Taleh Əliyev Dilqəm Əsgərova və Şahbaz Quliyevə müraciət etdi

Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev 
Dilqəm Əsgərova və Şahbaz Quliyevə müraciət edib. Müraciətin mətnini olduğu kimi təqdim edirik:
 
Son günlər mətbuatda və sosial mediada Dilqəm Əsgərov və Şahbaz Quliyev arasında olan fikir ixtilafına geniş yer ayrılır. Girovluqda olduqları vaxt xalqımızın mənəvi dəstək verdiyi bu şəxslər arasında yaşanan hazırkı üzücü vəziyyətin mətbuatda və sosial mediada üçüncü şəxslərin də iştirakı ilə geniş müzakirəsi hər iki şəxsi nüfuzdan salmaqla yanaşı, əsir və girovlar haqqında da mənfi rəy formalaşdırdığı üçün hesab edirəm ki, bu hal yolverilməzdir.
Girovluğun insanda ağır bir mənəvi-psixoloji travma yarada biləcəyini nəzərə alıb, Dilqəm Əsgərova və Şahbaz Quliyevə müraciət edərək bildirirəm ki, ciddi əsasları yoxdursa, ittihamlara son qoysunlar, yox, əgər hesab edirlərsə ki, ortada gerçəkdən ciddi sonucları olacaq məsələlər var o zaman hüquq-mühafizə orqanlarına və yaxud da təhlükəsizlik qurumlarına rəsmən müraciət etsinlər.
Mətbuat nümayəndələrindən də xahiş edirəm ki, bu məsələnin gündəmdə qalmasına yardımçı olmasınlar.
Şərh yaz