Ekspertlər: “Ölkənin iqtisadi durumu çox ağırdır”

SORĞU: Sizcə, hazırda ölkənin iqtisadi durumu nə vəziyyətdədir və biz bu durumla hara gedirik?

 

Ümid Pariyasının sədr müavini, tanımış jurnalist Rüfət Muradlı: İqtisadiyyatı əsasən neftdən asılı ölkənin durumu neftin qiyməti kəskin endiyi zaman böhrana, kataklizmlərə səbəb olar. Son 25 ildə qeyri neft sektorunu formalaşdıra bilməyən iqtidar ölkəni fəlakətə apardığının fərqində olmalıdır. Ötən il minimum əmək haqqlarının artırılması, bank əmanətlərinə kompensasiyaların müəyyən edilməsi ilə onsuz da ağır durum yaşayan dövlət büdcəsi bir də neftin kəskin şəkildə ucuzlaşması ilə daha ağır vəziyyətə düşəcək.

Ümid Pariyasının sədr müavini Anar İsayev: Ölkənin iqtisadiyyatı əsasən neftin üzərində dayanıb, yəni neft-qaz aparıcı yerdədir. Bu gün də neftin qiyməti bizim üçün təhlükəli həddi keçib. Belə davam etsə iqtisadi tənəzzül qaçılmazdır. Ölkənin xarici borclarını da nəzərə alsaq vəziyyət daha qorxunc görsənir. Valyuta ölkəyə 90% xam neftin satışından daxil olurdu. Bu gün neftin qiyməti düşür, yəni valyuta əvvəlki illərı baxanda ölkəyə az daxil olacaq. Bu da valyutaya olan tələbi artıracaq və manat xarici valyuta, xüsusilə dollar qarşısında dəyər itirəcək. Nəzərə alsaq ki, gündəlik qida mallarının müəyyən bir hissəsini (ət, yağ, meyvə və s), geyim məhsullarının böyük bir hissəsini, tikinti mallarının da əksər hissəsini idxal edirik, onda mənzərə acınacaqlı görsənir. Üstəlik CORONAVİRUS təhlükəsi əsas ticarət tərəfdaşlarımız olan Çin və İranla sərhədləri bağlamağa məcbur edib. Vəziyyət bərbaddır!

Ümid Pariyasının icra aparatının rəhbəri, politoloq Taleh Əliyev: Azərbaycandakı iqtisadi duruma diqqət yetirməzdən öncə məncə dünyada və ölkəmizdə baş verən ümumi vəziyyəti qiymətləndirmək daha doğru olardı. Son aylar qlobal epdemiyaya çevrilmiş koronovirusun yaratmış olduğu sosial-pisxoloji və sosial-iqtisadi amillərə diqqət yetirsək görərik ki, qlobal təhlükəyə çevilən koronovirusu cəmiyyətdə ciddi təşviş yaratmaqla yanaşı həm də xüsusilə İrandan alınan ərzaq məhsullarının azalması səbəbindən bazarlarda qıtlıq və bahalığa səbəb olub. Bu da öz növbəsində aztəminatlı ailələrin yaşam şəraitini daha da ağırlaşdırır. Koronovirusu qədər Azərbaycan üçün təhlükəli olan daha bir pis xəbər dünya bazarında neftin kəskin sürətdə ucuzlaşması oldu. Azərbaycan iqtisatiyatı neftdən aslı iqtisadiyyat olduğuna görə neftin yenidən ucuzlaşması təkcə ölkə iqtisadiyyatı üçün deyil bütövlükdə ölkəmiz üçün yaxşı prespektiv vəd etmir. Qiymətlərin növbəti dəfə bahalaşması fonunda əhalinin xüsusilədə aztəminatlı ailələrin gəlirlərinin artmaması ölkədə ciddi sosial narazılıqların yaranmasına səbəb ola bilər. Nəhayyət, sonuncu amil kimi hər il mart, aprel aylarında baş verən təbii bahalaşmanın bu il daha ciddi fəsadlarının ola biləcəyini nəzərə alaraq dəyə bilərəm ki, hazırki iqtsadi durum yaxşı prespektiv vəd etmir. Əgər hökümət əvvəlki illərin acı təcrübəsindən vaxtında düzgün nəticə çıxartmasa vəziyyət daha da pisləşəcək. Ölkədə sosial gərginlik artacaq. Bütün bunların baş verməməsi üçün hökümətdən təxirəsalınmaz tədbirlər planı işləyib həyata keçriməsi tələb olunur.

 

Şərh yaz
PAYLAŞ
Elşad Barat 1988-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetində bakalavr, Naxçıvan Dövlət Universitetində magistr təhsili alıb. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Azərbaycan Milli Elmlər Akademiyasında mühəndis, elmi işçi, orta məktəbdə müəllim işləyib. 2006-cı ildən jurnalistika fəaliyyətinə başlayıb. Müxtəlif sayt və qəzetlərdə çalışıb. Naxçıvan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində Xəbərlər proqramının aparıcısı olub. Hazırda TəhsilPress.az saytının baş redaktorudur. Kiçik hekayələr və şeirlər yazır. Üç kitabı işıq üzü görüb. Prezident təqaüdçüsüdür. Azərbaycan Ümid Partiyasının Mətbuat Xidmətinin rəhbəridir.