İqtisadiyyatımızın inkişafı üçün Qarabağa qayıdış əhəmiyyətlidir – TALEH ƏLİYEV

Dövlətimizin təhlükəsizliyi, xalqımızın rifahı, millətimizin – dünya azərbaycanlılarının vətən sevgisinin qiymətləndirilməsi və ölkə iqtisadiyyatının gücləndirilməsi baxımından Qarabağa qayıdış çox əhəmiyyətlidir. Bu proses süni şəkildə nə uzanmalı, nə də tələskənliyə yol verilməlidir.

Bu sözləri Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev özünün sosial şəbəkə hesabında yazıb.

Aparat rəhbəri qeyd edib ki, rəsmi qurumlarla yanaşı, xalqımızın düşünən aydınları, xüsusilə də sabah Qarabağa ilk növbədə qayıdacaq olan keçmiş məcburi köçkünlər Qarabağın dirçəldilməsi prosesinə cəlb edilməlidir. İstər işğaldan azad olmuş yaşayış məntəqələrimizin bərpası, istərsə də həmin məntəqələrdə iqtisadiyyatın yenidən təşkili geniş formada müzakirə edilməlidir. Yazdıqlarım daha çox mücərrəd xarakter daşımasın deyə fikirlərimi Ağdam rayonunun bərpası prosesi üzərindən davam etdirmək istəyirəm. Hökümət Ağdam şəhərinin, xüsusilə də iqtisadiyyatının bərpasında həm ölkəmizdə, həm də xaricdə yaşayan azərbaycanlı iş adamlarının sərmayəsindən faydalanmaq üçün onlara müraciət edərək, Ağdama necə bir iş üçün sərmayə qoymaq fikirlərinin olmasını öyrənməyə cəhd etməlidir ki, insanlarımız dirçəliş prosesində yaxından iştirak etsin. Mən əminəm ki, ən azından yüzlərlə imkanlı ağdamlı rayonumuzun dirçəlməsi üçün öz sərmayələrini əsirgəməyəcək. O cümlədən də işğaldan azad olunan digər bölgələrdən olan soydaşlarımız da öz yurdarına belə sərmayələr yatıracaqdır.

Təbii ki, dövlətin üstünlük verəcəyi sahələri də dövlət həm öz vəsaiti, həm də dövlət xətti ilə cəlb etdiyi kreditlər vasitəsilə reallaşdırmalıdır.

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009