Ümid Partiyası cinayətkarın dərhal tapılıb cəzalandırılmasını tələb edir

Jurnalist Aytən Məmmədova mayın 8-i tarixində Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində axşam saatlarında naməlum şəxsin bıçaqlı hücumuna məruz qalıb.
Aytən Məmmədova ehtimal edir ki, ona qarşı olan hücumun hazırda məhkəmədə araşdırılan, 10 yaşlı Nərmin Quliyevanın qətl işi ilə əlaqəli ola bilər.
Qeyd edək ki, Aytən Məmmədova 10 yaşlı Nərmini qətlə yetirməkdə günahlandırılan İlkin Süleymanovun davam edən məhkəmə prosesindən obyektiv reportajlar hazırlayır, Süleymanovun işgəncələrə məruz qalması haqda məhkəmədə səslənən fikirlər, söylənən faktlar ilə bağlı mütəmadi olaraq ictimaiyyəti məlumatlandırır.
Əgər hüquq mühafizə orqanları bu faktla bağlı lazımı tədbir görməzsə, baş verən hadisə, öz peşə vəzifəsini yerinə yetirən bir jurnalistə qarşı deyil, bütövlükdə söz və ifadə azadlığına qarşı bir basqının göstəricisi kimi qiymətləndiriləcək.
Aytən xanıma qarşı olan bu hücumu qətiyyətlə pisləyir, hadisənin aidiyyatı qurumlar tərəfindən obyektiv araşdırılmasını, cinayətkarın dərhal tapılıb cəzalandırılmasını Azərbaycan Ümid Partiyası olaraq tələb edirik.
Şərh yaz