İqbal Ağazadə müəllimləri təbrik edib

5

5 oktyabr Beynəlxalq müəllimlər günüdür. Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan müəllimlərini təbrik edib. Təbriki umidparty.org oxucularına təqdim edirik:

“Əziz müəllimlər!

Sizi Müəllimlər Günü münasibətilə təbrik edirəm!

Hər şeydən öncə hər birinizə can sağlığı, firəvan həyat və uğurlu tədris illəri arzulayıram. Arzu edirik ki, sayənizdə övladlarımızın bilik, təhsil sahəsində atdıqları addımları uğurlu olsun.

Biz hər birimiz – bütöv xalq olaraq, dövlət olaraq, təhsil sisteminə, sizlərin əməyinizin dəyərləndirilməsinə yüksək diqqət və qayğı ilə yanaşmalıyıq. Çünki elm, təhsil hər bir xalqın, millətin bünövrəsi, inkişaf meyarıdır.

Ümid edirik ki, pandemiya dövrü şagirdlərimizin bilik və bacarıqlarının artırılmasına mənfi təsir göstərməyəcək. Xalq olaraq, gələcəyimizin daha parlaq olması üçün təhsil sahəsinə daha çox diqqət ayıraq.

Azərbaycanımızın bütövləşməsi yolunda bir olaq, birlik olaq. Tezliklə Qarabağımızı, işğal altında olan torpaqlarımızı azad edəcək, məsuliyyətimiz daha da artacaq.

Unutmayaq ki, məhz sizlərin zəhməti sayəsində şagirdlər, tələbələr ölkəmizin gələcəyidir.

Bir daha sizləri təbrik edir, uğurlar arzulayıram!

Sevgilərlə İqbal Ağazadə

Şərh yaz