Ümid Partiyası Bayraq Günü münasibətilə xalqı təbrik edir

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın rəyasət heyəti Dövlət Bayraq Günü münasibətilə xalqımızı təbrik edir, üçrəngli bayrağımızın işğalda qalan başqa rayon və kəndlərimizdə də dalğalanmasını arzulayır. 

Bu gün biz xalq olaraq müqəddəs bayraq altında tarixi günlər yaşayırıq. Azərbaycan əsgəri tarixi torpaqlarımızı geri qaytarır. Şuşanın azad olunması isə tam qələbəmizin yaxında olacağını göstərir. 

Biz Ümid Partiyası olaraq ərazilərimizin bütövlüyü üçün başladığımız bu haqq işində xalqımızın və dövlətimizin yanında olduğumuzu bir daha bəyan edirik. Hər bir vətəndaş kimi biz də bu gün partiya olaraq Ali Baş Komandanın yanında yumruq kimi birləşmişik. Bizi bu yoldan kimsə saxlaya bilməz. Qələbə bizimdir! 

Yaşasın Azərbaycan ordusu! 

Bayraq bayramınız mübarək! 

Qarabağ Azərbaycandır! 

 

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz