqədar əlavə seçkilər keçirildikdə deputat namizəd kimi çıxış edə bilməz.

176.6. Əlavə seçkilər keçirilərkən birmandatlı seçki dairəsi üzrə namizədlərin irəli sürülməsi, onların qeydə alınması, digər seçki hərəkətləri bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir.

 

VI bölmə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRI

İyirmi doqquzuncu fəsil

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRİNƏ

 AİD ÜMUMİ MÜDDƏALAR

Maddə 177. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları

Azərbaycan Respublikası Prezidenti (bundan sonra — Prezident) seçkilərinin əsasları Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra — Konstitusiya) 100-102-ci maddələri ilə müəyyən edilir.

Maddə 178. Prezident seçkilərinin təyin edilməsi

178.1. Bu Məcəllənin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, yeddi il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur.[31]

178.2. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə təyin edilir. [32]

178.3. Seçkilərin təyin edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilməlidir. [33]

Maddə 179. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi

179.1. Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallarda Prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, habelə Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən Prezidentin elan etdiyi halda növbədənkənar Prezident seçkiləri keçirilir. Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallar növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir. [34] KM1

179.2. Konstitusiyanın 104-cü və 107-ci maddələrinə əsasən Konstitusiya Məhkəməsinin və ya Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarının qəbul edildiyi, həmçinin Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən Prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. [35]

 

Otuzuncu fəsil

PREZİDENTLİYƏ NAMİZƏDLƏR. PREZİDENT SEÇKİLƏRİNİN

KEÇİRİLMƏSİNƏ HAZIRLIQ

Maddə 180. Prezidentliyə namizədin irəli sürülməsi

180.1. Prezidentliyə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, seçki hüququ olan vətəndaşlar bu Məcəllənin 53-cü və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər.

180.2. Seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər.

180.3. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra Prezidentliyə namizədlər irəli sürülür.

180.4. Prezidentliyə namizəd irəli sürmüş təşəbbüs qrupu siyasi partiya, siyasi partiyaların bloku namizədin prezidentliyə namizəd kimi çıxış etməyə razılıq ərizəsini Mərkəzi Seçki Komissiyasına təqdim etdikdə, ərizədə namizədin Konstitusiyanın 100-cü maddəsində göstərilən tələblərə cavab verməsi nəzərdə tutulmalıdır.

Maddə 181. Prezidentliyə namizədi müdafiə üçün imza toplanması

181.1. Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.[36]

181.2. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.

181.3. Seçicilərin imzaları bu Məcəllənin 56 və 57-ci maddələrində göstərilən qaydada toplanır.

Maddə 182. Prezidentliyə namizədin qeydə alınması

182.1. Prezidentliyə namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınırlar.

182.2. Qeydə alınmış namizədlərin fəaliyyəti bu Məcəllənin 69-71-ci maddələri ilə tənzimlənir.

182.3. Qeydə alınmış namizədlərin siyahısı səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən bu Məcəllənin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir.[37]

182.4. Qeydə alınmış hər bir prezidentliyə namizəd seçki komissiyalarının hər birinə məşvərətçi səs hüquqlu üzv təyin edə bilər.

Maddə 183. Prezident seçkilərinin təxirə salınması

183.1. Bu Məcəllənin 58.1-ci maddəsində göstərilən müddətdə prezidentliyə heç bir namizəd qeydə alınmayıbsa və ya yalnız bir namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və növbəti seçki hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə seçkilər bu Məcəllənin 178-ci maddəsində nəzərdə tutulan qaydada 2 ay müddətinə təxirə salınır və bu halda vəzifədə olan Prezident öz səlahiyyətlərinin icrasını davam etdirir.

183.2. Səsvermə gününədək qeydə alınmış prezidentliyə namizəd qalmazsa, yaxud qeydə alınmış bir namizəd qalarsa, seçkilər bu Məcəllənin 178-ci maddəsində göstərilən qaydada namizədlərin irəli sürülməsi və sonrakı seçki hərəkətlərinin edilməsi üçün ən geci 3 ay müddətinə təxirə salınır və bu halda vəzifədə olan Prezident öz səlahiyyətlərinin icrasını davam etdirir.

Maddə 184. Prezidentliyə namizədin nəqliyyat xərclərinin ödənilməsi

184.1. Bu Məcəllənin 70.2-ci maddəsinə uyğun olaraq prezidentliyə namizəd qeydə alındığı gündən seçkinin nəticələrinin rəsmi dərci gününədək Azərbaycan Respublikası ərazisində gediş-gəliş üçün ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna olmaqla) dövlət vəsaiti hesabına istifadə etmək hüququna malikdir.

184.2. Ölkə ərazisində göstərilən nəqliyyatdakı gediş-gəliş xərcləri Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait hesabına və təqdim edilmiş gediş-gəliş sənədləri əsasında ödənilir. Bu zaman namizədə dəmir yolu ilə 8 dəfə və təyyarə ilə 4 dəfə gediş-gəliş xərcləri ödənilir.

Maddə 185. Prezidentliyə namizədin toxunulmazlığı və təhlükəsizliyi

185.1. Qeydə alınmış prezidentliyə namizədin təhlükəsizliyi Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada təmin edilir.

185.2. Qeydə alınmış prezidentliyə namizəd bu Məcəllənin 70.4-cü maddəsində göstərilən qaydada yalnız Azәrbaycan Respublikası Baş prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.

Maddə 186. Prezidentliyə namizədin vəkil edilmiş şəxslərinin sayı

186.1. Prezidentliyə namizədin 50-yə qədər vəkil edilmiş şəxsi ola bilər. Göstərilən şəxslər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınır.

186.2. Vəkil edilmiş şəxslərin statusu bu Məcəllənin 72-ci maddəsi ilə müəyyən edilir.

Maddə 187. Prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi

Prezidentliyə namizədlərin namizədlik statusundan imtina etməsi bu Məcəllənin 73-1-ci maddəsi ilə tənzimlənir. [38]

Maddə 188. Siyasi partiyanın, siyasi partiyalar blokunun Prezident seçkilərində iştirak etməkdən imtina etməsi

188.1. Siyasi partiyanın, siyasi partiyalar blokunun Prezident seçkilərində iştirak etməkdən imtina etməsi prezidentliyə namizədlərin namizədlik statusundan imtina etməsi və ya prezidentliyə namizədlərin qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz.

188.2. Siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 10 gün qalmış istənilən vaxt Mərkəzi Seçki Komissiyasına ərizə verməklə müvafiq siyasi partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər.

188.3. Siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada müstəqil siyasi partiya kimi çıxış edə və ya digər siyasi partiyalar blokunun tərkibinə daxil ola bilər.

188.4. Siyasi partiyalar blokunun irəli sürdüyü prezidentliyə namizədi Mərkəzi Seçki Komissiyası qeydə aldıqdan sonra, bu bloka daxil olmuş bütün siyasi partiyalar (birindən başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya seçkilərdə siyasi partiyalar blokunun adı və rəmzləri saxlanılmaqla siyasi partiyaların bloku kimi iştirak edə bilər. Bu, prezidentliyə namizədlərin qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz.

188.5. Siyasi partiyalar blokunun seçkilərdə iştirak etməkdən imtina etməsi ona daxil olmuş siyasi partiyaları seçkilərdə iştirak etmək hüququndan məhrum etmir; belə halda bu Məcəlləyə uyğun olaraq prezidentliyə namizədin təkrar irəli sürülməsi və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi tələb edilir.

Otuz birinci fəsil

PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRLIQ

Maddə 189. Prezident seçkiləri zamanı kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün xüsusi tələblər

189.1. Qeydə alınmış prezidentliyə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.

189.2. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtı qeydə alınmış prezidentliyə namizədlərə müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulur. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.[39]

189.3. Bu Məcəllənin 77.2-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün efir vaxtı qeydə alınmış prezidentliyə namizədlər üçün ayrılır, ayrı-ayrılıqda hesablanır və həyata keçirilir. Bu cür pulsuz efir vaxtından qeydə alınmış prezidentliyə namizədlər bərabər əsaslarla istifadə etməlidirlər. Bu halda hər bir prezidentliyə namizəd tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.

189.4. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin prezidentliyə namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

189.5. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ödənişli əsaslarla ayrılan yerin həcmi namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyən edilir. Sonuncular həmin yerdən müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.

189.6. Qeydə alınmış prezidentliyə namizədlərin bu Məcəllənin 189.2-ci maddəsində göstərilən tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz verilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.

Maddə 190. Prezident seçkiləri zamanı xüsusi seçki hesabları

190.1. Prezidentliyə namizəd və ya onun səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim etdikdən və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi haqqında müvafiq qərarı təqdim etdikdən sonra, lakin namizədlərin qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi gününə azı 5 gün qalmış seçki fondunu formalaşdırmaqdan ötrü xüsusi seçki hesabı açmalıdırlar.

190.2. Prezidentliyə namizəd irəli sürülməsi barədə Mərkəzi Seçki Komissiyasından alınan sənəd əsasında və bu Məcəllənin 53-cü və 54-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə xüsusi seçki hesabı açır.

190.3. Prezidentliyə namizəd səlahiyyətli nümayəndəsinə özünün xüsusi seçki hesabının açılmasını tapşıra bilər.

190.4. Prezidentliyə namizəd, qeydə alınmış prezidentliyə namizəd Mərkəzi Seçki Komissiyasına yazılı məlumat verməklə, başqa şəxsə özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququ verə bilər və bu halda qanun pozuntularına görə məsuliyyəti həmin şəxs daşıyır.

Maddə 191. Prezidentliyə namizədlərin seçki fondları

191.1. Prezidentliyə namizədin seçki fondu məbləğinin yuxarı həddi seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 10 milyon manatdan çox ola bilməz.

191.2. Prezidentliyə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

191.2.1. prezidentliyə namizədlərin seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 min manatdan çox olmamaq şərti ilə, xüsusi vəsaiti (siyasi partiyalar, siyasi partiyaların bloku tərəfindən irəli sürülən prezidentliyə namizədlər üçün bu xüsusi vəsait siyasi partiyaların, siyasi partiyaların blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);

191.2.2. bu Məcəllənin 197.6-cı maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla, Mərkəzi Seçki Komissiyasının ayırdığı vəsait;

191.2.3. vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi seçkilərin təyin edilməsi haqqında qərarın dərc edildiyi günə olan şərti maliyyə vahidinin vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.[40]

Maddə 192. Prezident seçkiləri zamanı seçki fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq

192.1. Aşağıdakı məlumatlar bu Məcəllənin 77.2-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:

192.1.1. seçki fondu vəsaitinin məbləği seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan qeydə alınmış prezidentliyə namizəd üçün şərti maliyyə vahidinin 10 min manatdan çox, prezidentliyə namizəd üçün isə 2500 manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

192.1.2. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin qeydə alınmış prezidentliyə namizəd üçün 5 min manatdan çox, prezidentliyə namizəd üçün isə 1250 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsi mümkünlüyü nəzərə alınmalıdır);

192.1.3. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə; [41]

192.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

192.1.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

Maddə 193. Prezident seçkiləri zamanı prezidentliyə namizədlərin, qeydə alınmış prezidentliyə namizədlərin aldıqları pul vəsaitlərinin geri qaytarılmasının ardıcıllığı

Prezident seçkiləri zamanı prezidentliyə namizədlərin, qeydə alınmış prezidentliyə namizədlərin aldıqları pul vəsaitlərinin geri qaytarılmasının qaydaları bu Məcəllənin 90.5—90.7-ci maddələri ilə müəyyən edilir.

Maddə 194. Prezident seçkiləri zamanı prezidentliyə namizədlərin, qeydə alınmış prezidentliyə namizədlərin aldıqları büdcə vəsaitlərinin xərclənməmiş hissəsinin geri qaytarılmasının məcburiliyi

Səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilən səslərinin azı 3 faizini toplamış qeydə alınmış prezidentliyə namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək bu Məcəllənin 73.3-cü maddəsində göstərilən məcburedici hallara görə namizədliyini geri götürmüş qeydə alınmış prezidentliyə namizəd səsvermə günündən sonra 30 gün müddətində Mərkəzi Seçki Komissiyasının onun seçki fondu köçürdüyü vəsaitin xərclənməmiş hissəsini bu seçki komissiyasına qaytarmağa borcludur. Bu müddət başa çatdıqda müvafiq bank Mərkəzi Seçki Komissiyasının məktubunda göstərilmiş pul vəsaitini mübahisəsiz qaydada onun hesabına köçürməlidir.[42]

Maddə 195. Prezident seçkiləri zamanı qeydə alınmış prezidentliyə namizədlərin pulsuz efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərini ödəməsi[43]

195.1. Prezidentliyə namizəd bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrlərdə ayrılmış yerin dəyərini tam həcmdə ödəməlidir. Mərkəzi Seçki Komissiyası Prezident seçkilərinin nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 3 gün müddətində bu namizədlərin adlarını, onların ünvanını, istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi barədə bildirişlərin təsdiq edilmiş surətlərini bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilmiş teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına göndərir. [44]

195.2. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları Prezident seçkilərinin nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 10 gün müddətində bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş prezidentliyə namizədlərə istifadə edilmiş pulsuz efir vaxtının dəyəri və dövri nəşrdə ayrılmış yerin həcmi və dәyәri haqqında, özlərinin hüquqi ünvanı və bank rekvizitləri barəsində müvafiq məlumat göndərirlər. [45]

195.3. Bu Məcəllənin 80.5, 83.6 və 189.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyəri, bu Məcəllənin 80.6 və 83.7-ci maddələrində nəzərdə tutulmuş qaydada prezidentliyə namizədlərə verilmiş efir vaxtının və dövri nəşrdə ayrılmış yerin ümumi həcminin teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin redaksiyalarının müəyyənləşdirdiyi efir vaxtının və dövri nəşrdə yerin üçün qiymətinə vurulması yolu ilə müəyyən edilir.

195.4. Bu Məcəllənin 189.2-ci maddəsində göstərilən təşviqat tədbirlərinin birgə keçirilməsi yolu ilə pulsuz efir vaxtından prezidentliyə namizədlər istifadə etdikdə hər bir namizədin qaytardığı pul vəsaitinin həcmi teleradio verilişləri təşkilatları tərəfindən onların iştirak etdikləri birgə təşviqat tədbirlərinin hər birinin iştirakçılarının ümumi sayına proporsional olaraq bərabər paylarla müəyyənləşdirilir.

195.5. Prezidentliyə namizədlər pulsuz efir vaxtından bu Məcəllənin 81.5-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə imtina edərlərsə, verilmiş pulsuz efir vaxtının dəyəri ödənilmir.

195.6. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində nəzərdə tutulmuş teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində Mərkəzi Seçki Komissiyasına bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmayan, pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini tam ödəməmiş prezidentliyə namizədlər haqqında məlumatlar verirlər. [46]

Maddə 196. Prezidentliyə namizədlərin, qeydə alınmış prezidentliyə namizədlərin seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaiti

Prezidentliyə namizədlərin, qeydə alınmış prezidentliyə namizədlərin seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini Mərkəzi Seçki Komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra onun hesabına köçürməlidir.

Maddə 197. Prezidentliyə namizəd irəli sürülmüş vətəndaşların aldıqları pul vəsaitinin öz hesablarına geri qaytarılması[47]

197.1. Seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda büdcə pul vəsaitinin qeydə alınmış namizəd tərəfindən qaytarılması, habelə verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi prezidentliyə namizəd irəli sürülmüş vətəndaşların öz vəsaiti hesabına həyata keçirilir.[48]

197.2. Bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmayan qeydə alınmış prezidentliyə namizəd bu Məcəlləyə uyğun yekun maliyyə hesabatının verilməsi ilə yanaşı, müvafiq vəsaitin qaytarılmasını da öz üzərinə götürürsə, dövlət büdcəsinin geri qaytarılacaq vəsaitini səsvermə günündən başlayaraq 12 ay müddətində Mərkəzi Seçki Komissiyasının hesabına qaytara bilər.

197.3. Bu Məcəllənin 197.2-ci maddəsində nəzərdə tutulan öhdəliklər icra edilmədikdə və vəsaitin qaytarılması haqqında öhdəlikdə göstərilən müddət başa çatdıqda vəsait məhkəmə qaydasında qaytarılır. Bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin 197.2-ci maddəsində göstərilən tələbləri yerinə yetirməyən qeydə alınmış Prezidentliyə namizəd yekun maliyyə hesabatı verilənədək həmin maddədə göstərilən öhdəliyi götürmədikdə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək pul vəsaiti məhkəmə qaydasında qaytarılır.[49]

197.4. Prezidentliyə namizəd, qeydə alınmış prezidentliyə namizəd statusunu itirdikdə bu Məcəllənin 197-ci maddəsi ilə namizədlərin, qeydə alınmış namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizəd, qeydə alınmış namizəd sayılmış vətəndaşın üzərinə qoyulur.

197.5. Bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmayan və Mərkəzi Seçki Komissiyası qarşısında borc öhdəliyi olan vətəndaşların siyahısı dərc edilir.

197.6. Prezident seçkilərində bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmayan və seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gün əvvəlki seçkilər üzrə Mərkəzi Seçki Komissiyası qarşısında büdcə vəsaiti üzrə borcu olan vətəndaşın prezidentliyə namizəd irəli sürüldüyü təqdirdə dövlət büdcəsindən vəsait almaq hüququ yoxdur.

 

Otuz ikinci fəsil

PREZİDENT SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİ

Maddə 198. Prezident seçkiləri zamanı səsvermə otağı

198.1. Prezident seçkiləri zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil edilir.

198.2. Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki bülletenlərinin nümunələrini, qeydə alınmış prezidentliyə namizədlərin soyadı, adı, atasının adı, doğum tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri, tutduğu vəzifəsi (bu olmadıqda — fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat lövhəsində yerləşdirir.

198.3. Prezidentliyə namizədlər haqqında məlumatlar lövhədə seçki bülletenlərində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla yerləşdirilir.

Maddə 199. Prezident seçkiləri üzrə seçki bülletenləri

199.1. Prezident seçkiləri zamanı seçki bülletenləri bu Məcəllənin 99-cu maddəsində göstərilən qaydada hazırlanır.

199.2. Prezident seçkiləri üzrə seçki bülletenində prezidentliyə namizədlərin əlifba sırası ilə soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü), habelə qeydə alınmış prezidentliyə namizədi kimin irəli sürdüyü göstərilməlidir.

199.3. Seçki bülletenində bu Məcəllənin 54-cü maddəsinə uyğun olaraq qeydə alınmış prezidentliyə namizədin mənsub olduğu siyasi partiyanın qısa adı göstərilməlidir.

199.4. Seçki bülletenində bu Məcəllənin 53-cü maddəsinə uyğun olaraq qeydiyyatdan keçmiş prezidentliyə namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.

199.5. Prezidentliyə namizədlərin soyadından sağda boş kvadrat yerləşir.

Maddə 200. Prezident seçkiləri zamanı səsvermə qaydası

200.1. Prezident seçkiləri zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun keçirilir.

200.2. Seçici seçki bülletenində səs verəcəyi prezidentliyə namizədin soyadından sağdakı kvadratda işarə qoyur.

200.3. Birdən çox boş kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır.

Maddə 201. Prezident seçkiləri zamanı seçki məntəqəsində səslərin hesablanması

201.1. Prezident seçkiləri zamanı seçki məntəqəsində səslərin hesablanması bu Məcəllənin 106-cı maddəsinə uyğun aparılır və protokol tərtib edilir.

201.2. Hər bir protokola bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə yanaşı, səsvermənin yekunlarına dair aşağıdakı məlumatlar daxil edilir:

201.2.1. seçki bülleteninə daxil edilmiş prezidentliyə namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda namizədlər haqqında digər məlumat;

201.2.2. hər bir prezidentliyə namizədin lehinə verilmiş səslərin sayı.

Maddə 202. Prezident seçkiləri zamanı seçki dairəsi üzrə səslərin hesablanması

202.1. Dairə seçki komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun aparılır.

202.2. Dairə seçki komissiyasının protokolunda bu Məcəllənin 100.2-ci və 201-ci maddələrində göstərilənlərə əlavə olaraq səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı göstərilir.

 

Otuz üçüncü fəsil

PREZİDENT SEÇKİLƏRİNİN NƏTİCƏLƏRİ

Maddə 203. Prezident seçkilərinin nəticələrinin müəyyən edilməsi

203.1. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir. [50]

203.2. Mərkəzi Seçki Komissiyasının protokoluna dairə seçki komissiyalarının məlumatlarını əks etdirən ümumi cədvəl əlavə edilir.

203.3. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarından daxil olmuş səsvermənin nəticələri haqqında protokollar əsasında bu Məcəllənin 108-ci maddəsində göstərilənlərə əlavə olaraq, səsvermənin keçirilməsi zamanı və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntularının seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyi seçki dairələrinin sayını, səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayını, hər bir prezidentliyə namizədin lehinə verilmiş səslərin sayını müəyyən edir.

203.4. Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

203.5. Prezident seçkilərinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.

Maddə 204. Prezident seçkilərinin nəticələrinin etibarsız sayılması

204.1. Mərkəzi Seçki Komissiyası aşağıdakı hallarda Prezident seçkilərinin nəticələrini etibarsız sayır:

204.1.1. seçki məntəqələrinin 2/5 hissəsindən çoxunda səsvermənin nəticələri etibarsız sayıldıqda və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.; [51] 

204.1.2. məhkəmənin qərarı əsasında.

Maddə 205. Prezident seçkiləri zamanı təkrar səsvermə

205.1. Seçki bülleteninə prezidentliyə namizəd kimi ikidən çox şəxs daxil edilibsə və onlardan heç biri seçilməyibsə, Mərkəzi Seçki Komissiyası seçkilərdə daha çox səs toplamış iki namizəd üzrə təkrar səsvermə təyin edir.

205.2. Konstitusiyanın 101-ci maddəsinin III hissəsinə uyğun olaraq təkrar səsvermə ümumi seçkilərdə səsvermə günündən sonra ikinci bazar günü keçirilir.

205.3. Təkrar səsvermə keçirilməsi haqqında məlumat Mərkəzi Seçki Komissiyası müvafiq qərar qəbul etdikdən sonra ən geci 2 gün müddətində kütləvi informasiya vasitələrində dərc olunur.

205.4. Konstitusiyanın 101-ci maddəsinin IV hissəsinə uyğun olaraq təkrar səsvermədə seçkilərdə iştirak edən seçicilərin çoxunun səsini toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

Maddə 206. Təkrar Prezident seçkiləri

Prezident seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən etibarsız hesab edilərsə və Azərbaycan Respublikasının Prezidenti seçilməzsə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə təkrar Prezident seçkiləri təyin edilir.

Maddə 207. Növbədənkənar Prezident seçkiləri zamanı seçki hərəkətlərinin həyata keçirilməsi

Növbədənkənar Prezident seçkiləri keçirilərsə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında qərarla birlikdə Konstitusiyanın 105-ci maddəsinin I hissəsində göstərilən müddətə zəruri olan seçki hərəkətlərinin həyata keçirilməsi müddətlərini müəyyən edir və cədvəl şəklində dərc edir. Bu məqsədlə bu Məcəllədə nəzərdə tutulan müddətlər ən çoxu 2 dəfə azaldıla bilər.

Maddə 208. Prezident seçkilərinin yekunlarının və səsvermənin nəticələrinin dərc olunması

Prezident seçkilərinin yekunlarının və səsvermənin nəticələrinin dərc olunması qaydaları bu Məcəllənin 109-cu maddəsi ilə müəyyən edilir.

Maddə 209. Prezidentin öz vəzifəsinə başlaması

209.1. Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

209.2. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti 15000 manat (yeni manat miqyasında) məbləğində aylıq vəzifə maaşı alır.[52]

209.3. Fəaliyyətdə olan Azərbaycan Respublikasının Prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası Prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.

 

VII bölmə

BƏLƏDİYYƏ SEÇKİLƏRİ

Otuz dördüncü fəsil

BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ AİD ÜMUMİ MÜDDƏALAR

Maddə 210. Bələdiyyə seçkilərinin əsasları

210.1. Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər.

210.2. Seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilir:

210.2.1. əhalisi 500-dən az olan ərazilərdə — 5 bələdiyyə üzvü;

210.2.2. əhalisi 500-dən 999-dək olan ərazilərdə — 7 bələdiyyə üzvü;

210.2.3. əhalisi 1000-dən 4.999-dək olan ərazilərdə — 9 bələdiyyə üzvü ;

210.2.4. əhalisi 5000-dən 9.999-dək olan ərazilərdə — 11 bələdiyyə üzvü;

210.2.5. əhalisi 10000-dən 19.999-dək olan ərazilərdə — 13 bələdiyyə üzvü;

210.2.6. əhalisi 20000-dən 49.999-dək olan ərazilərdə — 15 bələdiyyə üzvü;

210.2.7. əhalisi 50000-dən 99.999-dək olan ərazilərdə — 17 bələdiyyə üzvü;

210.2.8. əhalisi 100000-dən 299.999-dək olan ərazilərdə — 19 bələdiyyə üzvü.

Maddə 211. Bələdiyyələrin səlahiyyət müddəti

211.1. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.

211.2. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.

211.3. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.

211.4. Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan az müddət qalarsa, bu Məcəllənin 243.0.2-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir. [53] 

211.5. Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan çox qalmış müddətdə bu Məcəllənin 243.0.2-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni bələdiyyə seçkiləri nəticəsində formalaşan bələdiyyələrin birinci iclas günü başa çatır. [54]

Maddə 212. Bələdiyyələrə üzv seçilmək hüququ

Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. [55]

Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi

213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir.

213.2. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

 

Otuz beşinci fəsil

BƏLƏDİYYƏ ÜZVLÜYÜNƏ NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ QAYDASI

Maddə 214. Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi

214.1. Seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları bu Məcəllənin 53 və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər.

214.2. Bələdiyyələrə təkrar seçkilərdə bələdiyyə üzvlüyünə namizədlər bu seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra irəli sürülür.

214.3. Bələdiyyələrə əlavə seçkilərdə bələdiyyə üzvlüyünə namizədlər bu Məcəllənin 213.2-ci maddəsində göstərilən müddətdən sonra irəli sürülür.

214.4. İrəli sürülən namizəd yalnız bir bələdiyyəyə namizəd irəli sürülməsinə razılıq verə bilər.

214.5. Bələdiyyə üzvlüyünə namizəd yalnız bir bələdiyyə üzvlüyünə namizəd kimi irəli sürülə və qeydiyyata alına bilər.

214.6. Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinədək dairə seçki komissiyasının yaradılması başa çatmayıbsa, namizədin irəli sürülməsi haqqında bildiriş, müvafiq namizədlərin razılıq ərizələri və digər sənədlər Mərkəzi Seçki Komissiyasına göndərilir. Mərkəzi Seçki Komissiyası göstərilən sənədləri dairə seçki komissiyasının təşkilindən və sədrinin seçilməsindən sonra ona təqdim edir.

Maddə 215. Bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası

215.1. Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş:

215.1.1. əhalisi 99.999-dan çox olan ərazidə — 150;

215.1.2. əhalisi 49.999-dan çox olan ərazidə — 100;

215.1.3. əhalisi 19.999-dan çox olan ərazidə — 75;

215.1.4. əhalisi 9.999-dan çox olan ərazidə — 50;

215.1.5. əhalisi 4.999-dan çox olan ərazidə — 30;

215.1.6. əhalisi 4.999-dan az olan ərazidə — 15 seçici imzası toplamalıdır.

215.2. Seçicilərin bələdiyyə üzvlüyünə bir neçə namizədin müdafiəsi üçün imza etmək hüququ vardır.

215.3. Seçicilərin imzaları bu Məcəllənin 56-cı və 57-ci maddələrində göstərilən qaydada toplanır.

 

Otuz altıncı fəsil

BƏLƏDİYYƏ ÜZVLÜYÜNƏ QEYDƏ ALINMIŞ NAMİZƏDLƏR

Maddə 216. Bələdiyyə üzvlüyünə namizədin qeydə alınması

216.1. Bələdiyyə üzvlüyünə namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada qeydə alınırlar.

216.2. Bir şəxsin birdən çox bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmasına yol verilmir.

216.3. Bu Məcəllənin 214.5-ci maddəsində göstərilən qaydalar pozulduqda bələdiyyə üzvlüyünə namizədin əvvəlki qeydiyyatı etibarlı sayılır, qeydiyyat haqqında nisbətən gec qəbul edilmiş qərar isə müvafiq dairə seçki komissiyasının qərarı ilə ləğv edilir.

216.4. Qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərin fəaliyyəti bu Məcəllənin 69- 71-ci maddələri ilə tənzimlənir.

216.5. Bələdiyyələr üzrə qeydə alınmış namizədlərin siyahısı səsvermə gününə azı 20 gün qalmış müvafiq dairə seçki komissiyaları tərəfindən bu Məcəllənin 77.3-cü və 77.4-cü maddələrində göstərilən dövri nəşrlərdə dərc edilir.[56]

Maddə 217. Bələdiyyə seçkilərinin təxirə salınması

217.1. Bu Məcəllənin 58.1-ci maddəsində göstərilən müddətdə bələdiyyə üzrə heç bir namizəd qeydə alınmayıbsa və ya bu Məcəllənin 210-cu maddəsində göstərilən bələdiyyə üzvlərinin sayından az sayda namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və növbəti seçki hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə müvafiq bələdiyyə üzrə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən 2 ay müddətinə təxirə salınır.

217.2. Səsvermə gününədək bələdiyyə üzrə qeydə alınmış namizəd qalmazsa, yaxud bələdiyyə üzvlüyünə bir yerə qeydə alınmış bir namizəd qalarsa, seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən namizədlərin irəli sürülməsi və sonrakı hərəkətləri edilməsi üçün bələdiyyə üzrə seçkilər 2 ay müddətinə təxirə salınır.

Maddə 218. Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin nəqliyyat xərclərinin ödənilməsi

218.1. Bu Məcəllənin 70.2-ci maddəsinə uyğun olaraq bələdiyyə üzvlüyünə namizəd qeydə alındığı gündən seçkilərin yekunları rəsmi dərc edildiyi günədək müvafiq seçki ərazisində gəliş-gediş üçün ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna olmaqla) pulsuz istifadə etmək hüququna malikdir.

218.2. Bu cür ödəmələr dairə seçki komissiyasına ayrılan vəsait hesabına və təqdim edilmiş gediş-gəliş sənədləri əsasında həyata keçirilir.

Maddə 219. Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin toxunulmazlığı

Bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd bu Məcəllənin 70.4-cü maddəsində nəzərdə tutulan qaydada yalnız müvafiq rayon prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.

Maddə 220. Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədlərin vəkil edilmiş şəxslərinin sayı

220.1. Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin 3-ə qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər dairə seçki komissiyası tərəfindən qeydə alınır.

220.2. Vəkil edilmiş şəxslərin statusu bu Məcəllənin 72-ci maddəsi ilə müəyyən edilir.

Maddə 221. Bələdiyyə üzvlüyünə namizədlərin namizədlik statusundan imtina etməsi

221.1. Bələdiyyə üzvlüyünə namizədlərin namizədlik statusundan imtina etməsi bu Məcəllənin 73-1-ci maddəsi ilə tənzimlənir. [57]

221.2. Bu Məcəllənin 73-1.1-ci və 73-1.2-ci maddələrində göstərilən hərəkətləri etmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada və müddətdə istənilən digər bələdiyyə üzrə öz namizədliyini təkrar irəli sürmək hüququ vardır. [58]

Maddə 222. Siyasi partiyanın, siyasi partiyalar blokunun bələdiyyə seçkilərində iştirak etməkdən imtina etməsi

222.1. Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə azı 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, seçki dairəsi üzrə irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədi, qeydə alınmış bələdiyyə üzvlüyünə namizədi geri çağırmaq hüququna malikdir.

222.2. Bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku səsvermə gününə azı 10 gün qalmış müvafiq dairə seçki komissiyasına yazılı ərizə verməklə, namizədləri irəli sürmüş orqanın qərarı ilə seçkilərdə iştirak etməkdən imtina edə bilər. Bu halda siyasi partiya, siyasi partiyaların bloku bələdiyyə üzvlüyünə namizədləri geri çağıra bilər.

222.3. Siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 3 gün qalmış istənilən vaxt dairə seçki komissiyasına ərizə verməklə müvafiq siyasi partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər.

222.4. Siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada müstəqil siyasi partiya kimi çıxış edə və ya digər siyasi partiyalar blokunun tərkibinə daxil ola bilər.

222.5. Siyasi partiyalar blokunun irəli sürdüyü bələdiyyə üzvlüyünə namizədləri dairə seçki komissiyası qeydə aldıqdan sonra, bu bloka daxil olmuş bütün siyasi partiyalar (birindən başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya seçkilərdə siyasi partiyalar blokunun adı və rəmzləri saxlanılmaqla, siyasi partiyaların bloku kimi iştirak edə bilər. Bu, bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatın ləğv edilməsi üçün əsas ola bilməz.

222.6. Siyasi partiyalar blokunun seçkilərdə iştirak etməkdən imtina etməsi ona daxil olmuş siyasi partiyaları seçkilərdə iştirak etmək hüququndan məhrum etmir; belə halda bu Məcəlləyə uyğun olaraq bələdiyyə üzvlüyünə namizədin təkrar irəli sürülməsi və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi tələb edilir.

Maddə 223. Bələdiyyə seçkiləri zamanı seçki komissiyasına nümayəndənin təyin edilməsi

Bələdiyyə seçkiləri zamanı Mərkəzi Seçki Komissiyasının tərkibinə bələdiyyələrin yarısından çoxunda namizədlər irəli sürən, dairə seçki komissiyasının tərkibinə isə dairənin ərazisindən bələdiyyələrin yarısından çoxunda namizədlər irəli sürən siyasi partiyalar, siyasi partiyaların blokları bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər.

 

Otuz yeddinci fəsil

BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLIQ

Maddə 224. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin seçkiqabağı təşviqatının aparılması üçün xüsusi tələblər

224.1. Bələdiyyə üzvlüyünə namizədlərin seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.

224.2. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi müvafiq olaraq bələdiyyələrin 1/3-dən çoxunda və ya yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla, müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.[59]

224.3. Bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün efir vaxtı göstərilən siyasi partiyalar, siyasi partiyaların blokları üçün ayrılır, hesablanır və ayrı-ayrılıqda həyata keçirilir. Bu cür pulsuz efir vaxtından siyasi partiyalar, siyasi partiyaların blokları bərabər əsasla istifadə etməlidirlər. Bu halda hər bir siyasi partiya, siyasi partiyaların bloku tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.

224.4. Bu Məcəllənin 71.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin bu Məcəllənin 77.4-cü maddəsində göstərilən bələdiyyə üzvlüyünə namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

224.5. Bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ayrılan, bu Məcəllənin 77.4-cü maddəsinə uyğun olaraq bələdiyyə üzvlüyünə namizədlərin ümumi sayına bölünmə yolu ilə müəyyən edilən yerdən axırıncılar müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.

224.6. Qeydə alınmış namizədlərin, bələdiyyələrin 1/3-dən və ya yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının bu Məcəllənin 224.2-ci maddəsində göstərilən tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz təqdim edilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.

Maddə 225. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin seçki fondları

225.1. Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondları aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər:

225.1.1. bu Məcəllənin 215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 10 min manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.2-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 7 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.3-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 5 min manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 2 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.5-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 1 min 250 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.6-cı maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 750 manatdan çox olmamaq şərti ilə bələdiyyə üzvlüyünə namizədlərin xüsusi vəsaiti; [60]

225.1.2. bu Məcəllənin 215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 7 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.2-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 5 min manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.3-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 3 min 750 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 2 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.5-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 1 min 250 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.6-cı maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 500 manatdan çox olmamaq şərti ilə bələdiyyə üzvlüyünə namizədləri irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaiti; [61]

225.1.3. bu Məcəllənin 233.8-ci maddəsi ilə müəyyənləşdirilmiş hallar istisna olmaqla, namizədlərin qeydiyyatı başa çatdıqdan sonra ən geci 3 gün müddətində bələdiyyə üzvlüyünə namizədlərə dairə seçki komissiyası tərəfindən bərabər həcmdə ayrılmış vəsait;

225.1.4. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 500 manatdan çox olmayan vətəndaşların könüllü ianələri; [62]

225.1.5. bu Məcəllənin 215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 10 min manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.2-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün – 7 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.3-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 3 min 750 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 2 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.5-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 1 min 250 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.6-cı maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 750 manatdan çox olmamaq şərti ilə hüquqi şəxslərin könüllü ianələri. [63]

225.2. Bu Məcəllənin 215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlərin maliyyə fondu məbləğinin yuxarı həddi seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 50 min manatdan çox, bu Məcəllənin 215.1.2-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 37 min 500 manatdan çox, bu Məcəllənin 215.1.3-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 25 min manatdan çox, bu Məcəllənin 215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 12 min 500 manatdan çox, bu Məcəllənin 215.1.5-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 7 min 500 manatdan çox, bu Məcəllənin 215.1.6-cı maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 5 min manatdan çox ola bilməz. [64]

225.3. Bələdiyyələr onların ərazilərində irəli sürülən namizədlərin seçki fondlarına bərabər şəkildə vəsait ayıra bilərlər.

225.4. Bələdiyyələrin 1/3-dən çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilərlər.

225.5. Siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

225.5.1. siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 min manatdan çox olmamaq şərti ilə, xüsusi vəsaiti (siyasi partiyalar blokunun bu xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır); [65]

225.5.2. bu Məcəllə ilə nəzərdə tutulan hallar istisna olmaqla, Mərkəzi Seçki Komissiyasının siyasi partiyaya, siyasi partiyaların blokuna ayırdığı vəsait;

225.5.3. vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi seçkilərin təyin edilməsi haqqında qərarın dərc edildiyi günə olan şərti maliyyə vahidinin vətəndaş üçün 750 manatdan, hüquqi şəxs üçün 25 min manatdan çox ola bilməz. [66]

225.6. Siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu vəsaitinin yuxarı həddi bu Məcəllənin 225.3-cü maddəsində göstərilən məbləğin irəli sürülmüş və ya qeydə alınmış namizədlərin sayına vurulması yolu ilə müəyyən edilir. Hər bir halda siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondunun yuxarı məbləği seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 500 min manatdan çox ola bilməz. Eyni zamanda, hər bir namizəd üçün xərclənmiş məbləğ bu Məcəllənin 225.3-cü maddəsində göstərilən məbləğdən yuxarı ola bilməz. Bu tələbə riayət olunması siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə hesabatlarında göstərilməlidir.[67]

Maddə 226. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin xüsusi hesabları

226.1. Bələdiyyə üzvlüyünə namizədlər imzaların yığılmasının başlanması haqqında dairə seçki komissiyasına bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz maliyyə fondunu formalaşdırmaq üçün xüsusi hesab açmalıdırlar.

226.2. Namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyalar bələdiyyələrin 1/3-dən çoxunda irəli sürülən namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açırlar.

226.3. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku namizədin irəli sürülməsi barədə dairə seçki komissiyasından bildirişin təsdiq edilmiş surəti əsasında, həm də bu Məcəllənin 53-cü və 54-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə xüsusi seçki hesabı açırlar. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku öz səlahiyyətli nümayəndəsinə xüsusi seçki hesabının açılmasını tapşıra bilər. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku dairə seçki komissiyasına (Mərkəzi Seçki Komissiyasına) yazılı məlumat verməklə, başqa şəxsə özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququ verə bilər.

226.4. Namizədin, qeydə alınmış namizədin irəli sürüldüyü bələdiyyə dəyişdikdə, o, xüsusi seçki hesabının qalıq vəsaitini könüllü ianə vermiş şəxslərə, hüquqi şəxslərə proporsional əsasda qaytarmalıdır. Bundan sonra namizəd, qeydə alınmış namizəd dairə seçki komissiyasına yekun maliyyə hesabatı verməlidir. Yeni xüsusi seçki hesabının açılması bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada tənzimlənir.

Maddə 227. Vahid seçki fondunun ləğv edilməsi

Vahid seçki fondu yaradan siyasi partiyanın, siyasi partiyalar blokunun bələdiyyələr üzrə qeydiyyatdan keçən namizədləri bələdiyyələrin yarısını və ya yarısından azını əhatə edərsə, siyasi partiyanın, siyasi partiyalar blokunun xüsusi seçki hesabı bağlanır, həmin hesabın bağlanması ilə eyni vaxtda hər bir namizəd üçün xüsusi seçki hesabı açılır və vahid seçki fondunun vəsaitləri namizədlərin seçki fondları arasında proporsional qaydada bölüşdürülür.

Maddə 228. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin seçki fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq

228.1. Bələdiyyə üzvlüyünə namizədin seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.4-cü maddəsində göstərilən kütləvi informasiya vasitələri tərəfindən hökmən dərc edilməlidir:

228.1.1. bələdiyyə üzvlüyünə namizədin seçki fondu vəsaitinin məbləği seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

228.1.2. bələdiyyə üzvlüyünə namizədin seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 2 min 500 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);

228.1.3. bələdiyyə üzvlüyünə namizədin seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

228.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

228.1.5. bələdiyyə üzvlüyünə namizədin seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

228.2. Siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.2-ci və ya 77.3-cü maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:

228.2.1. seçki fondu vəsaitinin seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 10 min manatdan çox məbləğdə xərclənməsinin maliyyə hesabatı barədə;

228.2.2. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 5 min manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsi mümkünlüyü nəzərə alınmalıdır);

228.2.3. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə; [68]

228.2.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

228.2.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

Maddə 229. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin aldıqları vəsaitlərin geri qaytarilmasinin ardıcıllığı

Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin aldıqları vəsaitlərin geri qaytarılması qaydası bu Məcəllənin 90.5-ci — 90.7-ci maddələri ilə müəyyən edilir.

Maddə 230. Siyasi partiyalarin, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin, qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərin aldıqları büdcə vəsaitlərinin geri qaytarılmasının məcburiliyi[69]

Səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilən səslərinin azı 3 faizini toplamış bələdiyyə üzvlüyünə namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək məcburedici hallara görə namizədliyini geri götürmüş bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd, bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku səsvermə günündən sonra 15 gün müddətində bələdiyyənin onların seçki fondlarına köçürdüyü vəsaitin xərclənməmiş hissəsini həmin bələdiyyəyə qaytarmağa borcludur. Bu vəsait köçürüləndən sonra, göstərilən qaydada 15 gün müddətində bələdiyyələrin vəsaitləri qaytarılmalıdır. Bu müddət başa çatdıqda müvafiq bank Mərkəzi Seçki Komissiyasının və ya müvafiq bələdiyyənin məktubunda göstərilmiş pul vəsaitini mübahisəsiz qaydada onun hesabına köçürməlidir.[70]

Maddə 231. Siyasi partiyalar, siyasi partiyaların blokları, bələdiyyə üzvlüyünə namizədlər tərəfindən pulsuz efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərinin ödənilməsi

231.1. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan namizəd, siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrlərdə ayrılmış yerin dəyərini tam həcmdə ödəməlidir. Göstərilən dəyər seçki fondundan yekun maliyyə hesabatının verildiyi günədək namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən ödənilməlidir. Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 3 gün müddətində göstərilən namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, habelə həmin partiyaların blokunun tərkibinə daxil olmuş siyasi partiyaların siyahısını, onların ünvanını, istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi barədə siyasi partiyalar bloklarının birgə qərarlarından çıxarışların təsdiq edilmiş surətlərini bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində göstərilmiş teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına göndərir.

231.2. Bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 10 gün müddətində bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, habelə siyasi partiyaların blokuna daxil olmuş siyasi partiyalara istifadə edilmiş pulsuz efir vaxtının dəyəri və dövri nəşrdə ayrılmış yerin həcmi və dəyəri haqqında, özlərinin hüquqi ünvanı və bank rekvizitləri barəsində müvafiq məlumat göndərirlər.

231.3. Bu Məcəllənin 80.5, 83.6 və 224.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyəri bu Məcəllənin 80.6-cı və 83.7-ci maddələrində nəzərdə tutulmuş qaydada namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna təqdim edilmiş efir vaxtının və dövri nəşrdə ayrılmış yerin ümumi həcminin teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin redaksiyalarının müəyyənləşdirdiyi efir vaxtının və dövri nəşrdə ayrılmış və məlumat üçün dərc edilmiş yerin qiymətinə vurulması yolu ilə müəyyən edilir.

231.4. Siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 224.2-ci maddəsində göstərilən təşviqat tədbirlərinin birgə keçirilməsi yolu ilə pulsuz efir vaxtından istifadə etdikdə hər bir siyasi partiyanın, siyasi partiyalar blokunun qaytardığı pul vəsaitinin həcmi teleradio verilişləri təşkilatları tərəfindən onların iştirak etdikləri birgə təşviqat tədbirlərinin hər birinin iştirakçılarının ümumi sayına proporsional olaraq bərabər paylarla müəyyənləşdirilir.

231.5. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku pulsuz efir vaxtından bu Məcəllənin 81.5-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə imtina edibsə, təqdim edilmiş pulsuz efir vaxtının dəyəri ödənilmir.

231.6. Bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində nəzərdə tutulmuş teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində Mərkəzi Seçki Komissiyasına bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini tam ödəməmiş namizəd, siyasi partiya haqqında məlumat verirlər. Dairə seçki komissiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan və seçki komissiyaları qarşısında borc öhdəliyi olan vətəndaşlar, siyasi partiyalar haqqında Mərkəzi Seçki Komissiyasına məlumat verirlər.

Maddə 232. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin seçki fondlarinin xüsusi hesabinda qalmiş pul vəsaiti

Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini dairə seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 30 gün keçdikdən sonra müvafiq bələdiyyə büdcəsinin mədaxilinə köçürməlidir.

Maddə 233. Siyasi partiyalar, siyasi partiyaların blokları, bələdiyyə üzvlüyünə namizədlər tərəfindən pul vəsaitinin öz vəsaitləri hesabına geri qaytarılması

233.1. Seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda büdcə və bələdiyyə pul vəsaitinin qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən qaytarılması, habelə siyasi partiyalara və siyasi partiyaların bloklarına verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi onların öz vəsaiti hesabına həyata keçirilir.[71]

233.2. Verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsinə ayrılan büdcə və bələdiyyə vəsaitini qaytarmaq vəzifəsi siyasi partiyalar blokunun üzərinə düşdükdə, qaytarılmalı vəsait bu bloka səsvermə gününədək daxil olan siyasi partiyalar arasında bərabər paylarla bölüşdürülür, o şərtlə ki, siyasi partiyalar blokunun yaradılması haqqında Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş birgə qərarda ayrı qayda nəzərdə tutulmasın.

233.3. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan qeydə alınmış namizəd bu Məcəlləyə uyğun yekun maliyyə hesabatının verilməsi ilə yanaşı, müvafiq vəsaitin qaytarılmasını da öz üzərinə götürürsə, dövlət və bələdiyyə büdcəsinin geri qaytarılası vəsaitini səsvermə günündən başlayaraq 6 ay müddətində müvafiq olaraq dairə seçki komissiyasının və ya bələdiyyənin hesabına qaytara bilər.[72]

233.4. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin 230-cu maddəsinin tələblərini yekun maliyyə hesabatı verilənədək yerinə yetirməyən siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə Mərkəzi Seçki Komissiyası, teleradio verilişləri təşkilatları və dövri nəşri redaksiyaları qarşısında müvafiq pul vəsaitinin ödənilməsi haqqında öhdəlik götürübsə, dövlət və bələdiyyə büdcəsinin vəsaitlərini, habelə istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə pulsuz ayrılmış yerin dəyərini səsvermə günündən başlayaraq 6 ay müddətində ödəmək üçün onlara möhlət verilə bilər.[73]

233.5. Bu Məcəllənin 233.3 və 233.4-cü maddələrində nəzərdə tutulan öhdəliklər icra edilmədikdə və vəsaitin qaytarılması haqqında öhdəlikdə göstərilən müddət başa çatdıqda vəsait məhkəmə qaydasında qaytarılır. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin 233.3 və 233.4-cü maddələrində göstərilən tələbləri yerinə yetirməyən qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku yekun maliyyə hesabatı verilənədək bu Məcəllənin 233.3-cü və 233.4-cü maddələrində göstərilən öhdəliyi götürmədikdə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək pul vəsaiti məhkəmə qaydasında qaytarılır.

233.6. Namizəd, qeydə alınmış namizəd statusunu itirdikdə bu maddə ilə namizədlərin, qeydə alınmış namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizədin, qeydə alınmış namizəd sayılmış vətəndaşın üzərinə qoyulur. Namizəd, qeydə alınmış namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, siyasi partiyanın, siyasi partiyalar blokunun üzərinə bu maddə ilə qoyulmuş öhdəliklər seçkilər qurtardıqda seçkilərdə iştirak etmiş siyasi partiyanın, o cümlədən siyasi partiyalar blokunun tərkibində iştirak etmiş siyasi partiyaların üzərinə qoyulur.

233.7. Mərkəzi Seçki Komissiyası əsas seçkilərin, təkrar və ya əlavə seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən sonra bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulan və seçki komissiyaları, bələdiyyələr qarşısında borc öhdəliyi olan vətəndaşların siyahısını dairə seçki komissiyalarına onların yaradılması günündən başlayaraq 5 gün müddətində göndərir.[74]

233.8. Əsas, təkrar və əlavə seçkilərdə bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulan və seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gün seçki komissiyası qarşısında büdcə vəsaiti üzrə borcu olan vətəndaşın, irəli sürüldüyü seçki dairəsindən asılı olmayaraq, dövlət büdcəsindən və ya bələdiyyədən vəsait almağa hüququ yoxdur.[75]

 

Otuz səkkizinci fəsil

BƏLƏDİYYƏ SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİ VƏ SEÇKİLƏRİN NƏTİCƏLƏRİNİN MÜƏYYƏN OLUNMASI

Maddə 234. Bələdiyyə seçkiləri zamanı səsvermə üçün otaq

234.1. Bələdiyyə seçkiləri zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil edilir.

234.2. Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki bülleteninin nümunəsini, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları haqqında məlumatları, müvafiq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin soyadı, adı, atasının adı, doğum tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri və tutduğu vəzifəsi (bu olmadıqda — fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat lövhəsində yerləşdirir.

234.3. Namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları haqqında məlumatlar seçki bülletenində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla yerləşdirilir.

Maddə 235. Bələdiyyə seçkiləri zamanı seçki bülletenləri

235.1. Bələdiyyə seçkilərinin keçirilməsi üçün seçki bülletenləri bu Məcəllənin 99-cu maddəsində nəzərdə tutulmuş qaydada hazırlanır.

235.2. Hər bir bələdiyyəyə seçkilərin keçirilməsi üçün ayrıca seçki bülletenləri hazırlanır.

235.3. Seçki bülleteninin hansı bələdiyyəyə seçkilərin keçirilməsi üçün nəzərdə tutulduğu başlığında göstərilməlidir.

235.4. Bələdiyyə seçkiləri üzrə seçki bülletenində bələdiyyə üzvlüyünə namizədlərin soyadı, adı və atasının adı, təxəllüsü, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü), habelə qeydə alınmış bələdiyyə üzvlüyünə namizədi kimin irəli sürdüyü göstərilməlidir.

235.5. Seçki bülletenində bu Məcəllənin 54-cü maddəsinə uyğun olaraq qeydə alınmış bələdiyyə üzvlüyünə namizədin mənsub olduğu siyasi partiyanın qısa adı göstərilməlidir.

235.6. Seçki bülletenində bu Məcəllənin 53-cü maddəsinə uyğun olaraq qeydiyyatdan keçmiş bələdiyyə üzvlüyünə namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.

235.7. Seçki bülletenində namizədin soyadından sağda boş kvadrat yerləşdirilir.

Maddə 236. Bələdiyyə seçkiləri zamanı səsvermə qaydası

236.1. Bələdiyyə seçkiləri zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun olaraq keçirilir.

236.1.2. Seçici seçki bülletenində lehinə səs verəcəyi namizədlərin soyadından sağdakı kvadratlarda müvafiq bələdiyyə üzvlərinin sayına bərabər və ya bu saydan az sayda işarə qoyur.

236.1.3. İşarə qoyulmuş kvadratların sayı bələdiyyə üzvlərinin sayından çoxdursa, səs etibarsız sayılır.

236.1.4. Boş kvadratlarda heç bir işarə qoyulmamış səs etibarsız sayılır.

Maddə 237. Bələdiyyə seçkiləri zamanı seçki məntəqəsində səslərin hesablanması

237.1. Seçki məntəqəsində səslərin hesablanması bu Məcəllənin 106-cı maddəsinə uyğun həyata keçirilir.

237.2. Məntəqə seçki komissiyasının protokoluna bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə yanaşı, aşağıdakı məlumatlar daxil edilir:

237.2.1. seçki bülleteninə daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda isə namizədlər haqqında digər məlumat;

237.2.2. hər bir namizədin lehinə verilmiş səslərin sayı.

Maddə 238. Dairə seçki komissiyası tərəfindən səsvermənin nəticələrinin müəyyən edilməsi

238.1. Dairə seçki komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun aparılır.

238.2. Səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyası çoxmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyən edir.

238.3. Seçkilərdə iştirak edən və seçicilərin ən çox səsini toplayan namizədlər bələdiyyə üzvlərinin sayına bərabər olaraq müvafiq bələdiyyəyə üzv seçilmiş hesab edilirlər.

238.4. Dairə seçki komissiyasının protokolunda bələdiyyəyə üzv seçilmiş namizədlərin soyadı, adı və atasının adı göstərilir.

Maddə 239. Bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi

Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq əlavə edilən sənədlərlə birlikdə) yoxlayır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq seçkilərin ümumi yekunları haqqında protokol tərtib edir.

Maddə 240. Bələdiyyə seçkilərinin etibarsız sayılması

240.1. Dairə seçki komissiyası qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, bələdiyyəyə seçkiləri baş tutmamış hesab edir.

240.2. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası bələdiyyə üzrə seçkiləri aşağıdakı hallarda etibarsız sayır:

240.2.1. Bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən coxunu təşkil etsin.[76]

240.2.2. məhkəmənin qərarı əsasında.

Maddə 241. Bələdiyyə seçkilərinin yekunlarının elan edilməsi

Mərkəzi Seçki Komissiyası seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində Azərbaycan Respublikası üzrə bələdiyyə seçkilərinin yekunlarını elan edir. Mərkəzi Seçki Komissiyasının bu qərarı qətidir.[77]

Maddə 242. Bələdiyyə üzvü seçilmək haqqında vəsiqə

Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş nümunədə bələdiyyə üzvü seçilmək haqqında vəsiqə seçkilərin yekunları elan olunduqdan sonra 5 gün müddətində dairə seçki komissiyası tərəfindən verilir.

Maddə 243. Təkrar seçkilər

243.0. Aşağıdakı hallarda Mərkəzi Seçki Komissiyasının qərarı ilə təkrar seçkilər keçirilir:

243.0.1. Bu Məcəllənin 240-cı maddəsinə əsasən bələdiyyə seçkiləri baş tutmadıqda və ya etibarsız sayıldıqda;

243.0.2. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda.[78]

Maddə 244. Əlavə seçkilər

Bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə və bunun nəticəsində bələdiyyənin tərkibi 2/3 hissədən az olduqda Mərkəzi Seçki Komissiyasının qərarı ilə əlavə seçkilər keçirilir.

Maddə 245. Sıradan çıxmış bələdiyyə üzvlərinin yerinin tutulması

Bələdiyyə üzvü vəfat etdikdə və ya onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə dairə seçki komissiyasının təqdimatına əsasən Mərkəzi Seçki Komissiyasının qərarı ilə yeni seçkilər keçirilir.

Maddə 246. Bələdiyyə seçkilərinin yekunlarının və səsvermənin nəticələrinin dərc olunması

Bələdiyyə seçkilərinin yekunlarının və səsvermənin nəticələrinin dərc olunması qaydaları bu Məcəllənin 109-cu maddəsi ilə müəyyən edilir.

 

[4] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 148.6-cı maddənin birinci cümləsindən “namizəd irəli sürmüş və ya” sözləri çıxarılmışdır.

 

[5] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 153.1-ci maddədə “73-cü” sözləri “73-1-ci” sözləri ilə əvəz edilmişdir.

 

[6] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 153.2-ci maddədə “73.1-73.2-ci” sözləri “73-1.1-ci və 73-1.2-ci” sözləri ilə əvəz edilmişdir.

 

[7] 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 155.2-ci maddəyə cümlə əlavə edilmişdir.

 

[8] 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 156-cı maddədə “minimum əmək haqqının” sözləri “şərti maliyyə vahidinin” sözləri ilə, “15“, “2“, “5“, “100” rəqəmləri isə müvafiq olaraq “75“, “10“, “25“, “500” rəqəmləri ilə əvəz edilmşdir.

2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 156-cı maddənin mətnində “mislindən” sözü “manatdan” sözü ilə əvəz edilmişdir, 156.1-ci maddədən “seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə müəyyənləşdirilən şərti maliyyə vahidinin” sözləri, 156.2.1-ci, 156.2.2-ci, 156.2.4-cü, 156.4.1-ci və 156.4.3-cü maddələrdən “seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin” sözləri çıxarılmışdır

2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 156.1-ci maddədə “75” rəqəmi “500” rəqəmi ilə, 156.2.1-ci maddədə “10” rəqəmi “500” rəqəmi ilə, 156.2.2-ci maddədə “25” rəqəmi “150” rəqəmi ilə, 156.2.4-cü maddədə “500” rəqəmi “3000” rəqəmi ilə, “10” rəqəmi “50” rəqəmi ilə, 156.4.1-ci maddədə “50” rəqəmi “500” rəqəmi ilə, 156.4.3-cü maddədə “150” rəqəmi “3000” rəqəmi ilə, “25” rəqəmi “50” rəqəmi ilə əvəz edilmişdir.

 

[9] 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 159-cu maddədə “minimum əmək haqqının” sözləri “şərti maliyyə vahidinin” sözləri ilə, “2”, “500”, “1”, “250”, “50” rəqəmləri müvafiq olaraq “10”, “2 min 500”, “5”, “1 min 250”, “250” rəqəmləri ilə əvəz edilmişdir.

2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 159-cu maddənin mətnində “mislindən” sözü “manatdan” sözü ilə əvəz edilsin, 159.1.1-159.1.3-cü və 159.2.1-159.2.3-cü maddələrdə “seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin” sözləri çıxarılmışdır.

 

[10]   28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 161-ci maddədə “ümumi sayının azı 3 faizinin səsini” sözləri “etibarlı hesab edilən səslərinin azı 3 faizini” sözləri ilə əvəz edilmişdir.

 

[11] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 162-ci maddə ləğv edilmişdir.

 

[12] 01 fevral 2011-ci il tarixli 55-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 163) ilə 162.1-ci maddənin birinci cümləsində “Bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan namizəd” sözləri “Namizəd” sözü ilə əvəz edilmişdir.

 

[13] 01 fevral 2011-ci il tarixli 55-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 163) ilə 162.2-ci maddədən “bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan namizədlərə” sözləri çıxarılmışdır.

 

[14] 01 fevral 2011-ci il tarixli 55-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 163) ilə 162.6-cı maddənin birinci cümləsindən “bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmuş” sözləri, ikinci cümləsindən “bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan və” sözləri çıxarılmışdır.

 

[15] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 164-cü maddə ləğv edilmişdir.

 

[16] 18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) ilə 164.1-ci maddədə “büdcə pul vəsaitinin qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən qaytarılması, habelə” sözləri “qeydə alınmış namizədə,” sözləri ilə əvəz edilmişdir.

 

[17] 18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) ilə 164.2-ci maddə və 164.3-cü maddə çıxarılmışdır.

 

[18] 18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) ilə 164.4-cü maddədə “Bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin” sözləri “Bu Məcəllənin” sözləri ilə əvəz edilmişdir, “dövlət büdcəsinin vəsaitlərini, habelə” sözləri çıxarılmışdır.

 

[19] 18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) ilə 164.5-ci maddənin birinci cümləsində “164.3 və 164.4-cü maddələrində” sözləri “164.4-cü maddəsində” sözləri ilə əvəz edilmişdir, ikinci cümləsində “Bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin 164.3-cü və 164.4-cü maddələrində” sözləri “Bu Məcəllənin 164.4-cü maddəsində” sözləri ilə, “bu Məcəllənin 164.3-cü və 164.4-cü maddələrində” sözləri “bu Məcəllənin 164.4-cü maddəsində” sözləri ilə əvəz edilmişdir.

 

[20] 18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) ilə 164.7-ci, 164.8-ci, 191.2.2-ci, 193-cü və 194-cü maddələr çıxarılmışdır.

 

[21]  Bax: 39-cu istnad

 

[22] 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 170.3-cü maddə əlavə edilmişdir.

 

[23] 20 aprel 2012-ci il tarixli 327-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2012-ci il, № 05, maddə 409) ilə 171.2-ci maddədə “48” rəqəmi “24” rəqəmi ilə əvəz edilmişdir.

 

[24] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 173.2-ci maddənin ikinci cümləsində “73.3-cü” sözləri “73-1.3-cü” sözləri ilə əvəz edilmişdir.

 

[25] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 175.3-cü maddənin birinci cümlədə “2, 4 və 5-ci” sözləri “2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci” sözləri ilə əvəz edilmişdir, ikinci cümlə yeni redaksiyada verilmişdir və yeni məzmunda üçüncü-beşinci cümlələr əlavə edilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Mərkəzi Seçki Komissiyasının qərarından müvafiq məhkəməyə şikayət verilə bilər.

 

[26] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 176.1-ci maddəyə “müraciət” sözündən sonra “(rəsmi məlumat)” sözləri əlavə edilmişdir.

 

[27] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 176.2-ci maddədə “ərizə” sözündən sonra “(rəsmi məlumat)” sözləri, “ərizədə” sözündən sonra “(rəsmi məlumatda)” sözləri əlavə edilmişdir.

 

[28] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə yeni məzmunda 176.2-1-ci maddə əlavə edilmişdir.

 

[29] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 176.3-cü maddədə “və 5-ci” sözləri “, 5-ci, 6-cı və 7-ci” sözləri ilə əvəz edilmişdir.

 

[30] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 176.4-cü maddədə “bir ay müddətində” sözlərindən sonra “(deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət verdiyi hallar istisna olmaqla)” sözləri və həmin maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[31] 18 dekabr 2018-ci il tarixli 1397-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 yanvar 2019-cu il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 17) ilə 178.1-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

178.1. Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.

 

[32] 18 dekabr 2018-ci il tarixli 1397-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 yanvar 2019-cu il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 17) ilə 178.2-ci maddədə “elan” sözü “təyin” sözü ilə əvəz edilmişdir.

 

[33] 18 dekabr 2018-ci il tarixli 1397-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 yanvar 2019-cu il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 17) ilə 178.3-cü maddədə “keçirilməsi gününün elan” sözləri “təyin” sözü ilə əvəz edilmişdir.

 

[34] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 179.1-ci maddənin birinci cümləsində “bitərsə,” sözündən sonra “habelə Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən Prezidentin elan etdiyi halda” sözləri əlavə edilmişdir, ikinci cümləsində “Bu hal” sözləri “Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallar” sözləri ilə əvəz edilmişdir.

 

[35] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 179.2-ci maddədə “edildiyi” sözündən sonra “, həmçinin Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən Prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi” sözləri əlavə edilmişdir, “3 ay ərzində” sözləri “60 gün müddətində” sözləri ilə əvəz edilmişdir.

 

[36] 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 181.1-ci maddədə “45” rəqəmi “40” rəqəmi ilə əvəz edilmişdir.

 

[37] 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 182.3-cü maddədə “55” rəqəmi “25” rəqəmi ilə əvəz edilmişdir.

 

[38] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 187-ci maddədə “73-cü” sözləri “73-1-ci” sözləri ilə əvəz edilmişdir.

 

[39] 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 189.2-ci maddəyə cümlə əlavə edilmişdir.

2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 189.2-ci maddədə “vaxtının ümumi həcminin 1/3 hissəsi” sözləri “vaxtı” sözü ilə əvəz edilmişdir.

 

[40] 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 191-ci maddədə “minimum əmək haqqının” sözləri “şərti maliyyə vahidinin” sözləri ilə, “200 min” sözləri “1 milyon” sözləri ilə əvəz edilmişdir.

 

[41] 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 192-ci maddədə “minimum əmək haqqının” sözləri “şərti maliyyə vahidinin” sözləri ilə, “2“, “500“, “1“, “250“, “50” rəqəmləri “10“, “2500“, “5“, “1250“, “250” rəqəmləri ilə əvəz edilmişdir.

 

2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 192-ci maddənin mətnində “mislindən” sözü “manatdan” sözü ilə əvəz edilmişdir, 192.1.1-ci maddədə “seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan” və “şərti maliyyə vahidinin” sözləri, 192.1.2-ci və 192.1.3-cü maddələrdə “seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin” sözləri çıxarılmışdır.

 

[42]  28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 194-cü maddədə “ümumi sayının azı 5 faizinin səsini” sözləri “etibarlı hesab edilən səslərinin azı 3 faizini” sözləri ilə əvəz edilmişdir.

 

[43] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 195-ci maddə ləğv edilmişdir.

 

[44] 01 fevral 2011-ci il tarixli 55-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 163) ilə 195.1-ci maddədə “Bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmayan prezidentliyə namizəd” sözləri “Prezidentliyə namizəd” sözləri ilə əvəz edilmişdir.

 

[45] 01 fevral 2011-ci il tarixli 55-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 163) ilə 195.2-ci maddədən “bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş” sözləri çıxarılmşdır.

 

[46] 01 fevral 2011-ci il tarixli 55-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 163) ilə 195.6-cı maddədən “bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmayan,” sözləri çıxarılmşdır.

 

[47] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 197-ci maddə ləğv edilmişdir.

 

[48] 18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) ilə 197.1-ci maddədə “büdcə pul vəsaitinin qeydə alınmış namizəd tərəfindən qaytarılması, habelə” sözləri çıxarılmışdır.

 

[49] 18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) ilə 197.2-ci, 197.3-cü, 197.5-ci, 197.6-cı, 225.1.3-cü, 225.5.2-ci və 229-cu maddələr çıxarılmışdır.

 

[50]  28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 203.1-ci maddədə “14” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin, “üçün” sözündən sonra “Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq” sözləri əlavə edilmişdir.

 

[51]   Bax:  39-cu istinad

 

[52] 11 noyabr 2003-cü il tarixli 516-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu  (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 12, maddə 680 ) ilə  Məcəllənin 209.2-ci maddəsində “3000” rəqəmi “600” rəqəmi ilə əvəz edilmişdir.

 

23 dekabr 2005-ci il tarixli 35-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 29 dekabr 2005-ci il, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 12, maddə 1091) ilə Məcəllənin 209.2-ci maddəsində “müəyyən edilmiş minimum əməkhaqqının 600 mislində aylıq əməkhaqqı” sözləri “15000 manat (yeni manat miqyasında) məbləğində aylıq vəzifə maaşı” sözləri ilə əvəz edilmişdir.

 

2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 209.2-ci maddədə mötərizədə verilmiş “yeni manat miqyasında” sözləri çıxarılmışdır.

 

[53] 8 iyun 2004-cü il tarixli 685-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu  (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 6, maddə 416 ) ilə  Məcəlləyə 211.4-cü maddə əlavə edilmişdir.

30 dekabr 2004-cü il 819-IIQD nömrəli  “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 2, maddə 62)  211.4-cü maddənin birinci cümləsi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

211.4 Yeni yaradılmış, təkrar seçki keçirilmiş, birləşmiş yaxud ayrılmış bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və ölkə üzrə yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan az müddət qalarsa, yeni yaradılmış, birləşmiş, yaxud ayrılmış bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir.

5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276) ilə 211.4-cü maddədə “yaxud ayrılmış” sözləri “ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış” sözləri ilə əvəz edilmişdir.

 

30 aprel 2013-cü il tarixli 632-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyun 2013-cü il, № 127; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 592) ilə 211.4-cü maddədə “qalarsa,” sözündən sonra “bu Məcəllənin 243.0.2-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə” sözləri əlavə edilmişdir.

 

[54] 30 aprel 2013-cü il tarixli 632-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyun 2013-cü il, № 127; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 592) ilə yeni məzmunda 211.5-ci maddə əlavə edilmişdir.

 

[55] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 212-ci maddədə “Seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dən yuxarı” sözləri “Seçkilərdə iştirak etmək hüququna malik” sözləri ilə əvəz edilmişdir.

 

[56] 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 216.5-ci maddədə “55” rəqəmi “25” rəqəmi ilə əvəz edilmişdir.

18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) ilə 148.5-ci, 182.3-cü və 216.5-ci maddələrdə “25” rəqəmi “20” rəqəmi ilə əvəz edilmişdir.

 

[57] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 221.1-ci maddədə “73-cü” sözləri “73-1-ci” sözləri ilə əvəz edilmişdir.

 

[58] 15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 4) ilə 221.2-ci maddədə “73.1-73.3-cü” sözləri “73-1.1-ci və 73-1.2-ci” sözləri ilə əvəz edilmişdir.

 

[59] 2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 224.2-ci maddəyə cümlə əlavə edilmişdir.

 

[60]  28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 225.1.1-ci maddədə “2“, “1500“, “1“, “500“, “250“, “150” rəqəmləri müvafiq olaraq “10“, “7 min 500“, “5“, “2 min 500“, “1 min 250“, “750” rəqəmləri ilə əvəz edilmişdir.

[61]  28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 225.1.2-ci maddədə “1500“, “1“, “750“, “500“, “250“, “100” rəqəmləri müvafiq olaraq “7 min 500“, “5“, “3 min 750“, “2 min 500“, “1 min 250“, “500” rəqəmləri ilə əvəz edilmişdir.

 

[62]  28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 225.1.4-cü maddədə “100” rəqəmi “500” rəqəmi ilə əvəz edilmişdir.

 

[63]  28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 225.1.5-ci maddədə “2“, “1500“, “750“, “500“, “250“, “150” rəqəmləri müvafiq olaraq “10“, “7 min 500“, “3 min 750“, “2 min 500“, “1 min 250“, “750” rəqəmləri ilə əvəz edilmişdir.

 

[64]  28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 225.2-ci maddədə “10“, “7500“, “5000“, “2500“, “1500“, “1000” rəqəmləri müvafiq olaraq “50“, “37 min 500“, “25 min“, “12 min 500“, “7 min 500“, “5 min” rəqəmləri ilə əvəz edilmişdir.

 

[65]  28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 225.5.1-ci maddədə “50” rəqəmi “250” rəqəmi ilə əvəz edilmişdir.

 

[66]  28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 225.5.3-cü maddədə “150” və “5” rəqəmləri müvafiq olaraq “750” və “25” rəqəmləri ilə əvəz edilmişdir.

 

[67] 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 225-ci maddədə “minimum əmək haqqının” sözləri “şərti maliyyə vahidinin” sözləri ilə, 225.6-cı maddədə “100” rəqəmi “500” rəqəmi ilə əvəz edilmişdir.

 

2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 225-ci maddənin mətnində “mislindən” sözü “manatdan” sözü ilə əvəz edilmişdir, 225.1.1-ci, 225.1.2-ci, 225.1.4-cü, 225.1.5-ci, 225.2-ci, 225.5.1-ci, 225.5.3-cü, 225.6-cı maddələrdən “seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin” sözləri çıxarılmışdır.

 

[68] 28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 228-ci maddədə “minimum əmək haqqının” sözləri “şərti maliyyə vahidinin” sözləri ilə, “500“, “50“, “2“, “1“, “50” rəqəmləri müvafiq olaraq “2 min 500“, “250“, “10“, “5“, “250” rəqəmləri ilə əvəz edilmişdir.

 

[69] 18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) ilə 230-cu maddənin birinci cümləsində “dairə seçki komissiyasının” sözləri “bələdiyyənin” sözləri ilə, “bu seçki komissiyasına” sözləri “həmin bələdiyyəyə” sözləri ilə əvəz edilmişdir, həmin maddənin ikinci cümləsi çıxarılmışdır, üçüncü cümlədə “Mərkəzi Seçki Komissiyasının və ya” sözləri çıxarılmışdır və “onların” sözü “onun” sözü ilə əvəz edilmişdir.

 

2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 228-ci maddənin mətnində “mislindən” sözü “manatdan” sözü ilə əvəz edilmişdir, 228.1.1-ci, 228.1.2-ci, 228.1.3-cü, 228.2.1-ci, 228.2.2-ci və 228.2.3-cü maddələrdən “seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin” sözləri çıxarılmışdır.

 

[70]  28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 230-cu maddələrdə “ümumi sayının azı 3 faizinin səsini” sözləri “etibarlı hesab edilən səslərinin azı 3 faizini” sözləri ilə əvəz edilmişdir.

 

[71] 18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) ilə 233.1-ci və 233.2-ci maddələrdə “büdcə və” sözləri çıxarılmışdır.

 

[72] 18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) ilə 233.3-cü maddədə “dövlət və” sözləri və “müvafiq olaraq dairə seçki komissiyasının və ya” sözləri çıxarılmışdır.

 

[73] 18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) ilə 233.4-cü maddədə “Mərkəzi Seçki Komissiyası,” sözləri və “dövlət və” sözləri çıxarılmışdır.

 

[74] 18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) ilə 233.7-ci maddədə “seçki komissiyaları,” sözləri çıxarılmışdır.

 

[75] 18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) ilə 233.8-ci maddə çıxarılmışdır.

 

[76] Bax:  39-cu istinad

 

2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 240.2.1-ci maddə yeni redaksiyada ifadə edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

240.2.1. bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

 

[77] 20 aprel 2012-ci il tarixli 327-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2012-ci il, № 05, maddə 409) ilə 241-ci maddənin birinci cümləsində “30” rəqəmi “25” rəqəmi ilə əvəz edilmişdir.

 

[78] 30 aprel 2013-cü il tarixli 632-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyun 2013-cü il, № 127; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 592) ilə 243-cü maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Bu Məcəllənin 240-cı maddəsinə əsasən bələdiyyə seçkiləri baş tutmazsa və ya etibarsız sayılarsa, Mərkəzi Seçki Komissiyasının qərarı ilə təkrar seçkilər keçirilir.

Şərh yaz