BMT Baş Assambleyasının 10 dekabr 1948-ci il Qətnaməsi ilə, 1950-ci ildən başlayaraq hər il 10 dekabr tarixi İnsan Hüquqları Günü kimi qeyd edilir.
Avropada insan hüquqlarının və azadlığın qorunması üçün Avropa Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən fərqi ondadır ki, Avropada real işləmə mexanizminə malik insan haqlarını qoruyan Avropa məhkəməsi fəaliyyət göstərir.
Ən əhəmiyyətli qlobal insan hüquqları vasitəsi 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Bu sənəd olduqca geniş şəkildə qəbul olunduğundan onun ilkin qeyri-məcburi xarakteri dəyişmişdir və hazırda onun əksər müddəalarına beynəlxalq adət hüququ əsasında hüquqi cəhətdən məcburi öhdəliklər kimi istinad edilir.
Bu sənəd onlarla digər beynəlxalq və regional vasitə, yüzlərlə konstitusiya və digər qanunvericilik aktlarının ilham aldığı təməl insan hüquqları vasitəsidir. ÜİHB fərq qoyulmadan dünyanın hər yerindəki bütün kişi və qadınların malik olduğu insan hüquqları və fundamental azadlıqlarını irəli sürən preambula və 30 maddədən ibarətdir. Burada həm mülki və siyasi, həm də sosial, iqtisadi və mədəni hüquqlar əhatə olunmuşdur:
Bərabərlik hüququ
Ayrı-seçkiliyə məruz qalmamaq hüququ
Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ
Köləliyə məruz qalmamaq hüququ
İşgəncə və alçaldıcı rəftara məruz qalmamaq hüququ
Qanun qarşısında şəxsiyyət kimi tanınmaq hüququ
Qanun qarşısında bərabərlik hüququ
Səlahiyyətli məhkəmə tərəfindən mühakimə olunmaq hüququ
Əsassız həbs və sürgünə məruz qalmamaq hüququ
Ədalətli ictimai dinləmə hüququ
Təqsiri sübut olunana qədər günahsız sayılmaq hüququ
Ölkə daxilində və xaricində sərbəst hərəkət hüququ
Təqibdən başqa ölkələrə sığınmaq hüququ
Milliyyətə malik olmaq və onu dəyişmək hüququ
Evlənmək və ailə qurmaq hüququ
Şəxsi mülkiyyətə sahib olmaq hüququ
İnam və din azadlığı
Fikir və məlumat azadlığı
Dinc toplaşmaq və birləşmək azadlığı
Dövlət idarəçiliyi və azad seçkilərdə iştirak etmək hüququ
Sosial təhlükəsizlik hüququ
Arzuolunan iş və həmkarlar ittifaqlarına qoşulmaq hüququ
İstirahət və asudə vaxt hüququ
Adekvat yaşayış standartı hüququ
Təhsil hüququ
İcmanın mədəni həyatında iştirak etmək hüququ
ÜİHB-in tətbiq olunduğu sosial nizam hüququ
Bəyannamə, həmçinin azad və tam inkişaf, eləcə də digələrinin hüquqları və azadlıqlarına hörmət üçün vacib olan icma və vətəndaşlıq öhdəliklərini vurğulayır. Eyni zamanda, bəyannamədəki hüquqlar insanlar və ya dövlətlər tərəfindən insan hüquqlarını pozmaq üçün istifadə oluna bilməz.
Azərbaycanda isə 18 iyun İnsan Hüquqları Günüdür, amma AİHM tərəfindən də ən çox cərimələnən ölkədir.
Şərh yaz