Rusiya aqressivləşir- üçüncü dünya müharibəsi təhlükəsi var- TALEH ƏLİYEV

Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev 3 mart 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Martın 4 – ü Rusiyada nələr olacaq?” mövzusu ətrafında baş tutub.

İcra Aparatının rəhbəri verilişdə Rusiya-Ukrayna müharibəsindən Rusiyanın işğalçı siyasətindən, rus xalqının və dünyanın keçirdiyi etiraz aksiyalarından danışıb. O, Putinə qarşı cəbhənin genişləndiyini, mövcud siyasi hakimiyyətə qarşı olan vətəndaşların təqiblərə və həbsə məruz qaldığını, müharibənin ümumilikdə Qərbin də maraqlarına uyğun olduğunu diqqətə çatdırıb.

Taleh Əliyev müharibənin uzumüddətli olması ehtimalından da danışıb. Eyni zamanda, müharibədən gözləntilər, Rusiyanın gözlənilən məğlubiyyəti, dünyanın bu proseslərə baxışı, yanaşması, üçüncü dünya müharibəsi təhlükəsi verilişdə müzakirə mövzusu olub.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

https://www.ssyoutube.com/watch?v=swSjx_onMSg

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009