Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (14-19 may) fəaliyyəti ilə bağlı məlumat yayıb

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (14-19 may) fəaliyyəti ilə bağlı məlumat yayıb.
PRESS-RELİZ
(Həftəlik 14-19 may)
Ümid Partiyasının sözügedən həftə ərzində Rəyasət Heyətinin və müavinliyin toplantıları keçirilib.
Rəyasət Heyətinin toplantısı zamanı partiyanın növbədənkənar Qurultayının keçirilməsi qərarı verilib və növbədənkənar Qurultaya hazırlıq üzrə 17 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin ilk iclasında Qurultayın ehtimal olunan gündəliyi müzakirə olunub. Belə ki, Qurultayın müzakirəsinə yeni Nizamnamənin qəbulu və təşkilatı məsələlər çıxarılacaq.
Toplantıda daha sonra ölkə daxilindəki sosial-siyasi-iqtisadi problemlər müzakirə edilib, bu problemlərin həlli üçün hakimiyyətə təqdim edilən təkliflər paketi müzakirə olunub, partiyaya müraciət edən vətəndaşların problemlərinin həlli istiqamətində görülən işlər diqqətə çatdırılıb. Qeyd edək ki, Qurultayın yeri və tarixi Təşkilat Komitəsinin növbəti toplantısında müəyyənləşəcək. 
Partiyanın Rəyasət Heyətinin toplantısında daha sonra ölkədə və dünyada baş verən olaylar, olayların regiona təsiri, Azərbaycanın daxili və xarici siyasəti, Cənubi Qafqazı və bölgəni zəbt edən olaylar müzakirə edilib.
Toplantıda Rusiya-Ukrayna savaşının detallarına toxunulub, bu müharibə yalnız Rusiya-Ukrayna müharibəsi kimi deyil, həm də Moskva-Qərb qarşıdurması kimi təhlil edilib.
Müavinliyin toplantısında ölkə daxilindəki sosial-siyasi-iqtisadi problemlər müzakirə edilib, bu problemlərin həlli üçün hakimiyyətə təqdim edilən təkliflər paketi müzakirə olunub, partiyaya müraciət edən vətəndaşların problemlərinin həlli istiqamətində görülən işlər diqqətə çatdırılıb.
İclasın irəliləyən dəqiqələrində cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə olunub.
Azərbaycanda uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımlar və s. məsələlər bir daha müzakirə edilib, sadalanan problemlərin həlli üçün Ümid Partiyasının təklifləri toplantıda diqqətə çatdırılıb.

Rəyasət Heyəti və müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər də müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.

Həftəlik fəaliyyət olaraq, partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və müavinləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın diaspor, xaricdə yaşayan vətəndaşlar və ictimaiyyətlə əlaqələr üzrə müavini Elman Abbasov) İnternet Televiziyalarında (Laf Tv, Xural Tv, Reaksiya Tv, Sitat Tv) yeddi canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, altı yüz əlli minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində beş milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

Şərh yaz