Ümid Partiyası həftəlik (24-28 oktyabr) fəaliyyəti ilə bağlı məlumat yayıb

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (24-28 oktyabr) fəaliyyəti ilə bağlı məlumat yayıb.

PRESS-RELİZ

(Həftəlik 24-28 oktyabr)

Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin iclasları keçirilib.

Rəyasət Heyətinin toplantısında Azərbaycanın daxili və xarici siyasəti, dünya gündəmi müzakirə edilib. Cənubi Qafqazda gedən proseslər, Rusiya-Ukrayna savaşı, qərbin reaksiyası, İranda gedən aksiyalar təhlil edilib və İran hökümətinin anti-Azərbaycan mövqeyi və rejimin aksiyalarda iştirak edən güney azərbaycanlı soydaşlarımıza qarşı aparılan ayrıseçkiliyi pislənib.

Toplantıda hər zamankı gündəm mövzusu olan Azərbaycan-Ermənistan arasında baş verənlər də müzakirə mövzusu olub.

Qarabağ mövzusu ətrafında Ümid Partiyasının ən qısa zaman üçün təklif etdiyi nəzarətimizdə olan torpaqlarımıza köçürülmə siyasəti, ölkədə Referendum seçkisinin keçirilməsi, proporsional seçki sisteminin bərpası xüsusi vurğulanıb.

Daha sonra iclasda cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib. Toplantıda daxili siyasət də müzakirə edilib və əhalini narahat edən məsələlərdən biri – Azərbaycanda uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımlar və s. məsələlər də müzakirə edilib, həlli üçün təklifləri diqqətə çatdırılıb. Belə ki, ölkədə sosial şərait, əhalinin yaşam tərzi yaxşılaşdırılmasa, əhalinin aztəminatlı hissəsinə xüsusi güzəştlər olmasa, kommunal xərclər aşağı salınmasa, uşaqpulları verilməsə, demokratik cəmiyyət idarəçiliyi müsbətə doğru dəyişməsə, xarici siyasətdə nə qədər effektiv addımlar atılarsa, atılsın, ziyan verəcək. Bu istiqamətdə dövlətimizin daxili rifahı üçün Azərbaycanın daxili siyasəti doğru tənzimlənməlidir – deyə toplantıda qeyd olunub.

Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və müavinləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova) İnternet Televiziyalarında (Xural Tv, Reaksiya Tv, Laf Tv, Toplum Tv) altı canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, dörd yüz əlli minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində dörd milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

 

 

Şərh yaz