3 dekabr Beynəlxalq Əngəlliyi (Əlilliyi) olan Şəxslər günüdür

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 14 dekabr 1992-ci il qəbul etdiyi qətnaməsinə görə 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd olunur.

Hədəf – həyatın hər sahəsində fiziki əlilliyi olan insanların ictimaiyyətə inteqrasiyası, onların hüquqlarının qorunması, diqqətin onların problemlərinə yönəlməsi və bu problemlərin həllidir.

Bu gün dünyada az qala 1 milyarda yaxın əlil var və təəssüflər olsun ki, onlar həyatlarında tamhüquqlu üzv kimi iştirak etmək üçün fiziki, ictimai-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşirlər.

Ümid Partiyasının proqramlarından biri də fiziki əngəlliliyi olan insanların həyat şəraitinin yaxşılaşdırılması, qarşılaşdıqları problemlərin yerindəcə həlli ilə bağlıdır. Buna görə də Ümid Partiyası Azərbaycan Respublikasının Konstitusiyasına aidiyyatı üzrə əlavə və dəyişikliklər təklif edib.

Ölkəmiz savaşlar görüb, müharibələrlə üzləşib. Anadangəlmə fiziki sağlamlığı məhdudiyyətlə doğulanlarla yanaşı bu gün torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüz uğrunda savaşa qatılıb bədən orqanlarının bir və ya bir neçəsini itirən qazilərimiz var.

Ümid Partiyasının sədri İqbal Ağazadə, Rəyasət Heyəti və partiya funksionerləri istər yazılarında, istərsə də çıxışlarında daim bu insanların problemlərinə böyük həssaslıqla yanaşıb, dövlətin əsas prioritetlərindən biri, bəlkə də birincisi olaraq, bu şəxslərə qayğı göstərilməsinin gərəkildiyini vurğulayıblar.

Ümid Partiyası olaraq, bütün əngəlli insanlara sağlamlıq, uzun ömür və can sağlığı arzulayırıq!

ƏN BÖYÜK ƏNGƏL SEVGİSİZLİKDİR!
Hər zaman sevgi, qayğı əhatəsində olun!

Şərh yaz